Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Baba AğayevBaba Ağayev 03 İYUL 2019 663 views 1 dəq. oxu

Arzuların Braziliyası

663 views 1 dəq. oxu
uploads/BRAZIL-OF-THE-DREAMS.jpg

5 il öncə, bugün.

İlk dəfədir, okeanın o biri tərəfinə keçirdim. Uşaqlıq arzularımın ölkəsi və şəhərinə. Rio De Janeiroya. Təyyarə Hava Limanına yaxınlaşdıqca Rionun təpəlikləri görünürdü. Pəncərələrdən görünən mənzərə çimərlik, təpəlik və meşənin vəhdəti hələ də mənə televizordan Klon serialına baxırmışam kimi gəlirdi. Yəqin ki, həmin reisdə ən həyəcanlı (o həyəcanı bir də heçbir uçuşda yaşamamışam) mən idim. Necə olmayım? Axı Pelenin, Ronaldinyonun vətəninə, İsanın Heykəlinə, Kopokabana çimərliklərinə, Cidade de Deus filminin çəkildiyi ölkəyə, şəhərə gəlmişdim.

AIESEC təşkilatı vasitəsilə 7 həftəlik sosial layihəyə gəlmişdim. Atam səyahətimi təhlükəsizlik cəhətdən "confirm" edəndə, cəmi 1 şey istəmişdi. Harada qalıram, qalım, favellada (gecəqondu) qalmayım.

Təsadüfdən host family-im məhz elə favellanın ürəyində yaşayırdılar. İlk günlər təhlükəli görünən bu mühit, sonradan bir evə çevrildi mənim üçün. Hərgün gələn silah səsləri, gözümün qabağında olan "qara bazar" 1-2 gün içində adiləşdi.

Bu ölkəni və braziliyalıları tanıdıqca daha çox sevdim. Bir futbol azarkeşi olaraq braziliyalılarla futzal oynamağın necə zövqlü olduğunu necə anladım sizə? Bəs dünyanın ən böyük stadionu olan, tarixi Marakana stadionunda futbola baxmağı? Hərgün Kopokabanada çimməyi? Pau de Acucar və İsanın Heykəlinin olduğu ərazidən açılan mənzərəni necə izah edim? Mənim üçün dünyanın ən gözəl adası olan İlha Grande adasının həyat tərzini, çimərliklərinin gözəlliklərini də izah edə bilmərəm. Bunları ancaq yaşamaq lazımdır.

Özünüzə 1 yaxşılıq edin. Elə indi pul yığmağa başlayın. Rionu, Braziliyanı görmədən "çox gəzmişəm" deməyin. Bəli, 1 il biraz sıxıntı ilə yaşayacaqsınız, yığdığınız pullara görə. Amma o təyyarədən Rioya enəndə görəcəyiniz mənzərə sizi dünyanın xoşbəxti edəcək.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

AMAZON ÇAYI

 

Paylaş

Baba Ağayev Səyyah

Səyyah. Həvəskar Alpinist. Sahibkar. 2020-ci il etibarı ilə 6 qitədə 57 ölkəni kəşf etmişdir. Avropa, Afrika, Avstraliya və Cənubi Amerika qitə və materiklərinin ən hündür zirvə və vulkanlarında Azərbaycan bayrağını dalğalandırıb. Qlobal “7 Zirvə” və “7 Vulkan” proqramlarını tamamlamağı planlayır. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Babadağ zirvələrində olmuşdur. “7 Zirvə” listindən sonuncu zirvəsi 2020-ci ildə ümumi Amerika qitəsinin ən hündür nöqtəsi olan Argentinada yerləşən Akonkaqua (6961 m) olub. “7 Vulkan” listindən isə sonuncu zirvəsi 2020-ci ildə Şimali Amerikanın ən hündür vulkanı, Meksikada yerləşən Orisaba (5636 m) olub.

Hobbi olaraq Numizmatik və Bonistikdir.

Bütün bloqlar