Daxil olQeydiyyat

ÇİLİ ZƏLZƏLƏSİNİN YARATDIĞI GÜL SAATI

İYUL 1, 2019 1 dəq. oxu
ÇİLİ ZƏLZƏLƏSİNİN YARATDIĞI GÜL SAATI

1956-cı ildə 62-ci il Futbol üzrə Dünya Çempionatının harada keçirilməsi ilə bağlı seçimlər başlayır. Çili Təşkilat Komitəsi ölkəni short listə salmağa bacarır və sonradan ev sahibliyi üçün məhz bu ölkə seçilir.

1960-cı ildə Çilidə tarixin (seysmik cihazların mövcudluğundan bəri) ən güclü zəlzələsi - Valdivia zəlzələsi baş verir. 9.6 bal gücündə olan zəlzələ 10 dəqiqə dayanmadan ölkəni silkələyir. Bir neçə şəhər yerlə yeksan olur. Lakin Çili Təşkilat Komitəsi və onun rəhbəri Carlos Dittborn infrastrukturun məhv olduğu ölkədə cəmi 2 il sonra üçün üzərlərinə götürdükləri Futbol üzrə Dünya Çempionatını geri vermir. Və zəlzələdən qısa müddət sonra nitqində bildirir:

"Artıq əlimizdə heçnə olmadığı üçün, hərşeyi yenidən qurmaq üçün hərşeyi edəcik."

2 il sonra həmin ölkə heçnə olmamış kimi Dünya Çempionatını lazımi səviyyədə keçirir. Amma təəssüf ki, Carlos bu çempionatı özü görə bilmir. Çempionatdan cəmi 1 ay qabaq rəhmətə gedir. Həmin Dünya Çempionatının venue-larından biri olan Arica stadionu indiyədək Dittbornun adını daşıyır.

P.S Həmin zəlzədən sonra müxtəlif hökümətlər Çilinin fərqli zərərçəkmiş şəhərlərinə hədiyyələr verirdi. Gördüyünüz bu Gül Saatını isə zəlzələdən sonra İsveçrə höküməti Vina del Mar şəhərinə bağışlayıb, hansı ki, hazırda şəhərin simvollarından biridir.

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

AMAZON ÇAYI

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.