Daxil olQeydiyyat

CƏNUBİ AMERİKA: TƏHLÜKƏ YA GÖZƏLLİK?

İYUL 1, 2019 1 dəq. oxu
CƏNUBİ AMERİKA: TƏHLÜKƏ YA GÖZƏLLİK?

Bu dəfə həyatımın planlaşdırılmamış ən maraqlı səyahətini yaşadım. 6 ildən sonra rəngarəng Cənubi Amerikaya qayıdıb, materikin 5 möhtəşəm nöqtəsinə dəydim. 35 günlük dəli səfəri Buenos Airesdə başlayıb, elə orada da bitirdik. BA-də Recoleta qəbiristanlığı, La Boca ərazisi və yatmayan gecə həyatının olduğu Palermoda olduq. Daha sonra Mendoza şəhərinə və dağlara üz tutduq. Argentinaya gəlməkdə əsas məqsədimiz qitənin ən hündür nöqtəsi olan Akonkaquanın (6961m) zirvəsində dayanmaq idi. Normalda 12-14 gün çəkən proqramı 9 günə tamamlayıb, qardaşımla Azərbaycan Milli Geyimlərində zirvədə dayandıq. Hələ qayıdanda bonus kimi Rusiyalı əfsanəvi alpinist Viktor Boboku da gördük. 


Sivilizasiyaya qayıtdıq. Mendozanın tanınmış Merlot Çaxırının və yerli brend steyk və qrillərinin dadına baxdıq. Pasportumuza Akonkaqua ştampı vurdurduq. 
Oradan Çiliyə yollandım. Santyaqo, Vine del Mar, Vakparaisio şəhərlərini gəzib, Lonely Planetin məsləhət gördüyü 3 kafe/restorana baş çəkdik. Yerli Ceviche-nin və Meksikadan bəri dadı ağzımda qalan Miçeladanın dadına təkrar baxdım. 
Növbəti stansiya Peru idi. Limanı gəzib, İnkaların tarixi mərkəzi olan Cuscoya yollandıq. Bu şəhərdə yəqinki rahat, sıxılmadan 2 həftə qala bilərəm. Sakit, tarixi, rəngarəng, ruhlu 1 şəhərdir. 3 gün burada qaldıq. Günlərin birini şəhərə, birini ATVlərlə ətrafdakı maraqlı abidələrə səfərə, birini isə Dünyanın 7 Möcüzəsindən biri - Maçu Pikçuya ayırdıq. O dövrün insanlarının primitiv texnikalarla belə hündürlükdə yaratdıqları yaşayış məskəninə valeh olmamaq mümkün deyil. Maçu Pikçu dağlar arasında, dağlar başında 1 şəkildir, otur saatlarla bax. 


Növbəti dayanacağımız dünyanın ən hündür (3810m) gölü olan Titikakanın Peru sahilindəki Puno şəhəri oldu. Buradan qayıq götürüb, gölün ortalarında yer alan, üzən Uros adalarına yollandıq. Bu insanlar əsrlərlə bu adalarda yaşayıb, yaşayır. Bu adaların saxlanılması ciddi əziyyət tələb edir. Belə ki, bu üzən adaların bazisini saxlamaq üçün sakinlər hər 15 gündən 1 altdakı (dərinə gedib, suya batırlar) qamış qatlarını təzələyirlər. Düşünün bu insanlar bu işi əsrlərlə 15 gündən 1 təkrarlayıblar. Amma yerlilərlə söhbətdən bu nəticəyə gəlinir ki, artıq gənclər burada yaşamaq istəmir və sahillərə, torpağa üz tuturlar. Odur ki, 15-20 il sonra bu adalar ümumiyyətlə tarixə qovuşa bilər. Buralara səyahət planlayırsınızsa, tələsin! :) Peruda ən çox sevdiyim tərəflərdən biri də tropik meyvələr idi. Hərgün Marakuya yeməkdən bomba nə ola bilər?!

 

Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

AMAZON ÇAYI 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.