Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Baba AğayevBaba Ağayev 01 İYUL 2019 649 views 1 dəq. oxu

Akonkaqua: əzm zirvəsi

649 views 1 dəq. oxu
uploads/blog/ACONCAGUA-SUMMIT-OF-PERSISTENCE..jpg

Akonkaquanın yollarında çox əzmlər gördüm .3-ü xüsusi iz buraxdı.

Şəkildə gördüyünüz Helen adlı xanımın 1 ayağı protez idi. Biz qalxanda, o düşürdü. Üzbəüz gəldik yolda. Özümdən qeyri-ixtiyari "You did it! Right?" soruşdum. Yox desəydi, özümü bucür qəti suala görə pis hiss edəcəkdim. Dedi, "of course, I did!". İlk dəfə gördüyüm və bir daha böyük ehtimal heç zaman rastlaşmayacağım qızı elə bil illərdir tanıyırmışam kimi qucaqladım və şəkil çəkmək istədiyimi dedim. O da çox səmimi qəbul etdi.

Zirvə günü bizdən öndə 1 qrupda təxmini 40-45 yaşlarında 1 xanım gedirdi. Yolun yarısında artıq xanım yox idi, sürünə sürünə, hər an yıxılacaq kimi davam edirdi. Bir neçə dəfə ayağı büdrədi. Amma davam etdi. Zirvənin ən son - prinsipial, çətin hissəsi sayılan Canaletada uzun qarlı və bir yanı sıldırım olan yol var. Xanım o cığırın ortasına çatanda mən qıraqda istirahət edirdim. Gördüm ki, məhv olub. Qeyri-ixtiyari Bələdçilərinə bildirdim ki, bu çox təhlükəlidir, hər an sıldırımdan gedə bilər. Mən bu sözü demişdim ki, həmin xanım cığırdan aşağı yuvarlandı. Bütün sıra şokda idi! Elə bil kino idi. Azca başımı qaldırıb aşağı baxanda gördüm ki, xanım sticki batırıb və cığırdan 2 metr aşağıda ilişib, dayanıb. 2 Bələdçiləri cəld reaksiya verib, xanımı cığıra qaytardılar. Artıq əmin idim ki, bu xanımı burdan geri qaytaracaqlar. Zirvəyə çatanda 2-ci şok yaşadım. Həmin xanım zirvədə şəkil çəkdirirdi...

Confluenza kampında ilk səhərimiz idi. Kampın yanında hündür bir təpə var. Ordan kampa yaxşı mənzərə açılır. Səhər durdum çıxdım ora. Qarşıda yerdə 1 bəy oturmuşdu, kamera ilə kampı çəkirdi. Yaxınlaşdım, söhbət açdım. Rumın idi. Artıq Kilimancaroda, Elbrusda olmuşdu. Akonkaquadan da keçən il 5400 metrdən qayıtdığını dedi. Soruşdum, qayıtmağa səbəb nə olmuşdu? Dedi ki, "əllərim çox pis ağrıyırdı". Cavabı başa düşmədim. Dağa çıxmağın əllərlə nə əlaqəsi?! Amma sual verməyə utandım, dedim bəlkə nəsə spesifik səbəbdir. Sağollaşdım, biraz aralandım, oturdum mən də şəkil çəkməyə. 5 dəqiqə keçmiş bu bəy ayağa qalxdı. Mənə dağ stickləri kimi görünən əslində dəstək çubuqları imiş. Bəyin hər 2 ayağı tutulmuşdu və o bütün bu dağları "əlləri" ilə (dəstəklərlə) qalxmışdı. Onu sonuncu dəfə Plaza de Mulas kampında (4200 m) gördüm. Hamı sağollaşırdı. Hiss olunurdu ki, çox yorulub. At belinə mindirdilər. Tanıyan, tanımayan onlarla alpinist yanında dayanmışdı. Hamı əl çaldı və o atı çaparaq uzaqlaşdı...

 

 

 

 

Paylaş

Baba Ağayev Səyyah

Səyyah. Həvəskar Alpinist. Sahibkar. 2020-ci il etibarı ilə 6 qitədə 57 ölkəni kəşf etmişdir. Avropa, Afrika, Avstraliya və Cənubi Amerika qitə və materiklərinin ən hündür zirvə və vulkanlarında Azərbaycan bayrağını dalğalandırıb. Qlobal “7 Zirvə” və “7 Vulkan” proqramlarını tamamlamağı planlayır. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Babadağ zirvələrində olmuşdur. “7 Zirvə” listindən sonuncu zirvəsi 2020-ci ildə ümumi Amerika qitəsinin ən hündür nöqtəsi olan Argentinada yerləşən Akonkaqua (6961 m) olub. “7 Vulkan” listindən isə sonuncu zirvəsi 2020-ci ildə Şimali Amerikanın ən hündür vulkanı, Meksikada yerləşən Orisaba (5636 m) olub.

Hobbi olaraq Numizmatik və Bonistikdir.

Bütün bloqlar