Daxil olQeydiyyat

Torontonun 10 ən dadlı restoranı

YANVAR 17, 2020 3 dəq. oxu
Torontonun 10 ən dadlı restoranı

Ən yaxşı restoran siyahısının yaradılmasının subyektiv olduğunu tam qəbul edirik. Zövqlər və rənglər mübahisə edilməz olduğu kimi, ağız dadlarımız da belədir. Kanadada, daha dəqiqliklə desək Torontoda iki nəfərin eyni sevilən restoranları seçməyəcəyi olduqca aydındır. Siyahımız bir çox fərqli mətbəxi özündə birləşdirməyə çalışır. Əsas odur ki, biz təqdim edək. Hansını seçəcəyinizə siz özünüz qərar verərsiniz.

Scaramouche-də heyrətamiz bir mənzərəyə baxaraq yemək yeməyi, yaxud Bahn Mi Boys-da məşhur bir sendviç ilə qənaət etməyi üstün tutursunuz? Toronto portmanat və ya mədənin istənilən ölçüsünü tam dəstəkləyəcəkdir. Bəzi restoranlar öz ixtiraçı menyularıyla fərqlənir. Digərləri klassiklərə yapışırlar, lakin hər dəfəsində öz işlərini mükəmməl şəkildə yerinə yetirirlər.

Torontonun sakini və ya qonaq olmağımızın əsas problemi məhdud miqdarda mədə yeridir. Bir ömür boyu burada yaşasanız belə buradakı yeməkləri nə dadmağı, nə də saysız-hesabsız restoranları ziyarət etməyi bitirə biləcəksiniz. Kanadadakı restoranların xəritəsi bir xeyli qabarıqdır. Bu qabarıqlığın ən böyük səbəbkarlarından biri də Toronto şəhəridir...

 

10. Grand Electric
Torontodakı ən yaxşı restoranların hamısı krevet və qaz ciyərinin şam işığında yeyilməsi demək deyil. Grand Electric restoranı münasib qiymətlərlə əla xidmət göstərən restoranlardan biridir. Eyni zamanda ən yaxşı içki siyahısına sahibdir.
Menyu parlaq bir təbaşirlə yazılıdır. Burada inanılmaz ləzzətli ətlər, təzə tərəvəzlər və onları dada gətirən onlarla sousu tapa bilərsiniz. Lakin sizə məsləhətimiz bu restoranda bişən dəniz məhsullarının dadına baxmağınızdır.

 

9. Bahn Mi Boys
Gedə biləcəyiniz ən rahat və ən lüks sendviç restoranı məhz buradır. Növbələrin quyruq əmələ gətirdiyi bu restoran “al və get” tərzindədir. Retro dama taxtası üzərində servis edilən sendviçlərin dadı kimi xarici görünüşü də iştah artırır. Bahn Mi Boys 5 baharatlı donuz ətindən hazırlanmış sendviçi ilə daha məşhurdur. Digər ağız sulandıran ləzzətləri arasında çeddar pendirli və ya “kimchi” souslu kartof qızartması, qovrulmuş donuz əti xüsusi yer tutur.

 

8. Los Colibris
Los Colibris-in şef-aşbazı meksikalı Elia Herreradır. Onun yemək bişirmə bacarığı ona anasından və nənəsindən keçib. Restoranda uşaqlığından qalma ləziz yeməkləri Torontolularla qovuşduran Herrera əlbəttə yeməklərini dövrün qanunlarına və zövqlərinə görə tənzimləyib.
Torpaq tonlarındakı dekorasiyası, isti atmosferi və ritmik musiqiləri ilə qonaqlarına rahatlıq bəxş edən restoranın sevilməsi əbəs deyil. Restoranın ən sevimli yeməyi isə toyuq, qarğıdalı və qızarmış poblano bibəri kimi inqrediyentlərdən hazırlanan Rajas Poblanas yeməyidir.

 

7. Buca
Buca restoranı Toronto şəhərinin düz mərkəzində yerləşir və aldığı hər qəpiyə layiqdir desək yanılmarıq. Kərpic divarlarla 4 tərəfdən əhatələnmiş restoranın xoş bir aurası var. Menyu gündəlik olaraq dəyişir. Quzu beyni, tərəvəzlər və ədviyyatlarla hazırlanan prosciutto-ya tələb isə həddən artıq çoxdur.
Zəngin yeməklər arasında dadlı salatlara və qızardılmış donuz ətlərinə də rast gəlinir.

 

6. Fat Pasha
Annex kimi məşhur restoranlarda işləyən şef Anthony Rose Jumbles indi Mərkəzi Asiya və Yəhudi yeməkləri ilə məşhur Fat Pasha-da işləyir. Əvvəla, bura vegeteriyanların çox sevəcəyi bir restorandır. Pendirli tərəvəzlərin kabab halında bişirildiyi bu yerə əvvəlcədən rezervasiya etmək mütləqdi, çünki restoranda günün istənilən saatında yer tapmaq müşkül məsələdir.

 

5. ByMark Restaurant
Kanadanın milli yeməkləri burada aşbazlar tərəfindən elə peşəkarcasına bişirilir və servis edilir ki, sırf Kanada yeməkləri dadmaq üçün buranı seçməyiniz məsləhətdir. Buranı sevilən və seçilən edən digər bir səbəb isə məkanın ev qədər rahat və isti olmasıdır.
Restoranın şefi Brooke McDougall yeməklərdə mükəmməlliyə fokuslanan adlardan biridir. Nahar yeməyində müştərilərə təklif olunan sendviçlər isə olduqca dadlıdır.

 

4. Khao San Road
Led işıqlar ilə bəzənmiş bu restoran Torontoda gənclərin ən çox getdiyi restoranlardan biridir. Menyu olduqca zəngindir. Burada menyu tərtib edərkən nəinki vegeteriyanları, hətta veganları da nəzərə alıblar. Restoranda işləyən komanda isə olduqca gülərüz və peşəkardır. Buranın bu qədər sevilməsi və siyahıda ilk 5-liyə qoşulması da bunun sayəsindədir.

 

3. Aviv Mediterranean Restaurant
Aviv Mediterranean restoranı İspaniya və İtaliya mətbəxinin ən ləziz yeməklərinin yeyildiyi Torontodakı favorit restoranlardan biridir. Krevet, mal əti, cannelloni kimi ev üsulunda hazırlanmış ləziz təamları müştərilərinə böyük ustalıq və peşəkarlıqla servis edən restoranın ən sevimli yeməklərindən biri də İtaliyan üsulu hazırlanmış makaronlardır.
Yeməyinizdən həzz aldığınız müddətdə isə sizi canlı caz musiqisi feyziyab edəcək.

 

2. Jacobs & Co. Steakhouse
Rahat stullar, qızılı işıqlandırma, möhkəm ağac mebel və fon musqisini təmin edən möhtəşəm bir fortepiano ilə Jacobs & Co heç bir xırda detalı əldən verməyib. Burada menyudan sifariş etdiyiniz mal əti sizə şüşə qabda servis olunarkən siz souslardan hansını seçəcəyiniz mövzusunda olduqca qərarsız qalacaqsınız.
Fransızsayağı qızardılmış ördək isə bu restoranın şah əsəridir deyə bilərik. Müxtəlif qiymətlərin yer aldığı bar menyudan isə istədiyiniz şərabı sifariş edərək bu ördək ətini necə lazımdı dəyərləndirə bilərsiniz.

 

1. Ruby Watchco
Torontonun bir nömrəli restoranı... Zəngin menyu, ləziz təamlar, hər axşam canlı musiqi və peşəkar heyət. Restoranın şefi Lynn Crawford 2010-cu ildən etibarən bu restoranda işləyir. Artıq buranın daimi müştəriləri şefin təamlarına bələddir. Hətta menyuya baxmadan belə hər gün gözübağlı şəkildə şefin xüsusi yeməyindən sifariş edə bilərsiniz.
Restoranda həmçinin Nyu York restoranlarında rastlaşa biləcəyiniz məşhur təamlardan dada, İtaliyan və İspan mətbəxindən seçilmiş özəl yeməklərdən yeyə bilərsiniz.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.