Daxil olQeydiyyat

TƏYYARƏLƏRDƏKİ 6 XİRDA, AMMA ÖNƏMLİ DETAL

NOYABR 5, 2019 2 dəq. oxu
TƏYYARƏLƏRDƏKİ 6 XİRDA, AMMA ÖNƏMLİ DETAL

Araşdırmalara görə ən təhlükəsiz və ən aşağı qəza göstəricisi olan nəqliyyat vasitəsi təyyarələrdir. Amma yenə də təyyar ilə səyahət zamanı qorxumuzu saxlaya bilmirik. Bəlkə də bu bizdən gizlədilən sirlərə görədi. Elə isə təyyarələrdəki 6 xırda, amma önəmli detalı sizə çatdıraq.


13 nömrəli yer
Təyyarədə heç 13 nömrəli sırada oturmusunuz? Çox ehtimal ki, cavabınız “xeyr” olacaqdır. Çünki 13 rəqəmi bir çox mədəniyyətlərdə uğursuz say hesab edilir. Məsələn, əksər ölkələrdə olduğu kimi, ölkəmizdə də 13 nömrəli qeydiyyat nişanlı avtomobil möcvud deyildir. Bu rəqəm uğursuz olduğu üçün əksər sərnişinlər 13 nömrəli sırada oturmağı rədd edirlər. Buna görə də bir çox hava yolları şirkətlərində 13 nömrəli yer mövcud deyildir. Oturacaq sırası 12-dən 14-ə keçir.


Siqaret
Bir çox qapalı məkanda olduğu kimi təyyarələrdə də siqaret çəkmək qadağandır. Amma təyyarələrin tualetində kül qabılar var. Bunun səbəbi bilirsiniz nədir? Əgər kimsə qaydaları pozub təyyarədə siqaret çəksə, külü zibil qabında deyil, kül qabında söndürsün deyə hər ehtimala qarşı təyyarələrə tualetlərində külqabılar quraşdırlımışdır. Çünki siqareti tam söndürməmiş zibil qabına atsa, təyyarədə yanğın baş verə bilər, bu da təyyarədə siqaret çəkməkdən daha böyük problemlərə yol aça bilər.


Salamlaşma
Təyyarələrdəki nizam-intizam qaydaları digər nəqliyyat vasitələrindəkindən daha fərqli və özünəməxsusdur. Qapıda hosteslər sizi gülümsəmə və “Xoş gəldiniz” ifadəsiylə qarşılayıb içəri dəvət edirlər. Siz bunu başqa nəqliyyat vasitələrində nadirən görə bilərsiniz. Araşdırmalara görə, qapıda bu cür qonaqpərvər qarşılanan sərnişinlər təyyarəyə aidlik və doğmalıq hiss edirlər və qayda-qanunlara daha yaxşı riyaət edirlər.


Yemək
Təyyarələrdə özəl bir qayda vardır ki, baş pilot və köməkçi pilotun eyni yeməkdən yeməkləri qadağandır. Səbəbi yeməklərin zəhərli olması ehtimalına qarşı iki pilotu da eyni anda itirə bilmə ehtimalının qarşısını almaqdır. İki fərqli yeməyin servis edilməsi mümkün olmadıqda isə, pilotlardan biri yeməyi yeyir, 1 saatdan sonra əgər zəhərlənməsə digər pilot da eyni yeməkdən yeyir.


Yanacaq
Maşınla uzaq məsafəyə səyahət edənlər yanacaq çənini maksimum yanacqla doldururlar. Bu təyyarədən başqa bütün nəqliyyat vasitələrinə aiddir. Təyyarələr bütün çən əvəzinə lazım olacaq qədər yanaacaq qəbul edirlər. Səbəbi isə odur ki, təyyarə nə qədər yüngül olarsa, bir o qədər az yanacaq istifadə edir. Bu havayolu şirkəti üçün qazanc olsa da, təhlükəlidir. Çünki bəzən əvvəlcədən hesablanan yanacaqdan daha çoxuna ehtiyac olur. Bu zaman isə ən yaxındakı hava yolu şirkətinə eniş edib yanacaq doldurulur. Amma heç vaxt benzin çəni tam doldurulmur.


Balaca dəlik
Təyyarə pəncələrindəki balaca dəliyi görnümüsünüz? Onun nə işə yaradığından xəbəriniz var? Bildiyimiz kimi təyyarə yuxarı qalxdıqca hava təzyiqi də əksinə olaraq sürətlə aşağı düşməyə başlayır. Təyyarələr elə struktura malikdir ki, içəridəki və havadakı təzyiq fərqini tənzimləyir və içərinin təzyiqi sabit tutmağa xidmət edir. Buna görə də təyyarə pəncələrinin şüşələri 3 qatdan ibarət düzəldilmişdir. Bəhs etdiyimiz balaca dəlik isə orta qatda yer alır. Bu balaca dəliyin vəzifəsi isə təyyarənin içi ilə bu qatlar arasındakı boşluqlardakı hava təzyiqini tənzimləməkdir. Amma bu balaca dəliyin işi bununla da bitmir. Necə deyərlər: “Bam balaca boyu var, dam doluca toyu var”. Balaca dəliyin digər vəzifəsi isə şüşənin buğlanmasının və eyni zamanda donmasının qarşısını almaqdır. Buna baxmayaraq hava şəraitindən və təyyarənin hərəkət trayektoriyasından asılı olaraq, bəzən balaca dəliyin ətrafında kiçik buzcuqlar görə bilərsiniz.

 

Bu bloqları da oxuya bilərsiniz:

DÜNYANIN 5 ƏN BÖYÜK HAVA YOLU ŞİRKƏTLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.