Daxil olQeydiyyat

FAVELLADAKI AZƏRBAYCAN BAYRAĞI

İYUL 1, 2019 0 dəq. oxu
FAVELLADAKI AZƏRBAYCAN BAYRAĞI

2013-də Braziliyaya layihə üçün gedəndə özümlə Azərbaycan bayrağı da aparmışdım. Host Family-min atası onlarda qaldığım son günlərdə bayrağı gördü və dedi ki, bayrağı onlara hədiyyə edim. Dedim, siz nə edirsiniz bu bayrağı, mən bunu ölkə-ölkə gəzdirirəm. Kişi dedi ki, "sən bu bayraqdan Azərbaycanda 15 dəqiqəyə taparsan. Amma istəmərsən ki, Azərbaycandan 2 qitə, 1 okean uzaqlıqda olan Braziliyanın, heç kimin tanımadığı Juiz De Fora şəhərinin favellalarından birinin evlərindən birində Azərbaycan bayrağı asılsın? Və hər dəfə evə qonaq gələnlər sual verəndə, Azərbaycandan danışılsın?"

Bayrağı verdim.

Baba Ağayev

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.