Daxil olQeydiyyat

ƏN UCUZ VƏ MÖHTƏŞƏM ŞƏHƏRLƏR

NOYABR 5, 2019 2 dəq. oxu
ƏN UCUZ VƏ MÖHTƏŞƏM ŞƏHƏRLƏR

Az pul ilə daha çox səyahət etmək istəyirsiniz? Düşünürsünüz ki, dünyanın müxtəlif şəhərlərini gəzmək üçün daha çox pula ehtiyac var? Ən ucuz və möhtəşəm bir neçə şəhəri təqdim edirik.

Tunis - Tunisin paytaxtı Tunis Aralıq dənizindəki Tunis körfəzinin sahilində və Tunis gölünün yaxınlığında yerləşir. Şəhərdə ən qədim tikili XIII-X əsrlərə aid edilir. Ağ dəniz sahillərindəki bölgələr kurort seçimi üçün əla yerlərdir. Şəhərdə ərəb mədəniyyəti geniş yayılmışdır.

Buxarest - Moskva, İstanbul, Ankara, Pekin və s. kimi böyük şəhərlərlə qardaş şəhər olan Buxarest, Ruminiyanın ən böyük sənaye mərkəzidir. Buxarest turistlərin yaddaşında bitib tükənmək bilməyən əyləncə mərkəzi kimi qalmışdır.

Riqa – Taxta binaları ilə göz oxşayan Riqa Latviyanın paytaxtıdır. Bu şəhər kiçik olsa da, tarixi abidələrlə doludur və büdcəyə tam uyğundur. Özünəməxsus şəkildə dizayn edilmiş binaları, küçələri, yolları ilə yadda qalan Riqa həm də fərqli mədəniyyəti ilə yaddaşınızda iz qoyacaqdır.

Vilnüs – Litvanın ən böyük şəhəri və paytaxtı Vilnüs tətilə gediləcək ən gözəl Avropa şəhərlərindən biridir. “Barokko” memarlıq üslubu ilə tikilmiş binaları ilə əsrarəngiz gözəlliyə sahib Vilnüs az pulla gedəcəyiniz şəhərlər sırasındadır.

Krakov – Büdcə dostu şəhər axtarırsınız? Elə isə Polşanın Krakov şəhərinə səyahət edin. Krakov şəhəri təkcə Polşanın deyil, eləcə də Avropanın ən qədim şəhərləri sırasındadır. UNESCO-nun qoruma altına aldığı bir sıra binalar, abidələr, tarixi əhəmiyyətə sahib tikililər şəhərə xüsusi gözəllik qatmaqla səyahətinizi daha da maraqlı edəcəkdir.

Sofiya – Gözəlliklərlə dolu Sofiya şəhəri Bolqarıstanın təkcə paytaxtı deyil, həm də iqtisadi şəhəri hesab edilir. Hətta belə bir əfsanə var ki, Allah dünyadakı torpaqları xalqlar arasında bölüşdürən vaxt bolqarlardan savayı bütün xalqlar "auksionda" iştirak ediblər. Bolqarlar isə bu vaxt torpaqda "eşələnirmişlər", – axşamacan zəmilərdə toxum səpirmişlər. Allah onların bu zəhmətkeşliyini görüb onlara cənnəti – indi Bolqarıstan adlanan ərazini hədiyyə edib. Bu cənnətin beşiyi isə Sofiya hesab edilir.

Sharm El Sheikh – Həm qədimliyi, həm də indiki müasirliyi ilə ad qazanan Misirin özü kimi gəzib görməli şəhəri Sharm El Sheikh hər il turist axınları ilə dolub daşır. Bu şəhər öz dəniz kurortu ilə məşhurlaşmışdır. Sharm El Sheikh sahillərində günəşlənməklə bərabər dalğıc turlarına da qoşula bilərsiniz. Bu qədər məşhur olmağına baxmayaraq bu şəhər ucuz səyahət məkanları siyahısındadır.

Mumbay – Dünyaca məşhur hind filmləri vasitəsilə Hindistanın müxtəlif şəhərləri, rayonlarının gözəlliklərinə valeh olmuşuq. Bu şəhərlər arasında Mumbay gəzməli, görməli yerləri, özünəmxəsus mədəniyyəti, maraqlı məşğuliyyətləri və ən əsası ucuz olmasıyla öz sözünü deyir. Hindistana yolunuz düşsə, mütləq Mumbaya baş çəkin.

Banqkok – Taylandın Banqkok şəhərinin siyahıdakı digər şəhərlərlə ortaq cəhəti ucuz şəhər olması, fərqli cəhəti isə qəribə özünəməxsus quruluşda olmasıdır. Belə ki, hər addım başı məbədlər şəhərin girişindən çıxışına qədər hər nöqtəyə səpələnmişdir. Şəhərlərin bazarları su kanallarının üzərində qurulmasıyla şəhərə fərqli ekzotika verir.

Mərakeş – Fasın ən böyük şəhərlərindən biri olan Mərakeş qırmızı binaları ilə ağılları başdan alır. Bu binaları görmək üçün çox da pul xərcləməyə ehtiyac yoxdur.

Tallin – Estoniyanın paytaxtı Tallin sanki müasir dövrümüzün şəhəri deyil, orta əsrlər şəhəridir. Əgər ucuz pulla nağıllar dünyasına səyahət etmək istəyirsinizsə, yüzlərlə orta əsr binalarının yer aldığı Tallinə üz tutun.

Kiyev – Dəniz kurort şəhərləri ilə məşhur olan Ukraynanın pataxtı Kiyev ucuz yeməkləri və ucuz əyləncə mərkəzləri ilə məşhurdur. Kiyev həm də cazibədar küçələri, geniş meydanları ilə ağlınızı başınızdan alacaqdır.

 

Bu bloqları da oxuya bilərsiniz:

UŞAQLARLA SƏYAHƏT ÜÇÜN İDEAL 10 ŞƏHƏR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.