Daxil olQeydiyyat

DÜNYANIN 5 ƏN BÖYÜK HAVA YOLU ŞİRKƏTLƏRİ

SENTYABR 27, 2019 2 dəq. oxu
DÜNYANIN 5 ƏN BÖYÜK HAVA YOLU ŞİRKƏTLƏRİ

 

Komfortun və sürətin axtarıldığı və tələb olunduğu bu illərdə insanlar istər ölkədaxili, istərsə də xarici səfərləri zamanı təyyarələrə, yəni hava yolu şirkətlərinə müraciət edirlər. Elə buna görədir ki, şirkətlər öz işçi saylarını, uçuş təyyarələrini, xidmət çeşidliliyini gün keçdikcə artırırlar. Günümüzdə böyük hava yolu şirkətləri arasında ciddi bir rəqabət var. Hər biri yeni müştərilər qazanmaq, qazandıqlarını itirməmək və ən yaxşı xidməti təklif etmək üçün əllərindən gələni edirlər. Bəs, Dünyanın 5 ən böyük hava yolu şirkətləri hansılardır?

  1. Ryanair (İrlandiya)

1984-cü ildən bəri fəaliyyət göstərən Ryanair şirkəti 34 ölkədə öz müştərilərinə xidmət edir. 119.800.000 sərnişin daşıyaraq Dünyanın ən böyük hava yolu şirkətlərindən biri olan Ryanair-in ən populyar uçuş nöqtələri Barselona, Dublin, Varşava şəhərləridir və 439 təyyarəyə sahibdir. Erasmus ilə sıx bağlılığı olan şirkət indiyədək göstərdiyi sərfəli təklifləri ilə 3 milyon tələbəyə güzəştli uçuş imkanları yaratmışdır. Ryanair şirkətinin rəsmi veb saytında siz uyğun qiymətli biletləri xüsusi filterlər vasitəsilə asanlıqla tapa bilər və öz səyahətinizdən zövq ala bilərsiniz.

  1. United Airlines (ABŞ)

United Hava yolu şirkətinin qurulması 1926-cı ilə təsadüf edir. 2016-cı ildə 143.600.000 sərnişin daşıyaraq ilklərə imza atan United Airlines ümumilikdə 60 ölkədə 235 fərqli nöqtədə 765 təyyarəsi ilə fəaliyyət göstərir. Qazilərə xüsusi endirimlər təklif edən şirkət bununla birlikdə hamı tərəfindən böyük rəğbət qazanır və yeni müştərilər əldə edir. Sərnişinlərinə 23 kq və 32 kq arasında dəyişiklik göstərən baqaj yükü imkanı verən şirkət eyni zamanda onlara ev heyvanlarını yanlarında daşıması üçün imkan da yaradır. Şirkətin ən çox istifadə olunan reysləri isə Kuba, Rio de Janeiro, Brüssel reysləridir.

  1. Southwest Airlines (ABŞ)

151.800.000 sərnişin daşıyaraq 3-cü sırada yerləşən Southwest Airlines ən aşağı büdcəyə malik bir şirkət kimi 1967-ci ildə fəaliyyətinə başlamışdır. İlk illərdə sadəcə Texasa uçuşlar reallaşdıran Amerikan şirkəti bu gün 55 mindən daha çox işçiyə, 700-dən çox təyyarəyə malikdir və 40-dan çox əyalətdə 100 fərqli nöqtəyə uçuşlar həyata keçirir. Sözügedən şirkət Aeroport şirkətləri içərisində uçuş zamanı sərnişinlərinə ən ləziz təamları təqdim edənlər sırasında birincidir desək, yanılmarıq. Hətta şirkət uçuş müddəti zamanı sərnişinlərinə Wi-Fi xidmətini də təklif edir. Qısacası, əgər yanınızda telefon, planşet və ya notbukla səyahət edirsinizsə, uzun reyslər zamanı heç sıxılmayacaq, hətta ləziz təamlarla ağzınız dada gələcək.

  1. Delta Air Lines (ABŞ)

189.700.000 sərnişinə xidmət göstərmiş Delta Air Lines 1924-cü ildə qurulduğundan bəri xeyli prestij və nəaliyyətlər əldə etmişdir. 6 qitədə 319 nöqtəyə uçuşlar təşkil edən şirkətin gündəlik uçuş sayı 5.400-ə yaxındır. 12 mindən çox pilota sahib Delta Air Lines şirkətinin ümumi işçi sayı isə 80 mindən çoxdur. Daimi müştərilərə kart təqdim edən şirkət onlara xüsusi endirimlər etmiş olur. Bununla yanaşı ildə 2 dəfə sezonluq bölgələrə səyahət edən müştərilərə özəl paketlər və endirimlər təklif edən şirkət, beləliklə öz müştərilərini əldə saxlamağı bacarmaqla yanaşı, həm də yeni müştərilərə qucaq açmış olur. 800-dən çox təyyarəsinin olması isə bütün bu uçuşların rahat keçməsinə və dünyanın ən böyük Hava yolu şirkətlərindən biri olmasına imkan verir.

  1. American Airlines (ABŞ)

Siyahımızda Amerikan şirkətlərinin çoxluğu özünü birincilikdə də büruzə verdi. 1926-cı ildə qurulan American Airlines şirkəti Dünyanın ən böyük hava yolu şirkətləri siyahısında birinciliyi heç kəsə verməmək mövzusunda olduqca qərarlıdır. Şirkətin baş ofisi Texasda yerləşir və gündə 50-dən çox ölkəyə təqribən 6.700 uçuş gerçəkləşdirir. Ümumilikdə 956 uçuş təyyarəsinə sahib şirkətin gündəlik gəlirlərini hesablamaq isə olduqca çətindir. Ekonom uçuşlardan tutmuş, biznes və digər uçuşlara kimi istənilən xidməti sərnişinlərinə təqdim edən şirkət sektorda rəqiblərindən xeyli üstündür.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.