Daxil olQeydiyyat

Ta Prohm məbədi

MART 10, 2020 12 dəq. oxu
Ta Prohm məbədi

Məbəd nədir?

Məbəd və ya ibadətxana – insanların ibadət etməsi, sitayişi həyata keçirdikləri və dini ritualların gerçəkləşdirildiyi məkandır. “İbadətxana” farsca, “Məbəd” sözü isə ərəb mənşəlidir. Məbədlər yaranma xüsusiyyətlərinə görə 2 cür olur:


1.İnsanların inşa etdikləri və ya müqəddəsləşmiş məkanı məbədə çevirdikləri;
2.Təbii relyeflər (məs.: qayalar üzürinə oyulmuş və ya təbii mağaralar və s.)

Dünya üzərində mövcud olmuş və hal-hazırda olan tikililər içərisində məbədlər hər zaman xüsusi yer tutmuşdur. Çünki məbədlər təkcə sənət əsəri, tarixi tikili kimi deyil, həm də özündə ilahi mədəniyyəti əks etdirir.

Məbədlərin tikintisi də digər memarlıq abidələrindən fərqlənir. Belə ki, məbədlərdə ibadət zamanı insanların buraxdıqları vibrasiyalarla kosmos biovibrasiyaları üst-üstə düşməlidir. Məbədlərin hündür tavanı, günbəzləri “vibrasiya akkustikası”na xidmət edir. Bunun nəticəsi olaraq da, ibadət zamanı məbədin vibrasiyası xaricdəki vibrasiya ilə birləşir və bu ilahi qatla əlaqə kimi qələmə verilir. Yer üzərindəki əksər məbədlər krallar, padişahlar, hökmdarlar tərəfindən inşa edilmişdir.

Məbədlərin növləri:
1.Templum – Antik Romada yerli tanrılara ibadət üçün tikilmiş məbədlərdir;

2. Fanum – Antik Romada yerli olmayan tanrılara ibadət üçün tikilmiş məbədlərdir;
3. Kilsə - Xristian dininin sitayiş mərkəzidir;
4. Şapel, Katedral, Bazilika – Qərbi Hindistanda keçirilən dini mərasimlər baxımından özəl olan kilsələr şapel, digər adi kilsələr isə katedral və bazilika adlandırılmışdır;
5. Provaslav – Günbəzində yunan xaçına oxşar xaç olan kilsələr provaslav kilsələridir;
6. Protestant – Reformasiya dövründə Fransada tikilmiş kilsələr protestant kilsələr adlandırılmışdır;
7. Mormon – XIX əsrdə New-Yorkda, daha sonra isə ABŞ-ın digər şəhərlərinə də yayılan Mormon kilsələri daha özəl və fərqli dini ayinləri həyata keçirmək məqsədi daşıyır;
8. Derasar – Bütün canlıların bərabər olduğunu deyən Jainizm dünyanın az sayda ərazisinə yayılmışdır və “derasar” adlanan məbədlərdə dini ayinlər həyata keçirilir;
9. Mandir – Hinduların məbədləridir və başqa cür adlandırılanları da mövcuddur: kovil, gudi, devalayam, kovela və s.;
10. Məscid – İslam dininin müqəddəs məkanı, Allahın evidir;
11.Gurdwara – Təktanrılığı ehtiva edən Siqhizmin dini ayinlər və təlimlər keçmək üçün tikilmiş məbədinə deyilir;
12. Atəşgah – Zərdüşt dininin məbədidir;
13.Wat – Kamboca və Taylanddakı həm hindu, həm də buddist məbədlərinə deyilir;
14.Məşrukul Azkar – bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist din olan Bəhai dininin məbədidir;
15. Jinja – Dünyanın ən qədim dinlərindən olan Şintoist dini Yaponiyanın milli və əvvəlki rəsmi dini olmuşdur. Şintoistlər öz dualarını Jinjada edirlər;
16. Menda – Mandean və ya Sabii adlanan dinin məbədi;
17. Pagoda – Buddistlərin məbədidir;
Və s.


Dünyadakı məşhur məbədlər:

Karnak (Büyük Hipostil Salonu)
Bu tikili Misir inşaatçılarının inşa etdiyi ən böyük qədim məbəd kompleksidir.  O 16 sıra olmaqla 134 sütundan tikilib. Məbədin hündürlüyü 24 metr, ümumi sahəsi isə 5000 m²- dir. Misirdə ən çox ziyarət edilən ikinci məkan bu möhtəşəm və əzəmətli görünüşü ilə sirli Misir tarixinin zənginliklərini ortaya qoyur. Karnak dünyanın ən böyük açıq hava muzeyi olaraq qəbul edilir. Nəhəng heykəllər, sfinkslər, məbədlər, obelisks və divarları bəzəyən təsirli heroqliflər ilə zəngindir. Məbəddəki Böyük Hipostey Zalı, dövrünün ən böyük, ən möhtəşəm və gözəl salonu idi.  Böyük Hipostil Zalının inşası III Amenhotep dövründə başladı.  Böyük sütunlu salonun inşası İ.Seti tərəfindən davam etdirilib və oğlu II Ramses tərəfindən tamamlanmışdır.

13 kvadrat sütunlu 600 kvadrat metrlik bu 16 cərgədə insanlar cırtdan kimi qalırlar.  12 santimetr uzunluğunda və 21 metr uzunluğu 12 metr 21 metr olan bu hipostil salondan baxanda şərq-qərb oxunda bir-birinə söykənən və yellənən və göyə çatmağa çalışan ağaclar görünür.  İki nəfər qollarını yanlara yayır və sütunlara sarılırsa, yenə də bir-birlərinə çatmaq üçün çox böyük olan sütunlar arasında yox olurlar.

Borobudur
9-cu əsrdə, Sailendra sülaləsi dövründə tikilmiş, İndoneziyanın yerli ibadət ənənələrini təmsil edən Borobudur məbədi Buddaya həsr olunmuş türbə və buddistərin ziyarətgahıdır. Burada ziyarət, məbədin təməl pilləsindən başlayır və abidənin ətrafından dolanaraq yuxarı doğru üç mərhələli buddist ideologiyasını izləyir։ Arzular dünyası, Real dünya, Mövcud olmayan dünya. Borobudur, dünyanın ən geniş və tam ansambl şəklində olan Budda relyeflərinə sahibdir.  Sübutlar göstərir ki, Borobudur 9-cu əsrdə tikilmiş, lakin sonradan yavalıların İslam dinini qəbul etməsindən sonra tərk edilmişdir. Dünya miqyasında Borobudur məbədinin mövcudluğu ilk dəfə Stemfort Rafflz tərəfindən qeydə alınmışdır. Bu dövrdən sonra məbəd bir neçə bərpa işləri ilə qorunmuşdur. Ən böyük bərpa layihəsi isə 1975 və 1982-ci illər arasında, İndoneziya hökuməti və UNESCO tərəfindən aparılmışdır və məbədin “UNESCO Dünya mədəniyyələr siyahısı”na salınması ilə nəticələnmişdir.  Borubodur dünyanın ən geniş Buddist məbədi hesab olunur və Cənub Şərqi Asiyada yerləşən “Baqan” (Myanmar), “Angkor Wat” (Kamboca) kimi böyük tarixi əhəmiyyətli abidələrlə bir sırada yer alır. Borobudur buddist zəvvarlarının populyar ziyarətgahı sayılır və burada İndoneziyalı buddistlər Vesak gününü qeyd edirlər.  Borobudur Yogyakartanın təxminən 40 km şimal-qərbində və Surakartanın 86 km qərbində, iki əkiz vulkan, Sundoro-Sumbing və Merbabu-Merapi və iki çay, Progo və Elo arasında yüksək bir sahədə yerləşir. Yerli mifinə görə, Kedu düzənliyi kimi tanınan ərazi kənd təsərrüfatının məhsuldarlığı səbəbindən yavalılar üçün "müqəddəs" bir yer hesab olunur və "Yava bağı" adlandırılır. 20-ci əsrin əvvəllərində bərpa zamanı, bölgədə Borobudur, Pavon və Mendut olmaqla üç buddist məbədi düz bir xətt boyunca yerləşdirildiyi aşkar edilmişdir. Dəqiq ritual prosesi məlum olmasa da, bölgədə üç məbəd arasında ritual əlaqə olduğu bilinir. Qədim göl hipotezi ətrafdakı gölün mövcudluğu haqqında fərziyyə, 20-ci əsrdə arxeoloqlar arasında sıx müzakirə mövzusu idi. Yerin düz səthində tikilən məbədlərdən fərqli olaraq, Borobudur, dəniz səviyyəsindən 265 metr yüksəklikdə və qurudulmuş qədim gölün səthindən 15 metr yüksəklikdə yerləşən qayalıqdan ibarət bir təpədə tikilmişdir.


Akşardham
Məbəd 2005-ci ildə “BAPS” dini qurumu tərəfindən tikilib. Məbədin yenidən bərpasına böyük xərc sərf olunub. Məbəd çəhrayı qumdaşı və İtalya Carrrara mərməri ilə inşa edilib.

Sri Ranganathasvami
Məbəd Lord Ranganathanın şərəfinə tikilib. 631000 metrkvadrat ərazini əhatə edən məbədin ilk tikilisinin tarixi çox qədimdir. Tikililər arasında ən böyüyü olan “Rajagopuram”ın 21 qülləsi var. 73 metr hündürlüyündə olan bu məbədin bərpası 1987-ci ildə başa çatıb.

Jetavanarama
Şri-Lanka şəhərində yerləşən “Jetavanarama” həcminə görə, dünyanın ən böyük tikilisidir. Məbəd Kral Mahasena tərəfindən tikilib və tamamlanması 15 il alıb. Məbədin tikilməsində 93.3 milyon bişmiş kərpicdən istifadə olunub. Məbədin günbəzinin diametri 95 metr hündürlüyü isə 122 metr olub.

Tikal
Mərkəzi hissəsində 6 dənə pilləli ehramın üstündə yerləşən “Tikal” məbəb kompleksinin ən böyüyü “IV Məbəd” hesab olunur. Bu məbədin hündürlüyü 72 metrdir.


Saint Sava
Serbiyanın paytaxtı Belqradda yerləşən “Saint Sava” məbədi dünyanın ən böyük Pravoslav kilsəsidir. Kilsənin inşasına 1985-ci il ildə başlanılıb və 2004-cü ilə qədər böyük bir hissəsinin tikilməsi başa çatıb. Bu məbəd Serb dilində “hram” adlanır. Məbədin uzunluğu  91 metr, eni 81 metrdir. Məbədin birinci mərtəbəsi  3500 m² ərazini əhatə edir.

İsa Məbədi
Moskvanın ən böyük məbədi olan “İsa Məbədi”nin qısa, amma mübahisəli tarixi var. Tikilişinə Napolyonun məğlub olmasından sonra başlanılıb, lakin yarımçıq qalıb. 1990-cı ildə Rus Pravoslav kilsəsi Katedrali yenidən tikinti üçün icazə alıb. Məbəd yeni materiallarla 2000-cı ildə tikilib. Hündürlüyü 105 metr olan məbəd dünyadakı ən uzun məbədlərdən biri hesab olunur.

Bəəlbək
Şimal - qərbi Livanda ən möhtəşəm məbəddir. E. Ə. romalılar burada 200 illik bir dövrdə 3 məbəd inşa ediblər: “Yupiter”, “Baküs” və “Venera”. Roma imperatorluğunun ən böyük məbədi olan “Yupiter” məbədi 54 qranit sütun üzərində tikilib. İndi bu sütunlardan yalnız 6 ədədi qalıb. Ərazidə mühafizə olunan məbədlərdən biri də “Bacchus” məbədidi. Bu məbədin uzunluğu 69 metr eni, 36 metr, sütunlarının uzunluğu isə 19 metrdir.

Artemida
E.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilmiş “Efesli Artemidanın məbədi” qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri hesab edilirdi. Bizanslı Filon: "Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos Nəhəngini, yüksək Misir piramidaların qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə, digərlərinin hamısının kölgədə qaldığını hiss etdim" deyə yazmışdır. Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı. Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir. M.Ö. 600-ci illərdə Efes böyük bir ticarət limanı şəhərinə çevrildi və Chersiphron adlı bir memar yüksək daş sütünları olan yeni və böyük bir məbəd inşa etdi. Lidya kralı Croesus, M.Ö. 550-ci ildə də Efesi ve Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Croesus, memar Theodorusa əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən daha əzəmətli idi – 4 mərtəbə, 90 metrə yüksəklikdə ve 45 metrə enlikdə böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi. M.Ö. 356-cı ildə Herostratus adlı biri tərəfindən törədilən yanğın nəticəsində yanıb dağılır. Bundan qısa zaman sonra isə dövrünün ən tanınmış heykəltəraşı olan Skopaslı Paros tərəfindən yeni bir məbəd tikilir. Romalı tarixçi Plinyə görə yeni məbəd 130 metrə uzunluqda və 68 metrə enlikdə idi. Tavanı, yüksəkliyi 18 metrə olan 127 ədəd sütun dəstəkləyirdi. İnşaat 120 il sürmüşdü. Makedoniyalı İsgəndər M.Ö. 333-cü ildə Efesə gələndə məbədin inşası hələ də davam edirdi. Yeni məbəd, yunan məbədləri içərisində o zamana qədər tikilən ən böyük tikinti idi. Məbədin başqa xüsussiyyəti onun tamamilə mərmərdən tikilməsi idi. Eramızın 57-ci ilində Müqqəddəs Paul xristianlığı yaymaq üçün Efesə gəldi. O, o qədər uğurlu oldu ki bundan sonra şəhərin dəmirçisi ve məbəddəki heykəllərin sahiblərindən birisi olan Demetrius böyük bir qorxuya düşdü. Çünkü Demetrius məbəddəki heykəllərin bir qisminin sahibiydi və hər il məbədə ziyarətə gələnlərdən yaxşı bir gəliri vardı ve insanların dinini dəyişdirməsi demək olar ki, onun qazancını əlindən alırdı. Rəvayətə görə, digər insanları da ətrafına yığan Demetrius həyəcanla və "Yaşasın Efeslilərin Artemisi" deyərək bütün xalqı öz ətrafına toplayır və dərhal Müqəddəs Paulun yardımcılarından ikisini tuturlar. Bunun ardınca üsyan baş verir. Nəticədə Müqəddəs Paul tutulmuş köməkçiləri ilə birlikdə Makedoniyaya qayıdır. 262-ci ildə qotların basqınları zamanı böyük Artemis məbədi yandırılıb dağıdılır. Yüz ildən sonra Roma İmparatoru Konstantin şəhəri yenidən inşa etdirdi. Ancaq xristian olduğu üçün məbədi bərpa etdirmir. Konstantinin cəhdlərinə rəğmən Efes əvvəlki günlərinə qayıda bilmir. Çünkü gəmilərin saxlandığı liman yoxa çıxmışdı. Zamanla şəhər sakinləri şəhəri tərk edirdilər. Məbədin qalıqları başqa tikintilərdə və heykəllərin tikintisində istifadə olunurdu. John Turtle Wood 1863-ci ildə məbədi araşdırmağa başladı. 1869-cu ildə 6 metrə dərinlikdə, palçığın içində məbədin sütunlarını tapır. Tapdığı bəzi heykəlləri və bəzi qalıqları Britaniya Muzeyinə aparır. 1904-cü ildə də yenə həmin muzeydən D. G. Hograthın başçılığı altında bir qrup qazıntıları davam etdirir və ərazidə bir-birinin üzərində tikilmiş 5 qalıq tapırlar. Bu gün gələn turistlərə məbədin yerini göstərmək üçün bataqlıq vəziyyətində olan bölgəyə sadəcə bir sütün basdırılmışdır. Qollarını iki yana açmış, düz duran bir tanrının yunan üslubuna oxşamayan bir tərzdə tikilmiş məşhur Artemis heykəlinin qalıqları dövrümüzə qədər gəlib çatmışdır.

Azərgüşnasp məbədi
Atropatenanın Qazaka şəhərində yerləşən və zərdüştiliyin əsas məbədlərindən biri olan tarixi abidə uzun müddət öz əhəmiyyətini saxlamış, Bizans imperatoru İraklinin Azərbaycana yürüşü zamanı (623-624) dağıdılaraq qarət edilmişdir. Qazaka şəhərində aparılan arxeoloji qazıntılar zamanı məbədin xarabalıqları aşkar edilmişdir.

Həmşivəng məbədi
“Böyük Qaramurad Vəngi Kompleksi” -nin əsası XII əsrdən əvvəl qoyulmuşdur. Məbəd qədim alban məbədi olmaqla Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Tədqiqatçı memarlarımız “Böyük Qaramurad” məbədinin ərazisində Arsax xaçdaşına bənzər xaçdaşı aşkarlamışdılar. Lakin daş hətta tədqiq belə edilmədən, Ermənistan SSR rəhbərliyinin göstərişi ilə gecəylə vertolyotla oğurlanaraq, 1960-cı ildə “Üçmüədzin”ə aparılmışdır. Hal-hazırda həmin xaçdaş “Üçmüədzin” monastr kompreksinin həyətində açıq havada sərgilənməkdədir.

Varazqun məbədi
Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədidir. Bu tikili "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan Alban tarixçisi, Moisey Kalankatlının əsərində adı qeyd edilən “Varazqun” məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlamışdır. Tikili Bozlu kəndinin (Laçın rayonu) ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutmuşdur. Qəzalı bir vəziyyətdə, II-V əsrlərə aid olan tarixi abidə günbəzli, ikiapsidalı (apsida – əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir. Alban memarlığının səciyyəvi əlamətlərini özündə qoruyub saxlayan “Varazqun” məbədi yonulmuş yerli daşlardan, həmçinin adi çay daşlarından və əhəng-qum qarışığından istifadə edilməklə inşa edilmişdir. Məbədin daxili divarlarına suvaq vurulmuşdur. Məbədin günbəzi və cənub divarı tam uçub-dağılmışdır. Eləcə də məbədin şərq tərəfinin aşağı hissəsində olan fasad daşları uçmuşdur. Məbəd tikinti mədəniyyətinə və konstruktiv xüsusiyyətlərinə görə yaxın ərazilərdə olan digər tikililərlə səsləşir. Belə kompozisiyalar, öz növbəsində, bir-birindən bəzi cəhətlərinə, əsasən də apsidaların miqdarına görə fərqlənir. Günbəzli kompozisiyası olan bu məbədin ikiapsidalı (məbədin şərq və şimal tərəflərində) olması isə onu digər məbədlərdən daha çox fərqləndirir. Lap qədimdən bir, üç, dörd və daha çox apsidası olan məbədlər geniş ərazilərdə inşa edilsə də, ikiapsidalı məbədlər çox nadir hallarda qeydə alınmışdır. Kvadrat biçimli, 100 kvadratmetr-dən çox sahədə günbəzli məbəd tipində inşa edilmiş məbədin üzərində ucalan qüllə bayırdan və içəridən yumru, silindirvaridir. Məbədin mövcud qalıqlarının hündürlüyü təxminən 9.60 metrdir. Divarların qalınlığı isə 95 sm-ə qədərdir. Qeyd edək ki, günbəzin tavanı tamamilə uçmuşdur. Məbədin qapı və pəncərələrinin yanları ustalıqla yonulmuş daş kəmərlə əhatələnmişdir.


Çoğa Zənbil
İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal (e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib. Çoğa Zənbil Dur-Untaş şəhərinin mərkəzində və ən hündür nöqtəsində yerləşibmiş. Bu tarixi abidə 640-cı ildə Assuriya kralı Aşşurbanipal tərəfindən dağıdılmışdır. Çoğa Zənbil 1951 - 1961 illəri arasında keçirilən altı mövsümlük qazıntı işləri nəticəsində Roman Qirşmanın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən aşkar edilmişdir. Qazıntılar zamanı böyük bir möhür və müxtəlif növ kiçik əşyalar aşkarlanmışdır. 1979-cu ildə UNESCO tərəfindən “Ümumdünya İrsi Siyahısı”-na daxil edilib.

Kambocaya niyə səyahət edək?
Cənub – Şərqi Asiyada Hind – Çin yarımadasının cənubunda yerləşən, şimal – qərbdən Tayland, şimal – şərqdən Laos, şərqdən Vyetnam, cənub – qərbdən Tayland körfəzi ilə həmsərhəd olan Kamboca başdan-ayağa tarixi abidələr, əsrarəngiz məbədlərlə zəngin olan turizmin inkişaf etdiyi gəzib görməli ölkədir. Kamboca 181035 kvadrat kilometr əraziyə malikdir və tamamilə tropiklərdə yerləşmişdir. Kambocanın relyefini dağətəyi və alçaq dağlar, “Tonle Sap” (Böyük Göl) və Mekong Çayı deltasının yuxarı hissəsini əhatə edən alçaq bir mərkəzi düzənlik təşkil edir. Ölkədə 180 ağac növləri, 212 məməli növü, 536 quş növü, 240 sürünən, 1285 balıq növü qeydə alınmışdır. Doqquz əyaləti əhatə edən “Tonle Sap” qoruğu 1997-ci ildə UNESCO-nun Biosfer qoruğu seçilmişdir. “Boko” Milli Parkı, “Botum – Sakor” Milli Parkı, “Phnom Aural” və “Phnom Samkos” təbiət ziyarətgahları Kambocanın ən gözəl yerlərindəndir. “Cardamom”, “Mərkəzi Hindoçina”, “Cənub – şərqi İndoçina”, “Cənubi Annamit”, “Tonle Sap” və “Tonle Sap – Mekong” meşələri Ümumdünya Təbiət Fonduna daxil edilmişdir.

Turizm sənayesi toxuculuq sənayesindən sonra ölkənin ikinci ən böyük valyuta mənbəyidir. “Phom Penh”, cənub-qərbdəki “Sihanoukville”, şimal-qərbdə bir neçə məşhur çimərlik, “Battambang”, “Bokor Hill Stansiyası” Kambocanın önəmli turistik məkanlarındandır.

Düyü, digər Cənub-Şərqi Asiya ölkələrində olduğu kimi, Kambocada da əsas məhsuldur. “Mekong” və “Tonle Sap” çaylarından tutulan balıq da mətbəxin vacib hissəsidir. Kamboca mətbəxində, əsasən, tropik meyvələr, şorba və əriştə var. Ölkənin əsas küçələrində Kambocaya məxsus yemək növləri də mövcuddur. Bunların içində turistlərin diqqətini ən çox çəkəni qızardılmış hörümçəklərdir.


Kambocanın məbədləri
Kambocada ilk böyük tikintilər II Javaryarman tərəfindən IX əsrdə başladılmış, sonrakı dövrlərdə onun varisləri bu tikintini davm etdirmişlər.


Angkor wat
Siem Real şəhərindən bir neçə kilometr məsafədə olan “Angkor Wat” dünyanın ən böyük məbədidir. Elm adamlarının sözlərinə görə, XI əsrin birinci yarısında inşa edilən bu abidənin tikintisinə 5 milyon ton daş istifadə edilmişdir. Kompleks 190 metrlik eni olan bir yamac ilə əhatə olunmuşdur ki, bunun nəticəsində də bol sulu yağışlara görə həmişə su ilə dolur.


Bayon
“Angkor Wat”ın yaxınlığında XII əsrdə hökmdarı II Jayavarman tərəfindən inşa edilmiş “Bayon” məbədi 54 qüllədən ibarətdir. Əvvəllər məbədin mərkəzi qülləsi qızıl örtük idi, lakin şəhəri ələ keçirən Siam tərəfindən məhv edildi. Məbədin divarları Kambocalıların həyatından səhnələri təsvir edən gözəl bülbüllərlə örtülmüşdür - hərbi kampaniyalar, qanlı döyüşlər, tanrılara ibadət, sirk nümayişləri, bayramlar və daha nələr…


Bapuon
“Memarlıq cəhətdən insanı heyrətə salan “Bapuon” məbədi üç mərhələdən ibarət beş addımlı piramidadır. Hal-hazırda məbəd dağıntılara məruz qaldığından öz əzəmətli görünüşünü itirmişdir. Kamboca şəhərində onun gözəlliyi və orijinal arxitekturası ilə maraqlanan bir neçə yüz ibadət yerləri var. Angkordan 90 kilometr məsafədə yerləşən Koh Ker məbəd kompleksi çox maraqlıdır. Turistlər nadir hallarda bu yeri ziyarət edirlər, çünki asanlaşma olmur. 32 metr hündürlüyə malik olan Prasat Prang məbəddəki bu kompleksdə ən çox diqqət çəkir.

Ölüm Piramidası
Məbədin bu cür adlandırılmasının səbəbi onun üstündə olan quyudur. Əfsanəyə görə, cinlərə qurban verdikdən sonra qurbanların meyitləri bu quyuya atılırdı.


Preah Vihea
“Preah Vihea” və ya “Cənnətdəki məbəd” dəniz səviyyəsindən 600 metr yüksəklikdəki dağda tikilmişdir.


Ta Prohm
“Ta Prohm” məbədi 12-ci əsrin sonu – 13-cü əsrin əvvəllərində Kambocanın Angkor şəhərində tikilmişdir. Əvvəllər "Kral monastırı" mənasını verən Rajavihara kimi tanınırdı. “Bayon” üslubunda tikilmiş məbəd Xmer imperiyasının kralı VII Jayavarman tərəfindən qurulmuşdur. Cəngəllik içində, xarabalıqlar arasında yerləşən məbədin ətrafını nəhəng gövdəli ağaclar sarıyıb. “Tomb Raider” filmi ilə məşhurlaşamağa başlayan “Ta Prohm” daha əvvəl diqqətsiz qalmış, film çəkilişlərindən sonra çoxsaylı turistlərin diqqətini cəlb etməyə başlamışdır. 1992-ci ildə UNESCO “Ta Prohm”u “Dünya İrsi siyahısı”na daxil etdikdən sonar bu məbəd Kambocanıın ən çox ziyarət edilən komplekslərindən birinə çevrilir. Hal-hazırda “Ta Prohm” “Hindistan Arxeoloji Tədqiqatlar Cəmiyyəti” və “Angkor və Siem bölgəsinin Mühafizəsi və İdarəetmə Təşkilatı” tərəfindən qorunur və bərpa edilir.

Yaranması və tarixi
Xmer imperiyasının kralı VII Javaryarman böyük miqyaslı tikinti islahatı keçirir. Bu islahatın nəticəsində də tikilmiş ilk məbədlərdən biri də “Ta Prohm” olur. Məbəddə 12500-dən çox insan yaşayırdı. Ümumilikdə isə məbədə 80000-ə yaxın insan baş çəkirmiş.


Tərk və bərpa edilməsi
15-ci əsrdə Xrem imperiyasının süqutundan sonra “Ta Prohm” məbədi tərk edilmiş və laqeyd qalmışdır. 21-ci əsrin əvvəllərində məbəd yenidən kəşf edildi. Tikili dağıntılara məruz qalmasa belə insanların gəliş-gedişi üçün yenidən bərpa işləri aparılmışdır. 2013-cü ildən etibarən “Hindistanın Arxeoloji Tədqiqat Cəmiyyəti” məbəd kompleksinin əksər hissəsini sıfırdan tikmişdir. Abidənin böyük turist axını səbəbindən daha çox zərərlərdən qorunması üçün ərazinin ətrafında taxta piyada yolları, platformalar və kəndirli hörgülər qoyulmuşdur.


Əksər Xmer məbədləri kimi “Ta Prohm” da şərqə istiqamətlənmiş şəkildə yönəldilmişdir. Məbəddən 650 – 1000 metr uzaqlıqda olan xarici divar 650000 kvadratmetr ərazini əhatə edir ki, bu da bir vaxtlar məbədin yerləşdiyi şəhərciyin müdafiə sədləri idi, lakin indi əsasən meşəlikdə itib batmışdır. Dörd tərəfdə giriş məntəqələri var, baxmayaraq ki, bu gün giriş yalnız şərqdən və qərbdən mümkündür. Məbədin üç daxili korpusu mövcuddur ki, birinci məbədin əsas hissəsini təşkil edir. Birinci və üçnüncü korpusda kitabxanalar yerləşir. İkinci korpusda isə rəqqasələr salonu, üçüncü korpusda isə qonaq evi vardır.

Məbədi daha da cazibədar edən xüsusiyyəti ağaclardır. Məbədin ətrafında, korpusları arasında, hətta içərisində kök atmış ağaclar onun divarları ilə vəhdət təşkil edir. Bu xüsusiyyəti kinematoqrafların gözündən qaçmamış, “Tomb Raider” filmində çəkiliş məkanı kimi istifadə edilmişdir. Hal-hazırda “Ta Prohm” dünyaca məşhur bir turizm yeridir.

“Ta Prohm” məbədinin divarında, bu günə qədər bütün dünyanın alimlərinə istirahət verməyən bir şəkil oyulmuşdur. Şəkildə 150 milyon il bundan əvvəl planetdə yaşamış bir stegosaurus təsvir edilmidi. Alimlər xmerlilərin bu heyvan haqqında haradan məlumat əldə etmələri sualına hələ də cavab tapa bilməyiblər. Əgər bir gün Kambocaya səyahət etsəniz, “Ta Prohm” məbədini ziyarət etmədən dönməyin!


Kamboca məbədlərinin ümumi xüsusiyyətləri
1. Kambocanın ibadətgahları möminlər tərəfindən ziyarət edilməsi üçün nəzərdə tutulmurdu. Bu dini tikililər tanrıların məskəni hesab olunurdu, yalnız kahinlər və keşişlər onlara daxil ola bilərdi. Yer üzündə Allahın tövbəsini qəbul edən bəzi hökmdarlar üçün məbədlərdə qəbirlər tikilib.

2. Hər bir Xmer kralı ənənəyə riayət etməli idi – taxta keçdikdən sonra özü və ataları üçün iki məbədin tikintisinə başlamalı idilər. Əgər tikinti başa çatmadan ataları ölərdisə, o zaman həmin tikinti yarımçıq saxlanılır və yeni məbədin tikintisinə başlanılırdı.
3. Kamboca şəhərində bir neçə piramida tipli ibadətgahlar var. Məlum olduğu kimi, bu cür möhtəşəm konstruksiyalar yalnız Peru, Misir və Kamboca şəhərlərində yerləşir. Qədim əfsanə bu həqiqəti belə izah edir – bunların hamısı bu ölkələri gəzən bəzi insanlar tərəfindən tikilmişdir.
4. Əksər Kamboca ibadətgahı UNESCO-nun “Dünya İrs Siyahısı”na daxil edilmişdir.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.