Daxil olQeydiyyat

DÜNYA TURİZM NƏHƏNGLƏRİNİN KORONAVİRUS DÖVRÜNDƏ VERDİYİ MESAJLAR

MAY 4, 2020 3 dəq. oxu
DÜNYA TURİZM NƏHƏNGLƏRİNİN KORONAVİRUS DÖVRÜNDƏ VERDİYİ MESAJLAR

Bildiyimiz kimi, koronavirus pandemiyası bir çox sferaya mənfi təsir göstərdi. Bunlardan biri və bəlkə də ən çox təsirə məruz qalan turizm sənayesidir. Pandemiyadan əvvəl turizm sənayesi dünya ÜDM-nin 10% -ni təşkil edirdi. İndi isə Ümumdünya Səyahət və Turizm Şurası, COVID-19 pandemiyasının dünya miqyasında səyahət və turizm sənayesində 50 milyon iş yeri azalda biləcəyi xəbərdarlığını etdi. Əgər virusun turizm sənayesinə təsirini daha ətraflı şəkildə araşdırsanız, turizm şirkətlərinin SEO, PPC, marketinq, otellərin, aviaşirkətlərin, kruiz xətlərinin, turizm yerlərinin və onlayn səyahət agentliklərinin nə qədər ciddi təsirə məruz qaldığını və qısa zamanda necə çökdüyünü görə bilərsiniz. Bildiyimiz kimi, gəlir mənbəyi olmadığından bəzi şirkətlər ya işçilərini azaltdılar ya da tamamilə çökdülər. Əlbəttə ki, bu həmin şirkətin gücüdən asılı olaraq dəyişən bir nüansdır. Buna misal olaraq, virusun avropaya yeni-yeni yayılmağa başladığı vaxtlarda, mart ayının 5-də Flybe adlı Avropanın ən böyük regional hava yolu şirkəti koronavirusun təsiri səbəbindən çökmə həddinə gəlib çatdı. Bu hadisədən bir müddət sonra isə Norwegian hava yolu şirkəti Flybe hava yolu şirkətindən fərqli olaraq, koronavirus səbəbiylə işçilərinin yarısını işdən çıxarmaq məcburiyyətində qaldı. Bütün bunlardan sonra turizm sənayesinin əvvəlki vəziyyətinə çox uzun bir müddətə gələ biləcəyini təxmin etmək o qədər də çətin deyil. Mütəxəssislərin bildirdiyinə görə, bütün bunlar başa çatdıqdan, virusun təsiri, yayılmasının qarşı alındıqdan sonra turizm sənayesinin bərpa olunması ən az 10 ay sonra mümkün ola bilər. Təbii ki, bu virusun hansı ölkədə nə zaman bitəcək olması ilə də bağlıdır. Bəs böyük turizm şirkətləri bu haqda nə deyir? Dünya Turizm nəhənglərinin Koronavirus dövründə verdiyi mesajlar nələrdir? Gəlin bu sualların cavablarına birlikdə baxaq.


Sosial məsafəni qoruyun və evdə qalın

Hər birimizin də bildiyi kimi, dövlətlərin insanlara özünlərini təcrid etmək barədə verdikləri tövsiyələrin nəticələri ilk başlarda uğursuz oldu. Bir çox ölkədə insanlar bunu eşitdikdən sonra evdə qalmaq əvəzinə ölkə daxilində virusun daha az təsir etdiyi yerlərə axın etməyə başladılar. Bundan əlavə, ölkədəki bəzi turistlər isə bu xəbərdarlıqlardan sonra özlərini cəmiyyətdən təcrid etmək əvəzinə öz ölkələrinə qayıtmağa çalışdılar. Əlbəttə ki, bütün bunlar virusun yayılma tempinin artmasına çox təsir göstərdi. Xüsusən də, İngiltərədəki Whitstable, Leyk bölgəsi və Kornuall ziyarətçilərin böyük bir axınına məruz qaldı. Bəzi insanlar da məsələnin ciddiyətini başa düşmədiklərindən gündəlik həyatlarına davam etdilər. Məsələn, London parkları təmiz havada gəzmək istəyən insanların axınına məruz qaldı və beləliklə sıxlıq səbəbindən  bir-birlərindən ən az 2 metr uzaq durmaları qaydalarına heç kəs əməl etmədi. Bun anda İngiltərədəki nəhəg turizm şirkətləri dövlətin tövsiyyələrini dəstəklədilər. Xüsusən də Visit Cornwall turizm şirkəti insanlardan ölkə daxilində bir bölgədən başqa bir bölgəyə getməmələrini, bir-birlərindən uzaq durmalarını xahiş etdi və bildirdilər ki, bu qaydalara əməl etsələr tez bir zamanda yenidən görüşüb səyahət edəcəklər. Visit Cornwall’dan əlavə Şotlandiyada 100-dən çox müəssisəni təmsil edən bir turizm qrupu olan Road to the Isles, insanları səyahət etməyəyə, evdə qalmağa çağırdı. Şirkət bildirdi ki, əgər ölkə daxilində bir bölgədən başqa bir bölgəyə getsələr bu dəstək göstərilməsi çətin olan kiçik adalarda yaşayan insanların həyatı üçün çox təhlükəli olacaqdır. Bunlardan əlavə, National Trust, koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün parklarını və bir çox istirahət yerlərini könüllü olaraq bağlamaq qərarına gəldi. Eyni zamanda, bildirdilər ki insanlar evdə qaldığı və sosial məsafə ilə bağlı tövsiyyələrə əməl etdikləri təqdirdə  parkinq üçün ödəniş almayacaqlar.


Gələcəyə baxın

İnsanların günlərlə, həftələrlə, bəlkə də aylarla qurduqları bütün səyahət planalarının ləğv olması onları ruhdan saldı. Bu anda turizm şirkətləri insanlara  hər şeyin tez bir zamanda normal vəziyyətə qayıdacağını bildirərək, onları ləğv olunmuş səyahət planlarını, indiki anı düşünmək əvəzinə gələcək səyahət planları haqqında düşünməyə çağırdılar. İsveçrənin turizm şirkəti bunun yaxşı bir nümunəsidir. Şirkət sosial mediada istifadəçilərin əhval-ruhiyyələrini yüksək tutmaq üçün #neverstopdreaming və #staystrong kimi hashtaglardan istifadə etdi və hər kəsi bunu etməyə çağırdı. Bundan əlavə, bəzi turizm şirkətləri də insanların rezerv etdikləri səyahət planlarını ləğv etmək əvəzinə təxirə salmaq qərarına gələrək onara bəzi güzəştlər edəcəklərini bildirdilər.


Evdən çıxmadıqları halda onlara kömək edəcəklər

Cəmiyyətdən təcrid olmaq və evdə qalmaq tövsiyyələrindən sonra nəqliyyat proqramı olan Citymapper, şəhərlərdə insanların buna nə dərəcədə əməl etdiklərini bilmək üçün 'Mobility İndeksi' təqdim etdi. Nəticəyə görə, dövlətin evdə qalmaq tövsiyələrinə baxmayaraq, London əhalisininn 31% -nin hələ də səyahət etdiyini ortaya çıxdı. Məlum oldu ki, bu insanların əksəriyyəti tələbatlarını ödəmək üçün işə getmək məcburiyyətində olan insanlardır. Bu halda, məşhur Prestige səyahət və turizm şirkəti yanvar ayından etibarən virusun təsiri bitənə qədər koronavirusdan təsirlənənlər üçün, xüsusən də yaşlılar üçün yardım paketləri yaratdılar. Bundan əlavə, Londonda fəaliyyət göstərən Experience Səyahət Qrupu market alış-verişi və ya digər tapşırıqları icra etməklə insanları təcrid etmək üçün könüllü olaraq çalışan heyəti təqdim etdi.

Bütün bu nümunələrdən də göründüyü kimi, nəhəng turizm şirkətləri bu çətin müddət ərzində insanlara dəstək göstərib onları evdə qalmağa çağırırlar. Ümid edirəm ki, bütün dünyanın virusdan tez bir zamanda qurtulma cəhdləri uğurlu olar və hər kəs istədiyi zaman səyahət edə bilər.

 

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

KORONAVİRUSUN ƏTRAF MÜHİTƏ TƏSİRLƏRİ

WHEN WILL WE TRAVEL AGAIN?

RADİOAKTİV TURİZM - ÇERNOBILA SƏYAHƏT

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.