Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Baba AğayevBaba Ağayev 15 İYUL 2019 920 views 1 dəq. oxu

Walk of Fame-ə hər hansı ulduzun ulduzu necə düşür?

920 views 1 dəq. oxu
uploads/America-walk-of-fame-famous-people-stars.jpg

Hollywood Bulvarının küçələrində 2600-dən artıq ulduzun yerdə adını daşıyan ulduzşəkilli mərmər tablo yer alır. İlk ulduzlar 1958-ci ildə Hollywoodun küçələrində görünməyə başlayıb.

Hər il 10 milyondan artıq turist məhz yerdəki bu ulduzları görmək üçün Los Ancelesə gəlir. Ulduzlar 5 kateqoriyaya əsasən verilib: Film, Canlı Çıxış, Radio, TV və Musiqi.

Gene Autry yeganə şəxsdir ki, bu kateqoriyaların hər birindən olmaqla 5 ulduza sahibdir. Tomas Edison ilk film proektorunun icadçısı kimi, Ray Bradbury isə bir çox filmlərə həyat verən əsərlərinə görə ulduzları var.

Bu ulduzlardan yalnız biri Məhəmməd Əlinin simvolu yerdə deyil, Academy Awards mükafatının təqdim edildiyi Dolby (keçmiş Kodak) Teatrının divarındadır. Buna səbəb Məhəmməd Əlinin şəxsi istəyi olub ki, peyğəmbərin adı yerə vurulmasın.

Hər bir ulduz sahibi mərmərin təqdim edilməsi mərasimində özü mütləq iştirak etməlidir. Bu şərtdir. İndiyə kimi yalnız Barbara Streysend öz ulduzunun təqdim edilməsi mərasimində iştirak etməyib.

Hər hansı ulduzun adının bu şöhrət xiyabanına düşməsi üçün onun başqası (bu fanat, fan klub və ya hər hansı şirkət də ola bilər) tərəfindən nominasiya olunması lazımdır. Nominantın həmin ulduz kateqoriyası üzrə minimum 5 il təcrübəsi olmalıdır. Nominantları hər ilə juri heyəti analiz edib 20-24 qalib seçir. Nominasiyanı təklif edən şəxs nominant seçildiyi təqdirdə 40 000 USD ödəniş edir. Əgər seçilən şəxs növbəti 2 il ərzində ulduzunun təqdim edilməsi mərasiminə iştirakı qəbul etməzsə, seçim ləğv edilir.

Təəccüblü olsa da, müxtəlif səbəblərdən hələ də Leonardo di Kaprio, Bred Pitt, Ancelina Culi, Klint İstvud, Cennifer Konnely kimi ulduzların Walk of Fame-də ulduzları yoxdur.

 

 

Paylaş

Baba Ağayev Səyyah

Səyyah. Həvəskar Alpinist. Sahibkar. 2020-ci il etibarı ilə 6 qitədə 57 ölkəni kəşf etmişdir. Avropa, Afrika, Avstraliya və Cənubi Amerika qitə və materiklərinin ən hündür zirvə və vulkanlarında Azərbaycan bayrağını dalğalandırıb. Qlobal “7 Zirvə” və “7 Vulkan” proqramlarını tamamlamağı planlayır. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Babadağ zirvələrində olmuşdur. “7 Zirvə” listindən sonuncu zirvəsi 2020-ci ildə ümumi Amerika qitəsinin ən hündür nöqtəsi olan Argentinada yerləşən Akonkaqua (6961 m) olub. “7 Vulkan” listindən isə sonuncu zirvəsi 2020-ci ildə Şimali Amerikanın ən hündür vulkanı, Meksikada yerləşən Orisaba (5636 m) olub.

Hobbi olaraq Numizmatik və Bonistikdir.

Bütün bloqlar