Daxil olQeydiyyat

LOS-ANCELESİN QEYRİ-ADİ KOKTEYL BARLARI

OKTYABR 24, 2019 2 dəq. oxu
LOS-ANCELESİN QEYRİ-ADİ KOKTEYL BARLARI

Los-Anceles ABŞ-ın ən parlaq şəhərlərindən biridir. O, arzular diyarıdır. Şəhəri gəzərkən öz üzərinizdə Los-Ancelesin bütün çalarlığını duyacaqsınız. Hər qarışı möhtəşəmliklə dolu olan şəhəri gəzib bitirənə qədər gün bitər. Bu zaman da yorğunluğuzu almaq üçün nə etmək olar? Əlbəttə ki, rahatladıcı bir kokteyl dadmaq. Los-Ancelesi kokteyl paytaxtı adlandırmaq olar, burada klassik içkilərdən tutmuş, barmenlərin yaratdığı incilərə qədər tapa bilərsiniz. Sevdiyiniz içkini dadmaq, əyləncəli gecə keçirmək istəyirsinizsə, hazırladığımız siyahı sizə kömək olacaq.

"The Virgil." Kokteyl-bar sizə qürurla kreativ və təravətli içkilərini təqdim etməklə bərabər canlı musiqi və xüsusi günlərdə maraqlı tədbirlər də söz verir. Bar istirahət günlərində turistlərin, şəhər əhalisinin axın yerinə çevrilir. Disk jokeylər Electro — retro — funkdan elektro – rocka qədər musiqilər qoşub rəqs zonasını canlandırır. Bar retro çalarlarından istifadə edərək dizayna qeyri-adi notlar qatıb. İnsan toplantısından və rəqslərdən yorulmusuzsa, ayrılmış sakit yerlərə keçib, yeni tanışınızla söhbət edə bilərsiniz. Müxtəlif insanlar, fərqli geyimlər, musiqi sədaları və qeyri-adi dizayn sizin uzun müddət yaddaşınızda qalacaq, təbii ki, çox spirtli içki içməsəniz.

"Black Market Liquor Bar." Kərpicdən hazırlanmış tavanın altında şamla işıqlandırılan stolların önündə əyləşənlər bura aşpaz Antonia Lofasonun dadlı yeməklərini dadmağa gəlib. Bu yeməkləri tamamlamaq üçün isə bar menyusunda orijinal içkilər - Autumn Apple, Red Hot and Bothered, East India Cocktail mövcuddur. Barmen Pablo Moix və konsultant Steve Livigni sizə öz bacarıqlarını nümayiş etdirib, gününüzü unutmaz edəcəklər.

"Wood & Vine." 2011-ci ildə yaranan kokteyl-bar, restoran Dreamworks, Disney, Netflix, CSI Las Vegas, Cirque du Soleil, Reveille Productions, Magnolia Pictures и Ellen DeGeneres Show üçün böyük partilər keçirməsi ilə tanınır. Burda siz həm tək, həm də dostlarınızla birgə əylənə bilərsiz. Yorğun gündən sonra sərin içki ilə dincəlmək olar. Personal da öz səmimiliyi və mehribanlığı ilə seçilir, sizə ləziz yemək və içkilər təklif edir.

"Library bar." Əlinizdə kitab və kokteyl, yumuşaq, məxmər parça ilə örtülü kürsü, həzin musiqi... Sizcə də, ideal deyilmi? Əgər səs-küylü məkanlardan, musiqili yerlərdən yorulmusunuzsa, Library bar məhz sizin üçündür. Kərpic hörgülü divarlar boyunca uzanan kitablarla dolu məkanda qeyri-adi adları ilə tanınan içkilər var. Menyuda “ilk əsər”, “quldur qəniməti” və s. adlı kokteylərə rast gələ bilərsiniz.

"Seven Grand." Viski sevənlər mütləq şəkildə Los Angelesin bəlkə də ən mükəmməl kokteylləri olan bu məkana gəlməlidirlər. İçkilərin müasir texnikalarda verilməsi, bilyard stollar və musiqi, bir sözlə hər şey bir-birini tamamlayır. Burada İrlandiya, Şotlandiya, Yaponiya, Hindistandan gətirilən 300-dən artıq müxtəlif növ viskilər var. Old Fashioned kokteylini daddıqdan sonra isə niyə il ərzində 75 000 porsiyadan çox satılmasını anlayarsınız.

"Dirty Laundry."  Amerikan stilinin əks etdirən məkanda siz darıxmayacaqsınız. Disk jokeylər həm retro, həm müasir elektro musiqini qoşmaqla qonaqların ruhunu oxşayır. Barmenlər çox çeşidli spirt tərkibli kokteyllər təklif edir. Həmçinin musiqi və rəqslərdən ayrılıb xüsusi Valentino nömrəsinə keçib, sakitlikdən zövq ala bilərsiniz.

"Harvard & Stone." Houston qardaşlarının açdığı bar öz detalları, interyeri və personalın geyimi ilə İkinci Dünya müharibəsi tematikasına toxunur. Burada siz novatorluq edən barmenlərin yeni dadlı kokteylərini sifariş edə bilərsiniz. Lakin məkanın dress-kodunu unutmayın, rəngli, parlaq geyimlər qəti-qadağandır.

"High Rooftop Loung." Günbatımını seyr edərək kokteyl içmək qədər möhtəşəm nə ola bilər? Erwin hotelinin damında yerləşən bardan siz sakit okeanı və Santa-Monikanın parlaqlığını görə bilərsiniz. Mütləq burada əlinizdə moxito ilə ecazkar günbatımını izləməlisiniz. Üşüsəniz isti kakao sifariş edə bilərsiniz, deyirlər burada onun dadı tam fərqlidir.

"Black." Bar adını doğruldur, onun interyeri çox kobud, qara tonlardan ibarətdir. Gənclərin seçimi olan məkanda canlı musiqilər və spirtli içkilər gecələri daha rəngarəng edir.

"The Bungalow." Bu qeyri-adi məkan romantik aurası ilə çoxlu cütlükləri cəlb etmişdir. Əgər siz də öz sevdiyinizlə birgə səyahətdəsinizsə, The Bungalow-da, okeanın sahilində sərinləndirici kokteyl içməyi unutmayın. Axşamlar burada çoxlu əyləncələr olur. Bəziləri stolüstü tennis oynayır, bəziləri isə tonqal başında mahnı oxuyub, xəyallara dalır.

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.