Daxil olQeydiyyat

TƏRKİ-DÜNYA: İLON MASKIN KOSMİK TURLARI

OKTYABR 2019, 3 269 Vüsalə Mikayılova
TƏRKİ-DÜNYA: İLON MASKIN KOSMİK TURLARI

Öz xəyalını hamının xəyalı edə bilmək ona daha tez çatmağa səbəb olacaqdır.

İlon Mask(Elon Musk) adı bugün qarşımıza çox yerdə çıxır.Kosmik raketlər də daxil olmaqla Tesla maşınlarına, PayPal ödəmə sistemləri və Neuralink layihələrinə qədər hər yerdə bu ad var.21-ci əsrin dahilərindən olan bu şəxs kimdir?

Maskın avtobioqrafiyasına nəzər yetirdikdə onun ixtiraçı, investor, proqramçı, mühəndis, sahibkar olduğunu görürük.21-ci əsrin bu dahi adamı Tomas Edison,Nikola Tesla,Valt Disney,Bill Qeyts,Stiv Jobs kimi nəhənglərdən ilham aldığını söyləyir.O özünə insanlığa təhlükə yarada biləcək üç sahə müəyyən etdiyini bildirir:internet,enerji və kosmos.

 İlon Mask 1971-ci ildə Cənubi Afrika Respublikasında doğulub.Afrikalı ata və kanadalı model olan ananın ailəsində böyüyən İlon hələ 12 yaşında olarkən özünün öyrənib təkmilləşdirdiyi komputer proqramları sayəsində ilk komputer oyununu hazırlayır. 17 yaşında olarkən CAR ordusunda xidmət etməmək üçün ölkəni tərk edir.Bunu isə qara dərililərə qarşı xidmət çəkməyin vaxt keçirmək üçün yaxşı yol olmadığı olaraq açıqlayır.

1989-cu ildə Kanadaya gəlir və Queen Universitetində təhsilini davam etdirir.Daha sonra Pensilvaniyada biznes və fizika sahəsində təhsil alır.1995-ci ildən başlayaraq kariyerasını qardaşı ilə birlikdə Zip2 layihəsində yeni şirkətlər üçün onlayn məzmun yazaraq qurmağa başlayır.Bir neçə ildən sonra layihələrini böyük məbləğ qarşılığında Compaqın AltaVista qurumu alır.Artıq nəzərləri üzərinə çəkən gənc daha bir uğurlu layihənin tərəfdaşlarına çevrilməyi bacarır.PayPal(X.com) pul köçürmə xidmətinin hissə sənədlərinin Ebay şirkəti tərəfindən alınmasındam sonra 165 milyon dollarlıq sərvət sahibinə çevrilir.

İlon Maskın uşaqlıq dövründə arzusu ABŞ-a gedib xəyallarını gerçəkləşdirmək idi.Amerikaya gəlmək arzusu gerçəkləşdikdən sonra daha bir arzu yaranır.Kosmosu fəth edə bilmək.2002-ci ildə bu yolda ilk addımını atır.SpaceX şirkətinin təməllərini atır.Şirkət kosmik raketlər istehsal edir. Falkon1,Falkon9 və Draqon kosmik gəmisi bu şirkətin istehsalıdır.Bu şirkətin qurulması ilə, əslində, İlon daha bir ilkə imza atmışdı.Onun şirkəti dünyada ilk özəl şirkət olaraq maye yanacaqla işləyən kosmik raketi kosmosa göndərməyi bacarmışdı.Elə bunun sayəsində, kosmik sahənin nəhənglərindən olan NASA belə SpaceX-lə ortaq layihəyə başlayır.

Daha bir uğurlu layihə-elektriklə işləyən Tesla maşınları.Avtomobil, elektrik və maşın mühəndisi Nikola Teslanın şərəfinə belə adlanıb.2003-cü ildə qurulan şirkətin ilk məhsulu Tesla Roadster idman avtomobili olmuşdur.Tesla Motors bundan sonra hər kəs üçün əlçatan olan sedan maşınlar istehsal etməyə başlayır.Model S-in 2012-ci ildə təqdimatından sonra bu il Model X markasının ən son modelini ictimaiyyətin qarşısına çıxardı.Tesla avtomobillərinin başlıca fərqi elektriklə işləməsi olsa da, dizayn və komfortu ilə də göz oxşayır. Dizaynerlər minimalizmi rahat və geniş salonda birləşdirməyi bacarıblar. Avtomatik idarə etmə sistemi ilə özü hərəkət edə bilir.Avtomobil sahibinin açarları itirmək kimi bir problemi yoxdur.Çünki açar yoxdur.Daha doğrusu,Tesla tətbiqini telefonunuza yükləyirsiniz, avtomobilə yaxınlaşdıqda qapılar özü açılır.Teslanın ən böyük üstünlüyü avtomobilin süni intelektlə təchiz olunmasıdır.Nəqliyyat vasitəsində olan ekranda avtomobilin mövcud vəziyyət ilə bağlı məlumatlar sürücüyə ötürülür.Teslanın tətbiq etdiyi yeniləmələri endirməklə avtomobil vaxtaşırı özünü güncəlləmə bacarığına sahibdir.Tesla maşınları gələcəyin maşınlarıdır.Çünki artıq bir çox ölkələr gələcəkdə tamamilə elektrikli maşınlara üstünlük verəcəklərini açıqlayıblar.Tesla həm də öz-özünə hərəkət edə bilən avtomobillər erasını da başladır.Qeyd edim ki,Tesla Motors Toyota,Mercedes kimi iri avtomobil şirkətlərinə elektrikli mühərriklər də satır.

SolarCity

İlon Maskın uğur qazanmasının səbəblərindən biri məsələlərə hər tərəfli yanaşması və nəticədə, ortaya bir-birini izləyən zəncirvari layihələr qoya bilməsidir.SolarCity Amerikanı günəş enerjisi ilə təmin edən şirkətdir.Şirkət günəş enerjisini toplayan panellərdən ibarət dam örtükləri istehsal edir.Həmçinin Tesla avtomobilləri də başda olmaqla bir çox sahədə istifadə oluna biləcək günəş batareyaları istehsalına da başlayıb.Şirkətin qurulma səbəbləri arasında qlobal istiləşmənin qarşısının alınması göstərilir.  

Tərki-dünya.Kosmik turlar

Texnoloji imkanlar insanlara planetlərarası səyahət imkanlarının mövcud ola biləcəyini göstərdikdən sonra kosmik turlar ifadəsini daha tez-tez eşitməyə başlayırıq.Burada da baş rolda yenə də İlon Maskı görürük.2018-ci ilin sentyabrında Aya səfərlə bağlı ideyalarını mətbuat konfransı ilə bütün dünyaya çatdıran Mask ilk turisti də dünya ictimaiyyətinə tanıtdı.Bu şəxs yaponiyalı milyarder Yusaku Maezavadır.2023-cü ildə gerçəkləşəcək turun bütün xərclərini qarşılayan milyarder özüylə bərabər incəsənət adamlarını-rəssam,memar,musiqiçi və s. Aya aparacağını deyir.Onun fikrincə,belə bir səyahət həmin şəxslərin yaradıcılığına müsbət təsir göstərəcəkdir.

Mars-çoxplanetli yaşam tərzinə keçid.

Arxada qoyduğumuz avqust ayında İlonun atdığı tvit səs-küyə səbəb olmuşdu.“Marsı bombalayaq!”(Nuke Mars!) yazan Mask “Köynəklər tezliklə”(T-shirts soon) tvitini cavab olaraq yazsa da məsələni ciddi olaraq qəbul edənlər də olmuşdu. Amma onun Marsla bağlı ideyaları daha yaradıcıdır. Mars sadəcə hədəfdir. Əsl məqsəd isə insanlığın çoxplanetli yaşam tərzinə keçid almasını reallaşdırmaqdır. Müsahibələrində Marsda koloniyalar qurmağın mümkün, amma asan olmadığını qeyd edir.Qırmızı planetin atmosfer qatının Yerlilər üçün uyğun olmadığını, yüksək radioaktiv şüalanmanın olmasını,lazım olan texnikanı daşınması və su, ərzaq(marslılarla rastlaşmaq?!) problemlərini nəzərə alsaq İlon Maska haqq verə bilərik.Onun sözlərinə görə əvvəlcə insanlar şəffaf qübbələrdə yaşayacaqlar,amma sonunda onu Yerə bənzəyən planet halına gətirmək mümkün olacaq.Elə bu açıqlamanı verdiyi “The Late Show with Stephen Colbert” şousunda Mask ilk dəfə Marsı bombalamaq fikrini söyləmişdi.O zaman ortada heç bir “köynək” yox idi.     

Hyperloop və Neuralink layihələri də İlon Maskın beyninin məhsuludur.Hyperloop beşinci növ nəqliyyat vasitəsi kimi təqdim olunur və şəhərlərarası məsafələri qısaltmağa yönəlib.Google yaradıcılarından olan Leri Peyc(Lary Page) də layihənin fikir ortaqlarındandır.Hyperloop ixtiraçılar tərəfindən belə təsvir edilir: “Havası tamam alınmış tunel içərisində Hyperloop xüsusi maqnitlər sayəsində yerdən 10 sm yüksəklikdə hərəkət edir.Bunun sayəsində heç bir səthə toxunmayan qatar sürtünmə qüvvəsi yaşamadığı üçün enerji də itirmir.Nəticədə sürət saatda 1000 kilometrə çatır”.2016-cı ildə Nevada çölündə təxminən 5 km ərazidə sınaqlar keçirilmiş və uğurlu olmuşdu.Layihənin ilk olaraq dünyanın 10 müxtəlif ölkəsində həyata keçirilməsi nəzərdə tutulur.Hindistanında olduğu siyahıda maliyyə xərclərinin milyardlarla dollar olacağı hesablanır.

Son olaraq hələki İlonın axırıncı layihəsindən söhbət açmaq istəyirəm.Mask Neuralink layihəsi ilə insanların beyin gücü ilə komputerlərin birləşdirilməsi nəticəsində bir çox texnoloji yeniliklərin əldə olunacağına inanır .Beyinə insan saçından daha nazik elektrod implantasiyası nəticəsində bionik idarəetmə çiplərinin də köməyi ilə komputerlərin məsafədən idarə edilməsi reallaşa bilər.Bununla telepatik internet erası başlanacaq deməkdir.Hələ insanlar üzərində sınaqdan keçirilməsə də,yaxın 40 ildə daha da inkişaf edərək normal hal alacağı proqnozlaşdırılır.Bu texnologiya nəticəsində Parkinson,iflic xəstələrinin sağalma şansı böyükdür.Beyinin zədələnmiş toxumalarının bərpası nəticəsində belə xəstəliklərə qalib gələ bilmək daha real olacaq.Bir çox sahədə yeni inkişaf texnologiyasına yol açacaq.Neuralink insanları super zəka sahibi edə bilər.Elon Mask gələcəkdə insanlıq üçün təhlükə törədə biləcək süni intelektlə mübarizə aparmaqda Neuralinkin uğurlu bir layihə olacağını bildirir.Təsəvvür edin ki,siz beyninizə bağlanmış çip vasitəsilə komputerə qoşulursunuz, istədiyiniz dili və ya hər hansı bir bacarığı asanlıqla həyata keçirirsiz.Çox xəyalpərəst səslənir? Bəlkə də belədir.Digər bir tərəfdən insanlıq üçün mənfi tərəfləri də yox deyil.Biolojik varlıq olan bizlər robotlaşmış kiber məxluqlara çevrilə bilərik.Yüksək zəkalı ,bacarıqlı və istedadlı insan sürüsünü uzaqdan idarə etmək necə mümkün olan variantlar arasında olmayacaqmı?Elə məhz İlon Maskın gələcəkdə təhlükə doğura biləcəyini dediyi süni intellekt vasitəsilə bu idarəetmə daha  asan olmazmı?