Daxil olQeydiyyat

EYFORİYA, ADRENALİN VƏ EKSTREMAL TURİZM

OKTYABR 8, 2019 2 dəq. oxu
EYFORİYA, ADRENALİN VƏ EKSTREMAL TURİZM

Heç nədən qorxmayan, cəsurlarımız, ekstremal turizm sizin üçündür!

Muzeylərdən, tarixi abidələrdən bezmisiz? Elə isə, paraşütlə havada süzün, dərin dənizə atılın, yüksək qayaya çıxın və içinizi adrenalinlə doldurun.

Ekstrimal turizm səyahətin aktiv və riskli formasıdır. Müasir ekstrimal turizm XX əsrdə formalaşıb. Hal-hazırda onun yüzdən çox müxtəlif növü mövcuddur. Daha çox məşhur olan növlərinə dayving, alpinizm, raftinq, bungee jumping və s. aiddir.

Ekstremal turizmin populyarlığı ildən-ilə artır, 20 il öncə ekstremalların sayı 10 min idisə, indi bu rəqəm 100 milyona qədər çatır. Bəs insanları ekstrimal idmanla məşğul olmağa nə yönəldir? Maraq, özünü kəşf etmək, gücünü sınamaq, komplekslərinə, qorxularına qalib gəlmək və eləcə də kimsdən dala qalmamaq istəyi buna səbəb ola bilər. Bəzi insanlar bir dəfədən sonra ekstrim üçün yaranmadıqlarını anlayır, bəziləri isə bunsuz yaşaya bilmir.

Daim ekstirmal idman növlərinə can atmaq narkotik və içki asıllığı kimidir, alimlər bunu adrenalin asıllığı adlandırır. Bunu belə izah etmək olar. Uzun stress və qorxudan sonra orqanizm eyforiya yaradan hormon ifraz edir. Bəli, stress bəzən sevinməyimizə səbəb olur.  İnsanların özəl xüsusiyyətlərinə görə də bəzi insanlarda ekstrimdən, adrenalindən asıllıq yaranır.

Qeyd etmək istəyərdik ki, hər eyforiya yaşamaq istəyən, ekstrimal turizmə can atmır. Axı, ekstrimal turizmin də öz tələbləri var. Esktrimallar həm fiziki, həm də psixoliji hazırlıqlı olmaqla yanaşı, iradəli, güclü olmalı, risk etməyi bacarmalıdırlar. Bunun müqabilində onlar çox möhtəşəm hisləri yaşayanlardan olacaqlar.

Dünyada çoxlu səyahət ediləsi yerlər var, amma bəzilərinə görə insanlar həyatını riskə atır. Sizə ən məşhur adrenalinli yerləri təqdim edirik.

Viktoriya şəlaləsində şeytan hovuzu

Viktoriya şəlaləsi adi turistləri füsünkar mənzərələri ilə cəlb edirsə, ekstrimalları şeytan hovuzu ilə. Şəlalədə su axının qarşısını alan kiçik qayalıqda ekstrimallar üçün çimərlik yaranıb. Cəsurlarımızın nəzərinə, hovuzda yalnız sentyabrdan dekabra qədər çimə bilərsiz, qalan aylarda su axını güclü olduğu üçün üzmək mümkün deyil.

Moher qayalıqlarında velosiped səyahəti

Turistlərin çox hissəsi Moher qayalıqlarına özünü dünyanın sonunda hiss etmək və İrlandiyanın gözəlliklərinə tamaşa etmək üçün gəlir. Amma turistlərin içərisində şir ürəyi yemişlər də olur. Onlar bura adrenalin dalıyca və qayaların başını fəth etməyə gəliblər. Qayalıqların bəzi yerləri uçuntudan yarım metrdən az qalıb, həmçinin İrlandiya havasını daimi dəyişkənliyi də qeyri-qanuni olan velosiped səyahətin həyat üçün böyük risk olmasında böyük rol oynayır. Amma bütün bunlar sizi dayandırmaz!

Makao qülləsi

Teleqülləni adrenalinli yerlərə aid etməyəmizə təəccüb etməyin. Bura bungee jumping – yüksək yerlərdən kanat ilə tullanmaq üçün ən möhtəşəm yerdir. Dünyanın ən böyük tullanma platformasından siz 233 metr hündürlükdən aşağıya enən zaman şəhər “cəngəlliyinin” parlaq görüntüsünü unutmayacaqsız.

Dubay

Dəniz, qızmar günəş, memarlıq inciləri və s. turistləri Dubaya cəzb edən elə budur? Ekstrimallar üçün maraqsız olar deyərdik, amma paraşütistlərimiz üçün Dubay əla seçimdir. Paraşütdən şəhərin bütün gözəlliklərini – hündür binaları, möhtəşəm yarımadanı və səhranı öz gözlərinizlə görəcəksiz. Yerə enəndən sonra isə, bütün bunları gəzib yenidən zövq alacaqsız. Bu fürsəti əldən verməyin!

Oymyakon - həyatın davam etdiyi ən soyuq məskunlaşma yeri

Belə görürük, sizi heçnə dayandırmır. Onda -60 dərəcə soyuğa yollanaq. Turistlər bura bədənlərinin soyuğa dözümlüyünü yoxlamaq, qaynar suyun neçə saniyəyə donmasını öyrənmək, donmuş mənzərələrə baxmaq üçün gəlir. Həmçinin xizək yarışlarında iştirak edənlər də var, ekstrimi qarlı təpələrdə yaşamaq da bir ayrı hissdir.

Türkiyə yüksəklikləri

Alpinistlər üçün Türkiyə ideal seçimdir. Həm yeni başlayanların, həm də profesianalların öz dağı olacaq. Türkiyənin ən hündür dağları olan - Ərciyəs, Bəydağları və Ağrı dağı bərabər, alpinistlərin sevdiyi yerlərdən biridir.

Sonda demək istəyərik ki, hansı ölkəyə gedib-çıxdığımızdan asılı olmayaraq, hər yerdə unudulmaz ekstrimal anlar yaşaya bilərik.

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.