Daxil olQeydiyyat

OĞURLANMIŞ ARZULAR

İYUL 3, 2019 2 dəq. oxu
OĞURLANMIŞ ARZULAR

 

Dağçılıqla ya riski dəlicəsinə sevənlər, ya da imkanlılar məşğul olur. Bəzən də bu ikisi kəsişir. Hər bir sahə kimi bu məşğuliyyətin də zaman-zaman dəyişən, inkişaf edən əlçatmaz məqsədləri, arzuları olub alpinistlər üçün.

1953-cü ilə kimi yüzlərlə, bəlkə də minlərlə Alpinistlər ətəklərdən Everestə (o zamanlar COMALUNQMA, indi də yerlilər belə adlandırır) həsədlə baxırdılar. Kim Birinci çıxacaq? Dəfələrə olan uğursuz ekspedisiyalardan sonra bunu Tenzinq Norqay və Edmund Hillari etdi.

Daha sonra Alpinistlər digər heç zaman “zirvəsində dayanılmayan” dağlara fokus oldular. Xüsusən də digər 8000-liklərə. 1954-cü ildə K2-dən başlamaqla (Everestə kimi artıq Annapurna I çıxılmışdı 1950-də və tarixdə çıxılmış ilk 8000-lik idi), 10 il ərzində gedən qızğın qarşıdurmalarla 1964-cü ildə sonuncu 8000-lik Şişapanqmada tarix yazıldı. Bir-birinin ardınca 8000-liklər gəldi. Təbii ki, ilk öncə sezon (fərqli dağlarçün bu fərqli vaxtlardır) aylarında çıxdılar.

Sonra yeni adrenalin dalğası gəldi. Bütün 8000-likləri kim çıxa bilər? İngilis dilini bilmək səviyyələri ilə müqayisə etsək bu artıq “Advanced” level səviyyəsi üçün deyil, “Native” üçün mübarizə idi. Dəlilik idi.

Bəs ilk dəli kim ola bilərdi? Təbii ki, Raynxold Messner!! Düşünün ki, ilk 8000-liyində - Nanga Parbatda insan öz qardaşını itirir amma yenə də dağlara qayıdır. 1986-cı ildə listi tamamlayır. 14 ədəd 8000lik zirvə!

Bu son idimi? Təbii ki, yox. There are crazy people, and there are crazier ones!

Bundan sonrakı məqsədlər bütün zirvələri oksigensiz dırmanmaq və daha sonrakı mərhələ isə bu zirvələrə qışda dırmanmaq oldu. Hansı ki, bugünə kimi davam edir və qurbanlar alır. İlk 8000-liyə Qış dırmanışı keçən postumda qeyd etdiyim Polyak Kristof Vieliçki tərəfindən olur, hansı ki, hazırda K2 ekspedisiyasına rəhbərlik edir. O həmyerlisi Leszek Çiçi ilə birlikdə 1980-ci ildə məhz Everesti qışda ilk dəfə qalxır. Daha sonra 80-ci illərdə daha 6 zirvə (8000liklər) yalnız polyaklar tərəfindən qışda qalxılır. Polyakların nə qədər tank alpinistlər yetişdirdiyini deməyə ehtiyac qalmır.

90-cı illərdə susqunluq olur və digər 7 8000-lik hələ də qışda zirvədə Alpinist görmür. 2000-ci illərdə yeni dalğa gəlir. Simone Moro, Denis Urubko, Adam Bieleçki (son 2si tanış gəlirmi?) və digərlərinin gətirdiyi dalğa. Bütün zirvələr bir-birinin ardınca 2016-ci ilə kimi qışda çıxılır. Bunlarda 3-ündə (Qış Rekordu) Simone Moro olur. 2-sində isə Denis Urubko! Denis ve Moro birlikdə xaliqələr yaradırlar.

2016-ya kimi isə qışda qalxılmamış cəmi 2 zirvə qalır. Nanga Parbat və K2!

Gələk mövzumuzun əsasə qəhrəmanına. Tomek Makieviç. Ad tanışdır yəqinki. 2 gün öncə də onun barəsində yazmışdım. Bu polyak alpinistin dağçılıq karyerası o qədər də titullu olmasa da (Mount Loganın ilk Polyak dırmanışından başqa), o bir dağa aşiq olur. Nanqa Parbata! 2012-ci ildə başlayaraq öncə yayda sonradan isə qışda dırmanmaq üçün gəlir. Və 1-ci arzusu ona qışda çıxan ilk alpinist olmaq, ikincisi isə sadəcə qışda ona çıxmaq olur. 2016-cı ilə kimi 6 yürüş edir zirvəyə və təəssüf ki, ən yuxarı qalxdığı nöqtə o dövr üçün rekord olan 7800 metr olur. Təsadüfmü deyim ya deməyim, o bunu Elizabet Revol ilə 2015-ci ildə edir.

2016-nın qışında onunla paralel Nanga Parbatın ətəklərində başqa bir qrup peyda olur. Qrupun rəhbəri isə Simone Moro idi... Yəqinki Tomek Moronu görəndə içində bir hiss yaranmışdı.

Onlar Tomekin neçə illik arzusunun oğruları idi. Zirvə fəth edilir. Tomekə bu hadisə ciddi təsir etsə də, 2018-də o Elizabet Revol ilə yenidən Nangaya qayıdır. İfrat Arzusunun dalınca...

Bu dəfə O zirvədə dayanır, zirvəni görür amma onu Elizabetdən sonra heçkim görmür...

Elizabeti də görməyə bilərdik, əgər həmin Moronun dostu Denis Urubko olmasa idi...

 

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.