Daxil olQeydiyyat

DÜNYANIN 10 ƏN MARAQLI GERBLƏRİ

SENTYABR 24, 2019 5 dəq. oxu
DÜNYANIN 10 ƏN MARAQLI GERBLƏRİ

Dövlət gerbləri aid olduğu dövlətin müstəqil və toxunulmaz olduğunu bildirir. Lakin bu o demək deyil ki, hər bir ölkənin də mütləq şəkildə ölkə nişanı var. Uzağa getməyək. Elə olsun qonşu və qardaş Türkiyə. Osmanlı dövlətinin mövcud olduğu illərdə, dəqiq desək 1925-də Namık İsmail tərəfindən xüsusi bir gerb rəsm edilmiş olsa da, müasir dövrdə Türkiyənin belə bir rəsmi atributu yoxdur. Onlar öz ölkələrinin qeyri-rəsmi rəmzini ay-ulduz olaraq görür və bir çox platformalarda bu cür rəsm edirlər.

Orijinal milli gerblər, yəni, bir qədər keçmişdə dizayn edilənlər qalxan və əsasən qalxanın üstündə tac kimi digər simvolların təsvir edildiyi gerblərdir. İlk rəsmi dövlət gerbi Qərbi Avropada yaranıb və indi dünyanın hər yerinə yayılıb.

20-ci əsrə qədər sivil dünyada ən müstəqil xalqlar monarxiya tipli dövlət idilər və buna görə monarxist gerb üslubundan istifadə edirdilər. Bu stilə misal olaraq İsveçin Böyük Silahlı Qüvvələrinin və Birləşmiş Krallığın gerblərini misal göstərə bilərik. Bu üslubun səciyyəvi xüsusiyyəti krallığın müşayiətçisi (qalxan), hər iki tərəfdəki tərəfdarlar (adətən bu hallarda bunlar heyvan təsvirləridir), ancaq gerblərdə təsvir olunan quşlar, balıqlar, insanlar, humanoidlər və ya cansız cisimlərə də rast gələ bilərik..(İspaniya gerbindəki kimi) Daha sonra gerblərdə hər hansısa bitkiyə, ağaca və ya sırf nəzərdə tutulmuş bitkinin yarpağına, ölkənin digər atributlarından sayılan bayrağın rənglərinə (hansı ki, Azərbaycan Respublikasının Rəsmi Dövlət Gerbində bu üsuldan istifadə olunub), meyvəyə və ya ölkə ərazisinin xəritəsinə rast gəlmək mümkündür. Bunların heç biri təsadüfi deyil və ölkı nişanlarında istifadə olunan istənilən detalların öz xüsusi mənası və açıqlaması var.

Bəs, Dünyanın ən mənalı və ən maraqlı 10 gerbi hansı ölkələrə məxsusdur?

1. Avstraliya

Rəsmi olaraq “Birlik Gerbi” adlandırılan Avstraliyanın gerbi, Avstraliya Birliyinin rəsmi simvoludur. Avstraliyanın altı əyalətinin simvollarını əks etdirən bir qalxan, yerli Avstraliya heyvanları kenquru və emu tərəfindən tutulur. Qalxanı üstələyən yeddi guşəli Birlik Ulduzu da əyalətləri və əraziləri təmsil edir, çiçək gerbləri qalxanın altında görünür.

Avstraliyanın ilk rəsmi gerbinin elanı 7 may 1908-ci ildə  VII King Edward tərəfindən verilmişdir. 1908-ci ildə hazırlanan gerb 1911-ci ildə yenidən dizayn edilmiş və 1912-ci ildə rəsmi olaraq George V tərəfindən dövlət gerbi kimi elan olunmuşdur. Gerbin yenidən hazırlanması Parlamentdə çox müzakirələrə səbəb olmuşdur. Wentworth Üzvü, Willie Kelly bu haqda demişdir:

    "Emu və kenquru gerbin atmosferinə çox uyğun gəlmirlər. Düşünürəm ki, Avstraliya faunamızın varlığından yaradıcı şəkildə istifadə etmək istəyərkən özümüzü gülünc vəziyyətə salırıq."

Etirazlara baxmayaraq, kenquru və emu yeni gerbdə qalxanın daşıyıcıları olaraq qaldı və daha real görünməsi üçün bir qədər dəyişdirildi.

2.Bolqarıstan

Bolqarıstanın gerbi, tünd qırmızı qalxan üzərində göstərilmiş taclı bir qızıl aslandan ibarətdir; qalxanın üstündəki isə Bolqarıstanın tarixi tacıdır. Qalxan iki taclı qızıl şir ilə dəstəklənir; Qalxanın altına "Birlik qüvvət verir" milli şüarı isə palıd qıvrımları olan ağ lentlərin üzərində təsvir edilmişdir.

Bolqarıstanın geraldik simvolu kimi bir aslan obrazının ən erkən nümunəsi, 1294-cü ildə hazırlanmış və təxminən 1640-cı ildən bir nüsxədə qorunan Lord Marşal Rollunda sənədləşdirilmişdir. 14-cü əsrin sonlarında İkinci Bolqarıstan İmperatorluğunun paytaxtı Tarnovo'ya səfər edən bir naməlum ərəb səyyahı, gerb üçün başqa əl işləri hazırlamış onu yenidən dizayn etmişdir. Onun ıl işi hazırda Mərakeş Milli Kitabxanasında saxlanılır.

Bolqarıstan Respublikasının gerbi dövlət möhüründə qanunla dövlət möhürü üçün müəyyən edilmiş qaydada təsvir edilmişdir. Gerbinin digər yerlərdə təsvir edilməsinə, habelə emblem elementlərinin döş nişanlarına, xatirə medallarına və s. Üzərində yazılmasına yalnız Nazirlər Sovetinin aktı ilə yol verilir.

3. Botsvana

Bu ölkənin o qədər də tanınmadığını bilirik. Afrika qitəsində kiçik dövlətlərdən biri olan Botsvananın adı qədər maraqlı bir ölkə nişanı var.

Gerbin ortasında sivri və oval şəklində olan bir qalxan mövcuddur. Qalxanın içərisində olan üstdəki 3 dişli bir-birinə keçmiş dişli çarx isə bu ölkənin modern sənayesinin simvoludur. Qalxanın iç orta qismində təsvir olunan 3 mavi zolaq isə ölkədə çox az tapılan su yollarını ifadə edir. Aşağıda rast gəldiyimiz gümüş buynuzlu öküz isə ölkənin heyvandarlıq sektorunu özündə ehtiva edir. Ölkədə mövcud olan heyvanları simvolizə edən iki zebra, gerbinin hər iki tərəfində rəsm edilərək qalxanı tutur. Ölkənin su qıtlığına diqqət çəkmək üçün isə rəsmi dildə “yağış” (Pula) yazılmaqdadır.

4. Şimali Koreya

 

Koreya Xalq Demokratik Respublikasının Dövlət gerbi rəsmi olaraq Koreya Xalq Demokratik Respublikası kimi tanınan Şimali Koreyanın gerbidir. 1993-cü ildə qəbul edilmiş hazırkı versiya respublikanın yarandığı 1948-ci ildən bəri istifadə olunan bir dizayna əsaslanır. Əvvəlki iki variant 1940-cı illərin sonlarında qısa müddətdə istifadəyə verilmişdir. Gerbdəki məşhur xüsusiyyətlər qırmızı ulduz, bir su elektrik stansiyası və Paektu dağıdır. Dizayn Sovet İttifaqının gerbinə və sosialist geraldic üslubuna aid digər gerblərə bənzəyir.

Şimaldan Paektu dağları ilə sərhədlənmiş Şimali Koreyanın gerbində sözügedən dağlara rastlamaq heç də təsadüfi deyil.

5.Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərinin gerbi rəsmi olaraq 1973-cü ildə qəbul edildi və daha sonra 2008-ci ildə dəyişdirildi. Digər ərəb dövlətlərinin gerbi də elə bu gerbə bənzəyir.

Orta hissəsində BƏƏ bayrağı və federasiyanın yeddi Əmirliyini təmsil edən yeddi ulduzun əks olunduğu bir qızıl falçıdan (Quraiş Şahinidir) ibarətdir. Şahinin 7 tükü də 7 Əmirliyi təmsil edir. Şahin talonları ilə Kufi yazısında federasiya adını daşıyan qırmızı bir parça tutur.

22 mart 2008-ci ildən əvvəl, emblem dəyişdirildikdə, Şahin içərisində bir zəncirlə əhatə olunmuş bir ərəb yelkənli qayığını göstərən qırmızı disk vardı. Sonradan bu dəyişdirildi.

6.Çex Respublikası

Çex Respublikasının gerbi günümüzdə istifadə edilən populyar gerblərdəndir. Gerb ölkənin qurulduğu ərazidə yerləşən üç tarixi bölgəni təmsil edir. Bohemiya, Moravia və Silezya bu bölgələrin adıdır. Yuxarı sol və aşağı sağdakı Bohemiyanın qırmızı fonunda gümüşü-ağ bir aslan, yuxarı sağ tərəfdə Moravia'nın mavi fonunda qırmızı ağ rəngli və damalı bir qartal, sol alt tərəfdə isə qızılı arxa plan üzərində qara qartal təsvir edilmişdir.

Gerb Çexiya futbol və xokkey komandası tərəfindən də istifadə olunmaqdadır. Və bu gerb ən yaxşı dizayna sahib gerblərdən biri hesab olunur.

7.Fransa

Fransanın gerbi 1953-cü ildən bəri Fransanın milli gerbi kimi istifadə olunur. Heç bir hüquqi statusu olmayan gerbi, Fransa pasportlarında və bəzi beynəlxalq sahələrdə istifadə edilməkdədir. 1912-ci ildə heykəltəraş Jül Şaplenin diplomatik nümayəndəliklərdə istifadəsi üçün ilk dəfə Fransa Xarici İşlər Nazirliyi tərəfindən hazırlanması üçün sifariş verilmişdir.

1953-cü ildə Birləşmiş Millətlər Fransadan digər ölkələrin gerbinin yanında sərgilənməsi üçün bir gerbi verməsini istəmişdir. Fransa Nazirlər Kabineti toplanaraq, heraldic rəssam Robert Lui Chaplain'in dizaynından istifadə edərək Fransa üçün bir gerbi dizayn etməsini tələb etmişdir. Gerblərin yaradılması prosesi dövlət tərəfindən həyata keçirilsə də, gerb respublikanın rəsmi simvolu kimi tanınmadı.

Bundan əlavə, 1999-cu ilin sentyabrında Fransa hökuməti onu simvolizə edən gerbi seçmək üçün yola çıxdı. Nəticədə dövlətin şüarı olan Liberté, egalité, fraternité (Türkçe:Azadlıq, bərabərlik, qardaşlıq) və République française (Fransa Respublikası) yazılmış, dövlət bayrağını özündə ehtiva edən bir atribut seçilişdir.

8.İspaniya

İspaniyanın gerbi İspaniyanı və İspan millətini təmsil edir. Gerb İspaniya hökuməti, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və digər dövlət qurumları tərəfindən istifadə olunur. Dizaynında İspaniyanı, Kral Tacını, milli suverenliyini, konstitusiya monarxiyasını təmsil etməsi üçün bir neçə incə detallardan istifadə edilir. İspaniyanın milli şüarı gerbdə öz əksini tapır: “Plus Ultra”

Gerbin ortasında yerləşən qalxandakı rəmzlər keçmiş İspan Krallığını, tac İspan Monarxiyasını, sol və sağ künclərdəki dayaqlar İspaniyanın coğrafi mövqeyini simvollaşdırır. Gerb 1981-ci ildə dövlət tərəfindən təsdiqlənmiş və rəsmi rəmz kimi qəbul olunmuşdur. Eyni şəkildə İspaniya bayrağında da gerbin təvirinə rast gəlinir.

9.Kanada

Kanadanın gerbi sadəcə bu adla və ya Krallığın Gerbi, Əlahəzrətlərin Gerbi və s. Kimi adlarla tanınır. 1921-ci ildən etibarən Kanadanın rəmi gerbidir. Kanada öz gerbinin hazırlanmasında İngiltərə və Fransadan biraz kopya çəkib desək, yanılmarıq. Ölkə nişanları arasında müəyyən qədər oxşarlıqlar mövcuddur.

Gerbdə digər ölkə atributlarında rastladığımız kimi qalxan təsvir olunmuşdur. Qalxandakı ağcaqayın yarpaqları, əvvəlcə düzgün olaraq yaşıl rəngdə çəkilmiş, lakin 1957-ci ildə qırmızı rənglənmiş və 1987-ci ildə məhdud istifadə üçün Kanada Sərəncamının bir tirajına əlavə edilmişdir. Qalxanın dizaynı monarxın kral standartını təşkil edir və Kanadanın bir çox rəsmi qurumlarının simvollarında var.

Kanada xalqının pasportlarında qabarıq qızılı işləmələr ilə həkk olunmuş Kanada gerbinə rast gəlmək mümkündür.

 10.Meksika

Meksikanın milli gerbi öz orijinallığı ilə bir çox gerbdən seçilir. Bir Hind əncirində yerləşən qaya qartalı, yırtıcı yeyərkən təsvir edilmişdir. Tenoçtitlan xalqının fikrincə, bu dini məna təsviri avropalılar üçün pisliyə qarşı olan yaxşılığın zəfərini simvollaşdırır.

Meksika federal hökuməti tərəfindən verilmiş rəsmi sənədlərdə istifadə edilən Meksika möhürü, milli gerbin dəyişdirilmiş formasıdır və gerbinin üst hissəsində yerləşən ölkənin tam rəsmi adı olan "Estados Unidos Mexicanos" sözləridir. Bu gün istifadə olunan və əvvəllər istifadə edilən ölkənin pul vahidi, Meksika pesosunun bütün emissiyalarında möhür var. Fransisko Eppens Helguera tərəfindən hazırlanan hazırkı gerb 16 sentyabr 1968-ci ildən istifadə olunur.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.