Daxil olQeydiyyat

BAKI DÜNYA ŞƏHƏRLƏRİNƏ QARŞI

İYUL 1, 2019 1 dəq. oxu
BAKI DÜNYA ŞƏHƏRLƏRİNƏ QARŞI

Şotland bilim adamları Bakını dünyanın ən öndə gedən şəhərləri ilə müqayisə ediblər. Nəticələr bütün Afrikanı şoka salıb. Belə ki,Bakıda nadir xüsusiyyətlər tapılıb ki, bunlar digər şəhərlərdə yoxdur. Açıqlamanı belə veriblər:

- Götürək Londonu. Ləzzətli soyuq hava var. Xəngəl yoxdur.

- Götürək Amsterdamı. Dəli pivələr, eyllər var. Saçaqlı pendir, noxud, qızardılmış düşbərə yoxdur.

- Götürək Oslonu. Balığı var. Narşərabı yoxdur.

- Götürək Dehlini. Düyüsü var. Şahplovu, şüyüdlü, ərişdəli plovu, aşqarası yoxdur.

- Götürək İstanbulu. Əla sahil, nəfis şirniyyatlar var. Çay yoxdur. Və ya olmasa ondan yaxşıdır.

- Götürək Dubayı. Nargilə var. Dəsgah yoxdur.

- Götürək Keyp Taunu. Günəşli May havaları il boyu var. Alça yoxdur.

- Götürək Nyu-Yorku. Repləri var. Meyxanaları yoxdur.

-Götürək Rionu. Sahillər var. Hasarlar yoxdur.

- Götürək Parisi. Bageti var. Təndir çörəyi yoxdur. Ekleri var. Paxlavası yoxdur. Kruasanı var. Şəkərburası yoxdur.

- Götürək Pekini. Təmiz çay var. Kəllə qənd yoxdur. Zoğal, qoz mürəbbəsi. 404 Not Found!

- Götürək Mexikonu. Böyük yam-yaşıl parklar var. Üstündə oturmağa mərmər yoxdur.

Siz də deyirsiniz, köçək gedək.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.