Daxil olQeydiyyat

PİZZANIN YARANMA TARİXÇƏSİ

OKTYABR 15, 2019 2 dəq. oxu
PİZZANIN YARANMA TARİXÇƏSİ

Günümüzdə uşaqdan böyüyə hər kəsin sevimlisi olan pizza, həm dadlı olması, həm də tez zamanda hazırlanması ilə könülləri fəth edib desək yanılmarıq. Artıq müasir dövrdə evə çatdırılma xidmətlərinin artması ilə birlikdə evdə yemək hazırlamağa zamanı olmayan insanların ən çox müraciət etdiyi ilk yeməklərdən biri elə pizzadır. Bu məşhur yeməyin dadı kimi maraqlı və özəl tarixi də var.

Pizza sözü latın sözü olan “pinsere”dən götürülmüş, mənası isə əzmək və üyütmək deməkdir. Qədim zamanlarda pizza sadəcə mozarella pendiri və pomidordan ibarət olmuş, İtaliyada kasıb əhalinin sevimli yeməyi kimi tanınmışdır. Arpa və arpa suyu ilə əldə etdikləri xəmiri bu 2 məhsul ilə dadlandıran kasıb İtaliya əhalisinin süfrəsində həftədə 5 dəfədən daha artıq pizza ilə rastlaşmaq mümkünmüş. Pizzanın bütün dünya tərəfindən tanınması isə 1889-cu ildə Kraliça Marqaritanın mozarella pendiri, pomidor və reyhan ilə bəzədilərək hazırlanmış pizzanın dadına baxması ilə bağlıdır. Bu tarixdən sonra pizza yoxsul insanların süfrəsindən çıxaraq saray mətbəxinə daxil olmuş, zəngin zümrə tərəfindən də sevilərək yeyilməyə başlanmışdır. Pizzanı çox bəyənən Kraliça Marqarita hətta onu hazırlayan aşpaza xüsusi təşəkkür məktubu yazmışdır. Sözügedən məktub isə günümüzdə “Pizzeria Brendi” adı ilə tanınan məşhur restoranın şüşəsinə vurularaq sərgilənməkdədir.

1889-cu ilə söykənən hekayə isə bu cür gerçəkləşir: Aşbaz Espositonun “Pietro” adlı pizza dükanı İtaliya Kralı I Umbertonun sarayı Palazzo di Capodimente ilə qonşudur. Günlərin bir günü kral və kraliça sarayda istirahət edərkən saray işçiləri onların rəğbətini qazanmaq üçün hər şey edir. Bu məqamda Kraliça Marqarita pizza istədiyini söyləyir. Bu kasıb yeməyinin necə hazırlandığını bilməyən saray aşbazları təşvişə düşür. Pizzanı tez bir zamanda kraliçaya təqdim edə bilmək üçün saray işçiləri tez-bazar şəkildə Espositoya sifariş verirlər. Mozarella pendiri, pomidor və reyhandan ibarət olan pizzanı saraya gətirən Esposito onu kraliçaya təqdim edir. Kraliça bu yeməyin adını soruşduqda isə həyəcanlanır və nə deyəcəyini bilməyən aşbaz çaşaraq kraliçanın adını söyləyir. Pizzanı yedikdən sonra onu çox bəyənən Kraliça Marqarita aşbaza xüsusi təşəkkür məktubu yazır və bu məktubunda yeməkdən “Pizza Margherita” olaraq bəhs edir. Və beləliklə, pizza deyəndə ilk ağla gələn çeşidlərdən biri olan Marqarita Pizzasının adlandırılması və bütün dünyada tanınması məhz bu hekayə ilə bağlıdır.

Pizzanın bütün dünyaya yayılmasında isə İtaliyan xalqının adı çəkilir. Lakin bu heç də belə deyil. 1800-cü illərin ilk yarısından Amerikaya köç edib gələn italiyanlar burada məskən salır və amerikalıların mətbəxi ilə yaxından tanış olurlar. İtaliyanların açdığı kiçik pizza restoranları isə amerikanlar tərəfindən böyük maraqla qarşılanır və pizza onlar tərəfindən də çox sevilir. Məhsulun bütün dünyada yavaş-yavaş tanınması isə birbaşa olaraq amerikalıların tabeliliyində olan böyük restoranlarda pizzanın servis edilməsidir. Zaman keçdikcə pizzanın xəmirində və inqridentlərində dəyişiklik edən amerikan aşbazlar onu daha da dadlı hala gətirir və çeşidliliyi artırır. Bu məqamda isə pizza daha çox zövqə xitab etməyə başlayır və uşaqdan-böyüyə hər kəs bu ləziz təamı sevir. Lakin qeyd etmək lazımdır ki, günümüzdə hazırlanan bir çox pizza orijinal İtaliyan pizzasından olduqca fərqlidir. Belə ki, italiyan pizzası əsas inqridentlərdən olan reyhan və sarımsağı özündən qətiyyən ayırmır. Bu cür pizzaları dadmaq üçün isə ən ideal restoranlar Napolidə yerləşir.

Əlavə bir məlumat kimi qeyd etmək istərdik ki, tarixdə ən böyük pizza da elə İtaliyada hazırlanıb. Ümumi sahəsi 1208 kvadrat metr olan pizza 5 aşpaz tərəfindən hazırlanıb. “Ginnesin rekordlar kitabı”na düşən pizzanın hazırlanması zamanı 4 ton pomidor, 680 kiloqram duz, 22 kilo sirkə, 25 kilo pendir və 9 ton undan istifadə edilib. Pizzanı hazırlamaq üçün 5 aşpaz 48 saat dayanmadan çalışıb. Pizza hazır olduğu zaman ağırlığı 16 tona çatıb.

Belə. Bir gün İtaliyaya yolunuz düşsə və ya bu barədə fikriniz olarsa, əvvəla pickvisa.com-a müraciət etməyi unutmayın!

 

Bu bloqları da oxuya bilərsiniz:

DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

SUŞİNİN TARİXİ

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.