Daxil olQeydiyyat

Səyahətçiləri Koronavirus dövründə xəyali səyahətə aparacaq 5 film

MAY 13, 2020 3 dəq. oxu
Səyahətçiləri Koronavirus dövründə xəyali səyahətə aparacaq 5 film

 

Məlumdur ki, dünyanımızı sarsan COVID-19 səbəbi ilə bütün dünyada höküm sürən özünü təcrid etmə, şəxsi izolyasiya rejimi mövcuddur. Virusa qarşı görülən tədbirlərdən biri də dövlətlərin sərhədlərini bağlamısıdır. Bunun səbəbi virusun coğrafiyasının genişlənməsinin qarşısını almaq, virusun yayılmasını idarə edib onu aradan qaldırmaqdır. Aydındır ki, beıə bir vəziyyətdə nəinki səyahət, evdən çıxmaq belə təhlükəlidir. Əgər bir səyahət həvəskarısınızsa, bu şəraitin sizlər üçün daha çətin olduğundan heç bir şübhəm yoxdur. Vəziyyətə yaxşı tərəfindən baxsaq, bu zamanı növbəti səyahət planlarınızı quraraq səmərəli istifadə edə bilərsiniz. Düşünürəm ki, bu planları qurmaqda ən yaxşı vasitə səyahətlə bağlı filmlərdir. Filmlər bizləri dünyanın ən məhşur şəhərlərindən tutmuş ən ucqar yerlərinə qədər aparmaqda olduqca yaxşı bir vasitədirlər.. Xüsusən də səyahət filmləri ağlımızda həmin səhnələri canlandırıb vizual səyahət etməyimizdə, tez bir zamanda bunları real həyatda da gerçəkləşdirməyimizdə olduqca böyük rol oynayırlar. Evinizdən bir addım belə atmadan müxtəlif yerlərə qapı açacaq bu filmlərdən xəbərdar olmaq üçün bu blogu sonuna qədər oxumağınız kifayətdir. Ümid edirəm ki, bu filmlər sizlərə səyahət edərək dünyanın fövqəladə gözəlliklərinə şahid olmanın verdiyi xoşbəxtlik hissini xatırladacaq, böyük səyahətlər üçün ilham verəcəkdir.

 

Everest

Dünyada görüləcək sonsuz sayda təbii mözücələr olduğundan səyahət etmək arzusu da bitmək tükənmək bilmir. Dünyanın ən ucqar nöqtəsi olan Everest dağını bu möcüzələrdən biri adlandırsam yəqin ki, fikrimlə razılaşarsız. Alpinistlərin ən böyük nailiyyət olaraq gördükləri Everest dağına çıxmaq üçün dağ hər il minlərlə alpinistlərin gəlişinə məruz qalır. Dünyaca məşhur Everest filmi də bu haqdadır. Film 1996-cı ildə məşhur Everest dağının zirvəsinə çıxdıqdan sonra sonra enmə zamanı güclü fırtınanın yaşanması ilə sağ qalmaq üçün mübarizə aparan iki alpinist komandasının hekayəsinə əsaslanır. Jon Krakauer'in bu real hekayəyə əsaslanan Into Thin Air kitabı başda olmaqla haqqında bir çox kitab yazılmış bu real hadisə bütün şəffaflığı ilə filmdə öz əksini tapmışdır. Filmin baş rolunda Jake Gyllenhaal və Jason Clarke rol alır. Filmdəki qar fırtınası səhnəsini izləyərək o soyuğu isti evinizdə belə his edəcəyiniz film sizləri həm kədərləndirəcək, həm də Everestə getmək planları qurmağa vadar edəcək.


Out of Africa

İzlədikdən sonra sizləri günlərlər Afrika haqqında düşünməyə vadar edən film olduqca təsirlidir. Evdə qaldığımız bol zaman bu filmi izləməyənlərin izləməsi, izləyənlərin isə yenidən izləməsi üçün əla fürsətdir.

Afrika illərdir aclıq, səfalət, müharibələr və dözülməsi çətin olan əzabların mərkəzi olmuşdur. Təhlükəli və isti bir coğrafiyada yaşayan afrikalılar nəinki qitənin coğrafiyası ilə mübarizə aparır, həm də kapitalist qərb dövlətlərinin müstəmləkəçilik fəaliyyətlərinin öhdəsindən də gəlməyə çalışırlar. Out of Africa filmində kişilərlə olan münasibətlərində uğursuz olan bir qadın vasitəsi ilə burdakı qərbin müstəmləkəçilik fəaliyyətin Afrikada yaratdığı o sarsıdıcı izləri görmüş oluruq . Baş rolunda Robert Redford və Meryl Streep’in rol aldığı film 1985-ci ildə lentə alınıb. Filmdə danimarkali bir qadının afrika'dakı həyatı, yaşadığı çətinliklər olduqca aydın göstərilmişdir. Filmdə keçən “ uzaqları görə bilməyək deyə dünya yuvarlaq yaradılmışdır" cümləsi sizləri dərin düşüncələrə daldıracaq və günlərlə bu filmin təsirində saxlayacaq.


Wild

Wild filmi haqqında qeyd edilməli olan ilk şey filmin baş qəhrəmanı olan Cheryl Strayed-in bəlkə mümkünsüz deyiləcək qədər çətin olan bir məqsədinə təkbaşına nail olan qəhrəman olmasıdır. Cheryl atasından dolayı olduqca travmatik bir uşaqlıq keçirir. Həyatının bu dövründə onu yaxşı edən tək səbəbi anasıdır. Təəssüf ki, bu uzun çəkmir, o xərçəng xəstəliyinə görə anasını itirir. Anasının ölümü, daha sonra narkotik aludəçisi olması və nəhayət əri ilə boşanması onu sözün həqiqi mənasında alt-üst edir. Daha sonra cibində çox az pulu olan, həyatındakı ən çətin günlərini yaşayan Cherly Pacific Crest Trail yolunu gəzib başa vurmaq qərarını gəlir. Üstəlik təkbaşına uzun bir yola çıxmaq üçün heç bir təcrübəsi olmamasına baxmayaraq. Niyə belə bir qərar aldığına gəldikdə isə ,Cherly’ə görə bəzən həyatdakı çətinliklərin ardından bizi yaxşılaşdıran ən yaxşı şeyin təbiətdə tək qalmaqla , çətinliyi bu yolla dəf etmək olaraq görməsidir. Filmdə Cherly Strayed’in də dediyi kimi "94 gün ərzində Pacific Crest Yolunda yürüş etmək onun üçün eyni zamanda mənəvi bir səyahət idi.

O başlanğıcda çox ağır bir çanta ilə yola çıxır, bu onun üçün olduqca çətinlik yaradır və yol boyunca ayaq dırnaqlarını itirir . Yol boyu daha bir çox çətinlik çəkməsinə baxmayaraq, yolu tamamlayır.

Uzun bir yola çıxıb ,sərhədlərinizi aşmaq üçün tərəddüdünüz varsa bu filmdən sonra bu tərədddüdlərdən qurtulacaqsınız.

Filmin final səhnəsində səslənən mahnını (Simon & Garfunkel - El Condor Pasa) dinləyərkən, Cherly’nin iliklərinə qədər zövq aldığı o həyatı hiss edə bilərsiniz. Gözlərinizi yumub bütün diqqətinizi diqqətinizi toplasanız, bəlkə də özünüzü Pacific Crest Yolunda tapa bilərsiniz!

 

The Motorcycle diaries

1950-ci illərdə Ernesto və Alberto adlı iki gənc Argentinanın paytaxt şəhəri olan Buenos Aires-dən motosikletlə yola çıxırlar. Bir müddət sonra motosiklet işləmir və gənclər yollarına avtostop edərək davam etməli olurlar . Beləliklə, səyahət ərzində Latın Amerikasının düşündüklərindən fərqli bir yer olduğunu görürlər. Qitədə insanların yaşadığı əzabları, ədalətsizlikləri, korrupsiya hallarını gördükdən sonra bütün bunlar bu iki gəncin düşüncəsini çox dəyişdirəcəkdir. Mövzusu real hadisəyə dayanan filmi izlədikdə bir çox hissi eyni anda yaşayıb, günlərlə bu film haqqında düşünəcəksiniz.

 

İnto the Wild

Sean Penn-in rejissoru olduğu Into The Wild, 1996-cı ildə nəşr olunan, Christopher McCandless həyatı haqqında yazılan eyni adlı kitab əsasında çəkilmiş filmdir. Emile Hirsch, Vince Vaughn, Catherine Keener və Kristen Stewartın rol aldığı film olduqca təsirlidir. Christopher McCandless, bütün imkanlarını və yaşadığı rahat həyatı kənara qoyub Alyaskaya doğru avtostopla səyahətə çıxır. Filmin bir çox səhnəsində sizlərə ötürülən “Bu gün çox yaxşı vaxt keçiririksə, sabah haqqında düşünməyə ehtiyac yoxdur” düşüncəsi sizləri standart həyatdan kənara çıxmağa sövq edəcəkdir. Olduqca təsirli və real həyat hekayəsinə əsaslanan filmin izləyənlərdə dərin iz buraxdığı “Xoşbəxtlik paylaşdıqda gözəldir” fəlsəfəsi sizlərdə olduqca dərin iz buraxacaq.Həyatın mənasını tapmaq, təbiətə təslim olmaq və təbiətin qoynunda azad yaşamaq kimi düşüncələriniz varsa, xəyallarınızı gerçəkləşdirmək üçün ilk öncə bu filmi izləyin.

 

Axtarışa davam edin – bu bloqları da oxuya bilərsiniz:

SƏYAHƏTİMİZİ ASANLAŞDIRACAQ FAYDALI TELEFON PROQRAMLARI

YEMƏKDƏN ÇƏKİNMƏLİ OLDUĞUNUZ 5 YEMƏK

AFRİKANIN GÖRMƏLİ OLDUĞUNUZ 6 ÖLKƏSİ VƏ NİYƏ?

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.