Daxil olQeydiyyat

DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

SENTYABR 12, 2019 3 dəq. oxu
DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

 

Hamıya məlumdur ki, pizza bu gün sevilən yeməklərdən biridir. Zaman keçdikcə istər pizzanın xəmirində, istərsə də, onun tərkibində bir çox dəyişikliklər edildi və yeni dadlar əlavə olundu. Necə deyərlər, indi üzərində 16 və hətta daha çox təam olan zəngin qarışıq pizzalar tapmaq mümkündür. Ancaq sual yaranır, ən dadlı pizzanı harada yemək olar? Həqiqətən bir pizza sevənisinizsə və yemək sevginiz üçün uzun yol qət etməyə hazırsınızsa, burada dünyanın ən dadlı pizza məkanlarını sizin üçün siyahıya almışıq. Gəlin, siyahı ilə tanış olaq. Növbəti dəfə pizza yemək üçün uzun bir səfərə çıxmaq eşqinə düşsəniz, bu siyahı sizə bir xeyli kömək edəcək.

  1. Pizzeria Gino Sorbillo – Neapol, İtaliya

Dünyadakı ən dadlı pizza restoranları haqqında danışırıqsa, onda başlamaq üçün ilkin yol pizzanın vətənindən keçməlidir. Bəli, bəli, İtaliyadan. Ən böyük pizza restoranları şəbəkəsi məhz İtaliyada yerləşir. İtaliyanın cənubunda yerləşən Neapol şəhəri isə öz pizzası ilə bütün dünyada məşhurdur. Şəhər ləziz pastaların evi hesab olunur və şəhərdə ən dadlı pizza restoranını seçmək ən çətin işlərdən biridir. Məhz sizin seçiminizi asanlaşdırmaq üçün “Piazeria Gino Sorbillo” restoranı Via dey Tribunalinin köhnə tarixi küçəsində, ən görkəmli tikililərdən birində yerləşib. Heç bir cümlə Gino Sorbillo pizzasının nə qədər ləzzətli olduğunu əsaslandıra bilməz! Turistlərin ilkin seçimi kimi əvəzolunmaz olan Neapol şəhəri pizzalarının dadına görə bu göstəricilərini birə-beş artırıb desək yerinə düşər. Burada hər gün ən təzə inqrediyentlərdən istifadə olunaraq bir-birindən ləziz pizzalar hazırlanır. Sadəcə bura erkən gəlməli və ya dünyanın ən dadlı pizzalarınının dadına baxmaq üçün ən uzun növbələrindən birində dayanmağı gözə almalısınız. Restoran Google Rəydə 4.5/5 və TripAdvisor platformasında isə 4.5/5 qiymətləndirilib.

  1. Pizzeria Mozza – Los Anceles, ABŞ

“Pizzeria Mozza”nın pizza ustaları yemək bişirməyin bir sənət işi olduğunu deyirlər və məhz buna görə də pizza hazırlamağı seçiblər. Özü də elə hazırlayırlar ki, dünyanın ən dadlı pizza restoranları siyahısında 2-ci pillədə yerləşməyə hünərləri çatır. Los-Ancelesdəki “Pizzeria Mozza”da heç də italyan pizzalarından geri qalmayan 70-dən çox çeşiddə pizza hazırlanır. Buranın incə xəmirli pizzalarına çatan yoxdur deyə bilərik. Odur ki, restorana getməmişdən öncə mütləq rezervasiya edin, çünki boş masa tapmaq demək olar imkansızdır. Qarnınızı doyurduqdan sonra bol-bol səmərəli vaxt keçirə, əylənə bilməyiniz üçün ətrafa nəzər salın. Restroranın qonşuluğunda bir-birindən maraqlı, gəzməli və görməli yerlər var.

“Pizzeria Mozza” Google Rəydə 4.5/5, TripAdvisor platformasında isə 4/5 olaraq qiymətləndirilib.

  1. La Gatta Mangiona – Roma, İtaliya

Əgər Romadakı təzə tərəvəzli pizza axtarışındasınızsa, Monteverdeyə taksi sifariş edin və “La Gatta Mangiona” restoranına gedin, pizzanın dadına baxın. “La Gatta Mangiona”nın aşpazı Cankarlo Kasa pizza düşkünüdür və xəmiri müxtəlif ədviyyatlarla sınaqdan keçirməyi sevir. Onların pizzalarına əvəzolunmaz dadı verən də məhz budur. Lakin siz bu cür təcrübələrin tərəfdarı deyilsinizsə, yenə də narahat olmayın, çünki “La Gatta Mangiona”nın ənənəvi dada malik pizza təklifləri də var. Həm də burada məhsullar bol-bol istifadə olunur və ağızda əriyən mozarella pendirinin dadı damaqlarda qalır. Menyuda bir çox yerdə rastlamadığınız şeyklər və içkilər də mövcuddur. Burada hətta bahar zamanı ziyarət edərkən yeməli çiçəklərin toplanmasına rast gəlmək olar. Uzun sözün qısası, La Gatta Mangiona fərqli təamlar dadmağı sevənlərin əvəzolunmaz məkanıdır!

Məkan Google Rəydə 4.1/5, TripAvisor platformasında 4/5 dəyərləndirilmə ilə digər restoranlardan heç də geridə qalmır.

  1. Paulie Gee’s – Nyu York, ABŞ

Nyu Yorkda dadlı bir dilim pizza yemək? Onda “Paulie Gee”nin Bruklindəki məkanına mütləq baş çəkməlisiniz. Adını və zövqünü illər boyu qoruyub saxlaması müştərilərinə nostalji zolağında səyahət etmək hissi aşılayır desək yeridir. Bu restoranın o qədər geniş bir tarixçəsi var ki hətta gələn müştərilər bura uşaq ikən gəldiklərini, indi isə öz uşaqlarını gətirdiklərini söyləyirlər. “Paulie Gee” restoranında yaradıcılıq, yenilik ilə birlikdə keyfiyyət də var. Vegan pizzalar axtaranlar üçün burada Brooklyn pizzası da hazırlanmaqdadır. Və? hələ də nə düşünürsünüz? Özünüzə çəlləkdən süzülmə pivə sifariş verin və Nyu Yorkdakı ən zövqlü pizza restoranlarından birində bir dilim pizza yeməyin həzzini yaşayın. Bu Amerikada yediyiniz ən dadlı pizza dilimi olmuş olacaq.

“Paulie Gee” restoranı Google Rəydə 4.6/5, TripAdvisor platformasında isə 4.5/5 olaraq qiymətləndirilmişdir.

  1. Luigi’s Italian Pizzeria & Pasta Bar – Grand Bay, Mavriki

Luidjinin Grand Baydakı italyan pizzaları və pastaları sizin damaq dadınıza birə-bir uyğun olacaq. Burada istənilən ölçüdə, istənilən məhsullarla hazırlanmış pizza tapmaq mümkündür. Hətta veqanlar üçün hazırlanmış növbənöv pizzaları gördükdə təəccübünüzü gizlədə bilməyəcəksiniz. Bu restoran italyanlar tərəfindən idarə olunur və Mavrikinin şimalındakı ən məşhur restoranlardan biridir. Bu ailəyə məxsus italyan restoranı odun sobası pizzaları və makaronlarının orijinallığı ilə seçilir və daimi müştərilərilə yanaşı, turistlərə də keyfiyyətli xidmət göstərir. Burada bişirilən və ustalıqla hazırlanan odun sobası pizzaları öz dadı ilə istənilən restoranı geridə qoyur. Mavrikiyə bir bal ayı planlaşdırırsınızsa və həyat yoldaşınız pizza pərəstişkarıdırsa, onu burada romantik bir pizza tarixi ilə təəccübləndirin.

Restoran Google Rəydə 4.4/5, TripAdvisor platformasında isə 4/5 olaraq qiymət alıb.

 

Bu bloqları da oxuya bilərsiniz:

DÜNYANIN ƏN QƏDİM 5 RESTORANI

PİZZANIN YARANMA TARİXÇƏSİ

SUŞİNİN TARİXİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.