Daxil olQeydiyyat

KİÇİK 1 KƏNDDƏN SİLİKON VADİSİNƏ GEDƏN YOL

İYUL 3, 2019 1 dəq. oxu
KİÇİK 1 KƏNDDƏN SİLİKON VADİSİNƏ GEDƏN YOL

Bugün etdikləriniz sizin 3 il, 10 il, 20 il sonra harada olacağınızı təyin edir.

6-7ci sinifdə oxuyurdum. Hər yay olduğu kimi Qubaya yay tətilinə getmişdim. Qaldığım məhlədə tam təsadüf nəticəsində (bir kəndin bir küçəsi) 2-3 smart uşaqlar var idi. Birgün Bəkir adında bir məhlə uşağı əlində maraqlı bir brelokla gəldi yanımıza. Dedi ki, "bibim oğlu İndoneziyada, Balidə Fizika Olimpiadasında Fizika üzrə Dünya Birincisi olub." Bu breloku gətirib. Və onu mənə verdi. Cümlədən bir dənə bibim oğlu sözünü başa düşmüşdüm. Üzünə deməsəm də, içimdə fikirləşdim ki, "öz uşaqlıqlarını yaşamırlar, iş həmişə olacaq da böyüyəndə." 
İllər keçdi, həmin Bəkirin (son dəfə görəndə Bəkirin özü də Hollandiyanın Delft Universitetində Biomedical Engineering üzrə Master oxuyurdu) bibisi oğlu ABŞ-a oxumağa getdi. Həm bakalavr, həm magistr dərəcəsində Computer Science üzrə MIT-ni bitirdi. Google-da çalışdı. Bir neçə startapdan sonra Namo Media adlı startapını Twitterə 50 milyona satdılar. Həmin oğlan - Tural Bədirxanlı hazırda da Twitterdə çalışır.

Arada həmin üzərində "Bali" yazılan breloka baxıram. Əslində adi bir taxta parçasıdır amma Qubanın 1 kəndindən MIT-ə, Twitterə, 50 milyona gedən yolu xatırladır mənə.

Bəhanələri, limitlərinizi qoyun bir kənara. Sizin həyatınızı sizdən başqa heçkim dəyişməyəcək.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.