Daxil olQeydiyyat

Dünyanın ən böyük 8 adası

YANVAR 31, 2020 4 dəq. oxu
Dünyanın ən böyük 8 adası

Yazımıza ada nəyə deyilir? sualı ilə başlamaq məncə daha uyğun olacaq. Məktəbdə keçdiyimiz coğrafi biliklərimizi də təkrarlamış olarıq, elə deyilmi? Ada - hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsidir. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur.

Dünya xəritəsində yüzlərlə adaya rast gəlmək mümkündür. Yaranma mənşəlinə, ölçüsünə, fauna və florasının müxtəlifliyinə görə hər bir ada digərindən fərqlənir.

Ən müxtəlif, ən lüks və ən rahat keçən tətillər gəmi turları ilə etdiklərimizdir. Fərqli ekosistemləri olan adaları, məsələn, geniş bitki örtüyü və faunası olan adaları və ya quraq torpaq və vulkanlardan ibarət olan adalar ilə tanış olmaq istəyirsinizsə, bu məqaləni oxumağınızı tövsiyə edirəm. Adalar və ya gəzintilərlə maraqlanırsınızsa, marşrutunuza dünyanın ən böyük adalarını da əlavə edə bilərsiniz. Budur sizi xaricdə unudulmaz bir tur yaşamağa məcbur edəcək adalar...


1. Qrenlandiya adası, Danimarka – 2.130.800 km2

Qrenlandiya sahəsinə görə dünyanın ən böyük adasıdır. Sözügedən ada Danimarkanın muxtar mahalıdır. Qrenlandiya həm də sadəcə ən böyük inzibati ərazidir. Hərfi mənası "yaşıl ölkə" və ya "yaşıl yer" deməkdir. Adanın qərb və və cənub-qərbindən isti Qərbi Qrelandiya cərəyanı keçdiyinə görə sahilboyu ərazilərdə çəmənliklər əmələ gəlir. Ona görə də X əsrdə adaya gələn vikinqlər əraziyə belə ad vermişlər.

Özü özünü idarə edən bu adanın demək olar ki, 80%-i buzla örtülüdür. Buzsuz sahənin ərazi ölçüsü isə təxminən İsveçin sahəsi ilə eynidir, ancaq bunun sadəcə kiçik bir hissəsi əkinə yararlı ərazidir. Qrenlandiyanın 60.000-ə yaxın nüfusu var. Təqribən 15.000 nəfər paytaxt Nuuk-da yaşayır.

Orta əsrlərdə Qrenlandiyanın coğrafiyası haqqında çox az məlumat var idi. Hətta Qrenlandiyanı müstəqil ada hesab etmirdilər. Onu adətən Avropanın şimal-qərb hissəsinin yarımadası kimi xəritələrdə göstərirdilər. Balina ovçuluğunun inkişafı ilə əlaqədar yenidən adanın sahil suları diqqət mərkəzinə gəldi. XV-XVI əsrlərdə dəfələrlə bask,irland və digər avropalı balına ovçularının Qrenlandiya sahillərinə gəlməsi haqqında məlumat var. 1473-cü il də danimarkalı admirallar D.Pinninq və X.Potxorst Qrenlandiyanın şərq sahillərinə yaxınlaşdılar və sahildə ki,yüksək dağın ətəyində bu ərazinin kəşfi barədə məlumat lövhəsi qoydular.

1953-cü ildə artıq Qrenlandiya Danimarkanın ayrılmaz hissəsi hesab olunmağa başlandı. 1979-cü ildən isə danimarka parlamentinin qərarı ilə özünüidarə etmə statusu aldı.


2. Yeni Qvineya, İndoneziya və Papua-Yeni Qvineya - 785,753 km2

Yeni Qvineya adası - Birinci dünya Müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra Millətlər liqasının qərarı ilə Avstraliyanın idarə edilməsinə verilmiş mandat ərazi olmuşdur. Avstraliyanın şimalında, Sakit okeanın qərbində yerləşir. Sahəsinə görə dünyanın ikinci ən böyük adasıdır.

Coğrafiya, tarix və elm sahələrinə mühüm töhfə verən bir rus bioloqu və dənizçisi olan Nicholas Miklukho-Maklai, Yeni Qvineyanın təbii qaynaqları, yerli mədəniyyəti və yerli xalqı yaxından araşdırmışdır. Bu adam sayəsində dünya yabanı cəngəlliklərin və orijinal qəbilələrin mövcudluğunu öyrənmişdir.

Qvineya adası dünyanın iki hissəsini birləşdirir: Asiya və Avstraliya. 1975-ci ildən bura müstəqil bir dövlətdir, bu da Britaniya Birliyinə məxsusdur və BMT-nin üzvüdür. Paytaxtı Port Moresbydir.


3. Kalimantan adası, Bruney, İndoneziya, Malayziya - 748 168 km2

Kalimantan adası Asiyanın ən böyük, dünyanın isə üçüncü ən böyük adasıdır. Bruney. İndoneziya və Malayziya arasında 3 hissəyə bölünən Kalimantan adası yamyaşıl tropik meşələri, eqzotik atmosferi və yabani həyat tərzi ilə hər il milyonlarla turisti özünə cəlb etməyi bacarır. Adanın sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir.

Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilmişdir.

Adada Ekvatorial iqlim hakimdir. İllik temperatur 26° S təşkil edir. İllik yağıntının miqdarı 2000–3000 mm, dağlarda 5000 mm keçir.


4. Madagaskar – 587,713 km2

Madaqaskar adası Hind okeanında yerləşən, Afrikanın ən böyük adasıdır. Ada Afrika materikindən Mozambik boğazı ilə ayrılır. Dünyanın sahəsinə görə dördüncü ən böyük adasıdır.

İqlimi tropikdir. Cənub hissəsində az bir sahədə subtropik iqlim hakimdir. Adanın uzunluğu 1600 km, eni isə 600 km-dən çoxdur. Sahəsi 587,713 km²-dir. Ada bütünlüklə eyni adlı bir dövlətə aiddir. Madaqaskarın paytaxtı Antananarivu şəhəridir. Adanın ən hündür nöqtəsi sönmüş Marumukutru vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana silsiləsində yerləşir və adanın şimalındadır. Ancafi platosu isə adanın mərkəzi hissəsini əhatə edir. Ada şərqə doğru alçalır. Burada olan 5 zirvənin hündürlüyü 2600 metri keçir.

Ada ərazisində dəmir, mis, qızıl kimi zəngin sərvətlər vardır. Düzənlikləri bataqlıqlaşmışdır. Afrikadan bir qədər aralıda yerləşməsinə baxmayaraq zəngin bitki və heyvanlar aləminə sahibdir. Dünya canlılar aləəminin 5 % adada görmək olar. Bu canlılar aləminin 80 % endemikdir. Bunlar arasında ən tanınmışları lemurlardır. Zəngin endemik növ çeşidliyinə görə Madaqaskarı kiçik materik adlandırırlar.

Madaqaskar ilə tanışlıqdan sonra sizin beyninizdə Qrenlandiya yoxsa Madaqaskar? deyə sual yarana bilər. Hansına səfər etmək daha məqsədəuyğun olar? Hər iki ada bir-birindən o qədər fərqlidir ki, beyninizdə yaranan bu suala ancaq və ancaq “Soyuğu sevirsinizsə, Qrenlandiya, istini sevirsinizsə, Madaqaskar” deyə cavab verə bilərik.


5. Baffin Adası, Kanada – 507.451 km2

Baffin adası - Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 507 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür. Baffin adasını bu qədər populyar edən səbəblərdən biri də məhz Nettillinq gölünün hər il minlərlə turist qəbul etməsidir.

Ada əhalisinin böyük bir qismi paytaxt İqaulitdə yaşayır. Əhalinin rifahı və sosial vəziyyətinin təminatı üçün əlindən gələni edən ada rəhbərliyi burada hər kəsin işlə təmin olunmasını demək olar ki, öz öhtəsinə götürüb.

Şimali Kanadanı görmək istəyən hər kəsə mütləq surətdə Baffin adasını ziyarət etməyi məsləhət görürük. Burada siz qütb ayılarını seyr edə, xizəklə sürüşə bilərsiniz. Sərin iqlimi turistlərə həzz verdiyi kimi sizlərin də ürəyinizcə olacağını düşünürük!


6. Sumatra adası, İndonezya – 473.481 km2

İndoneziyanın sahib olduğu Sumatra adası digər adalardan öz zənginliyinə görə seçilir. Buranın müxtəlif tropik meşələrə ev sahibliyi etməsi Sumatranın adının popularlaşmasına və ildə minlərlə turistin bu adanı ziyarət etməsinə gətirib çıxarmışdır. Burada siz həm də adı Qırmızı Kitaba düşmüş, nəsli kəsilməkdə olan nadir heyvan və bitki növlərinə d rast gələ bilərsiniz.

Milyonlarla insanın buradan ailə dolandırdığını nəzərə alsaq, rahatlıqla deyə bilərik ki, İndoneziyanın inkişaf edən iqtisadiyyatının ən böyük dəstəkçisi məhz Sumatra adasıdır. Ərazisinə görə dünyanın ən böyük 6-cı adası sayılan bu ada gərək zənginliyinə görə birinci seçilsin!


7. Honşu adası, Yaponiya – 225.800 km2

Honşu adası dünyanın ən böyük 7-ci adası olsa da, Yaponiyanın ən böyük adasıdır. Hətta, Java adasından sonra dünyanın ən sıx adasıdır. Təbii ki, əhalisinə görə.

Honşu adası ümumilikdə Yaponiya xəritəsinin 60%-ni təşkil edir. Böyük Britaniyadan daha böyük əraziyə sahibdir, bir sözlə.

Dağlıq ərazi olan Honşu adasında tez-tez vulkan püskürmələri və zəlzələlər qeydə alınır. Bu da adanın ən mənfi cəhətlərindən biridir. Bu səbəbdən də digər adalara nisbətdə Honşu adası turist qəbulu məsələsində bir qədər kasıbdır.


8. Viktoriya adası, Kanada – 217,291 km2

Viktoriya adası Kanadanın şimal arxipelağında yerləşən və Kanadanın ən böyük 2-ci adası sayılan zəngin təbiətli adalarındandır. Həmçinin, öz sahəsinə görə dünyanın 8-ci ən böyük adası, hazırladığımız siyahının sonuncusudur.

Ada köhnənin və yeninin vəhdət təşkil etdiyi, qədim tikililərdən və yeni hündürmərtəbəli binalardan təşkil olunmuş, insana müsbət aura yükləyən ən gözəl adalardan biridir. Kanadaya gəlib buranı gəzməmək günah olar. Ona görə də, Kanadaya yolu düşən hər bir kəsə buranı ziyarət etməyi şiddətli tövsiyə edirik.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.