Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Arzu ÇinarlıArzu Çinarlı 27 YANVAR 2020 1004 views 2 dəq. oxu

Qorxmayın! Yeyin!

1004 views 2 dəq. oxu
uploads/blog/Dont-Be-Scared-Taste-It.jpg

Hamımız  başqa bir yerə səyahət edərkən mütləq oranın “mətbəx dünyasına” baş çəkməliyik. Hətta içimizdə elələri də var ki, sərhədlərini yalnız fərqli yeməklərə görə aşır. Baş gicəlləndirici, qayın doyuzdurucu yeməklərsə dünyanın hər küncündə sizi gözləyir. qəribə restoranlar, müxtəlif aşpazlar və fərqli yeməklər sizin üçün yeni təcrübə olacaq, nəyisə bəyənəcəksiz, nəsə “mədənizcə” olmayacaq. Necə deyərlər “bütün dadlı olanlar dadılmayıb, dadılanların da hamısı dadlı olmayıb”. Amma yenə də qorxmayıb yeməli olduğunuz yeməklər var və bu gün onları sizə təqdim edirik.

"Molokhia."Misirin milli xörəklərindən biri olan bu yemək, əsl şahlar üçün nəzərdə tutulub. Qədim Misirdə yeməkdən ancaq fironlar dada bilirdilərsə, indi ölkənin hər evindən “Molokhia”nın ətri gəlir. Yeməyin hazırlanması üçün “Molokhia” bitkisinin yarpaqları sarımsaq qatılaraq qaynadılır, süfrəyə qoyulan zaman üstünə toyuq və ya dovşan əti əlavə olunur. Misirin bəzi ərazilərində ət olaraq mal və ya balıq ətindən istifadə olunur. Piramidaları “fəth edən” turistlərimiz Misirdə bu yeməkdən dadmağı tövsiyə edirlər.

Qanlı blinçik. Adından Hellouin süfrəsi üçün hazırlandığı düşünülsə də, Fin və Latviya mətbəxinin qədim və qeyri-adi yeməyindən qorxmayın! Adi blinçiklərdən fərqli cəhəti süd əvəzinə qandan istifadə olunmasıdır. Donuz və ya maral əti ilə birlikdə qonaqlara təqdim olunur. Adı qorxunc olsa da, tamı çox ləzzizdir. Düşünürük ki, vampirlər bu yeməyi çox bəyənər, bəs siz necə?

Tuna balığının gözləri. Düşünün, restoranda oturmusuz, sifarişinizi gözləyirsiz, ofisiant sizin qarşınıza yeməyinizi qoyur və boşqabdan sizə baxan gözlərlə göz-gözə gəlirsiz. Qorxdunuzmu? Dəyməz. Çünki Yaponiyada siz buna öyərəşəcəksiz. Hər supermartekdə sizə uzun uzadı baxan gözlər olacaqdır. Qəribə səslənir, amma Yaponiyada ən çox sevilən xörəklərdən biri məhz Tuna balığının gözləridir. O, həm çiy, həm də bişmiş halda yeyilir.  Dadına görə bir qədər kalmar və osminoqa bənzəyən bu “baxışan” yeməklər balıq sevərlərin xoşuna gəlsə də, başqaları tərəfindən anlaşılmır. Amma buna baxmayaraq yemək sizə, siz də onun dadına baxın!

"Maktak." “Yeməli dəri” kimi tərcümə olunan xörək Eskimos, nen və çukça mətbəxlərinin ənənvi yeməklərindəndir. Dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan yemək çox vaxt çiy verilsə də, bəzən qızardılaraq təqdim olunur. Həmçinin C və D vitamini ilə zəngin olduğu üçün çox xeyirli yemək sayılır. Bu yeməkdən artıq qorxmazsınız, o həm görünüşcə gözəldir, həm də faydalıdır.

"Huitlacoche." Meksika daim öz qəribəliyi ilə yadda qalır. Mətbəxi də bu qeyri-adilikdən qalmır. Huitlacoche və ya trufel göbələyi qarğıdalının sütül vaxtında onunla böyüyərək, belə deyək mutasiyaya uğradır və tanınmaz hala gətirir. Göbələklə qarğıdalının belə birgə yaşayışı bütün əkinin məhv olmasına gətirsə də, Meksikalılar bu məhsuldan özünəməxsusluqla istifadə edib mətbəxlərinin ən dəyərli yeməyinə çeviriblər.

"Cuisses de grenouille." Fransanın ən məşhur yeməklərindən biri də qurbağa ayaqlarıdır. Fərqli yemək deyəndə ağıla gələn də elə Fransanın bu maraqlı milli yeməyidir. Yeməyin tarixi haqqında müxtəlif fikirlər var. Bəzi fərziyyələrə görə qurbağalar hələ yüzillik müharibə dövründə  yemək kimi istifadə olunub. Tarixçilərin bir qismi iddia edir ki, Fransada meşələrdə ov qadağa olunan zaman yerli əhali çıxış yolu olaraq qurbağaları öz yemək menyularına qatmalı olublar. Hal-hazırda isə bu yemək bayramlarda Fransız süfrəsinin bəzəyi olur. Turistlərə də qurbağalar maraqlı gəlir. Fransa restoranlarında qurbağalı cürbəcür yeməklərə rast gəlmək olar. Aşpazlar daim eksperimentlər aparır, kimi qurbağa ayağını qızardır, kimi qaynadır, kimi tərəvəzlərlə, kimi də makaronla qonaqlara təqdim edir. Qurmanların bəzisi qurbağanın dadını toyuğa, bəziləri isə balığa oxşadığını deyirlər. Fransızların sevgisini qazanmış qurbağalı yeməklərdən siz də dadın, qorxmayın, qurbağa üstünüzə tullanmaz!

Maraqlı, dadlı, qəribə yeməklər çoxdur, hamısını dadmağa vaxt çatmaz. Amma siz səyahət edin və təkcə fərqli hislər deyil, fərqli dadlar da yaşayın. Əsas odur ki, kiminsə sevdiyi, kiminsə məsləhət etdiyini deyil, öz bəyəndiklərinizi dadın! Dünyada ekzotik mətbəxlər çoxdur, siz öz mətbəxinizi tapın!

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

YEMƏKDƏN ÇƏKİNMƏLİ OLDUĞUNUZ 5 YEMƏK

 

Paylaş

Arzu Çinarlı psyChopsis

2001-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində dünyaya göz açıb. 2006-cı ildən isə Azərbaycanda yaşayır. Səyahət etməyi çox sevir. Rusiyanın və Azərbaycanın bir neçə şəhərini gəzib-görüb. Uşaqlıqdan ən böyük arzusu Parisin gözəlliklərini öz gözləri ilə görməkdir. Bu arzusunun gerçəkləşməsini səbirsizliklə gözləyən Arzu, artıq bir neçə arzusunun reallaşdığını da bildirib. Reallaşan arzularının sırasına jurnalistika fakültəsində təhsil almaq da daxildir. Bu sahənin dərinliyinə yiyələn Arzunun təcrübələrini, oxuduqlarını qələmə almaqla arası yaxşıdır.

Bütün bloqlar