Daxil olQeydiyyat

Dünyanın ən böyük 5 parkı

DEKABR 3, 2019 2 dəq. oxu
Dünyanın ən böyük 5 parkı

Şəhərin səs-küyündən uzaqlaşmaq, təbiətin qoynunda istirahət etmək, fikrimizi toplamaq istədikdə heç şübhəsiz baş çəkəcəyimiz məkanlardan biri parklardır. Attraksiyonlar və səs-küylə dolu lunaparkları nəzərdə tutmuruq. Kiçik gölməçəli, yaşıl təbiətli, təmiz havalı o möhtəşəm şəhər parkları...

Bu məşhur parklar arasında hər ölkədən nümunələr var. Biz bunlardan 5 ən böyük əraziyə və ziyarətçiyə sahib olanlarını sizlər üçün araşdırdıq.


Amsterdam, Voldenpark

120 hektarlıq bir sahədə olan Vondelpark 1865-ci ildə açılmışdır. İlk zamanlar adı “Nieuwe Park” olsa da daha sonra XVII əsrdə yaşamış Joost van den Vondel adlı yazarın adını həsr edilmişdir. Parkı ildə orta hesablamaya əsasən 10 milyon adam ziyarət edir.


Parkda 2000-dən çox istirahət etmək üçün skamyalar var. Buraya yaşıllıq verən ağac növlərinin sayı isə 500-dən çoxdur. Ümumi ağac sayı isə 5000-ə çatır.

Pulsuz konsertlər, tamaşalar sərgilənən park, həm də xüsusi velosiped zolaqları, yürüş üçün ayrılmış xüsusi xətlər vasitəsilə hər kəs üçün ideal istirahət təmin edir. Burada, hətta müxtəlif heyvan növlərinə də rast gəlmək mümkündür. Ağacdakı dələlər, ağacdələnlər, göldə üzən ördəklər və qazlar, müxtəlif dovşan növləri bunlara ən şirin misallardandır.

Şəhərin səs-küyündən uzaqlaşıb burada istirahət etmək cənnətdə olmaq kimi bir hisdir. Niderlandlılar kifayət qədər şanslı xalqdır.


Chicago, Grant Park

1,29 kvadrat km bir sahədə olan Grant Parkın adı 1844-ci ildə "Lake Park" kimi tanınırdı. Ancaq 1901-ci ildə Amerikan Vətəndaş müharibəsini idarə edən və ABŞ-ın başçısı olan Ulysses S. Grantın adı parka verildi.


Amsterdamda olduğu kimi Çikaqonun Qrant Parkında da ətraf yaşıl örtüklə əhatə olunub. Park ildə orta hesabla 15 milyon ziyarətçi qəbul edir.


London, Hyde Park

Londondakı Kraliyyət parklarından ən böyüyü olan Hyde Park, sizi sanki şəhərin mərkəzindən alıb, təbiətin qoynuna, hər hansısa bir kəndin təmiz havalı cənnətinə aparır. Bütövlükdə 250 hektar ərazini əhatə edən park dünyanın ən böyük şəhər parkları arasına öz adını layiqincə yazdırır. 1637-ci ildən etibarən sakinlərin və turistlərin ixtiyarına verilən bu nəhəng park, tamaşalar və açıq hava konsertləri üçün ideal məkan hesab olunur. Şübhəsiz, bura böyük London şəhərinin ən hüzurverici məkanıdır.


Roma, Villa Borghese

İtaliyanın paytaxtı Romada yerləşən Villa Borghese parkı dünyanın ən böyük və ən gözəl şəhər parklarından biridir. Romanın mərkəzindən təqribən yarım saatlıq məsafədə yerləşən bu parkda siz bir-birindən müxtəlif göllərə, heykəllərə, bulaqlara və s. rast gələ bilərsiniz. Elə şəhərin içindəcə təbiətlə bir-bütün olmaq, istirahət edərkən ciyərlərinizi təmiz hava ilə doldurmaq istəsəniz bura ideal məkan olacaq. İstirahət üçün ən gözəl yerlərdən biri hesab olunan Villa Borghese, həm də Romanın məşhur incəsənət qalereyalarından biri olan “Gallery Borghese”-yə də ev sahibliyi edir. Siz buraya gəldikdə velosiped kirayə götürüb bu əsrarəngiz təbiəti doyunca gəzə bilər, ya da mini maşınları kirayələmək üçün seçə bilərsiniz. Bütün bu gözəllikləri görmək isə olduqca ucuz başa gəlir. Yolunuzu nə vaxtsa Romadan salsanız, buranı gəzməyi əsla yaddan çıxarmayın.


Madrid, Retiro Park

Yolunuz nə vaxtsa İspaniyanın paytaxtı Madriddən düşsə, bir an belə düşünmədən Retiro Parkı ziyarət edib ecazkar tikililərin qarşısında xatirə şəkilləri çəkdirin. 350 hektarlıq parkın ərazisində siz süni bir gölə, məbədə, heykəllərə, bulaqlara, gül baxçasına və daha nələrə rast gələcəyinizi bilsəniz, əminik ki, təyyarə bileti almaq üçün elə günü bu gün pul toplamağa başlayarsınız. 19-cu əsrin sonlarından bəri açılan və xalqın ixtiyarına sunulan bu park ildə 12 milyondan çox ziyarətçi qəbul edir. Bura şəhərin sıxlığından xilas olub rahat nəfəs ala bilmək üçün ən gözəl məkandır.

 

Axtarışa dəvam edin – bu bloqlarıda oxuya bilərsiniz:

DÜNAYANIN ƏN QEYRİ-ADİ 10 BAYRAĞI VƏ ONLARIN SİRLƏRİ

MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

DÜNYANIN ƏN QƏRİBƏ MUZEYLƏRİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.