Daxil olQeydiyyat

SƏYYAH FOTOQRAFA LAZIM OLAN AVADANLIQLAR

NOYABR 22, 2019 2 dəq. oxu
SƏYYAH FOTOQRAFA LAZIM OLAN AVADANLIQLAR

Səyyah fotoqraf olmaq çoxlarının arzusu, çoxlarının məqsədi, bəzilərinin isə peşəsinə çevrilmişdir. Bu sahədə məşhurlaşan yüzlərlə insan var. Qıraqdan bu iş çoxlarına asan və sadə gəlsə də, bacarıqlı səyyah fotoqraf olmaq cəsarət, bacarıq, səbr, diqqət, kreativlik, əzmkarlıq tələb edir. Amma bu insani keyfiyyətlər bəs etmir. Səyyah fotoqrafa işini asanlaşdırmaq və ortaya möhtəşəm iş qoymaq üçün bir sıra avadanlıqlar lazımdır.

  1. Fotoaparat - Səyyah fotoqrafa lazım olan başlıca avadanlıq fotoaparatdır. Bu işi görən insanların beynində “”Canon”, “Nikon”, yoxsa “Sony” alsam, daha yaxşı olar?” deyə bir sual var. Bu markadan olan fotoaparatların əksəriyyəti yaxşıdır. Amma səyahət üçün həm foto, həm də video mövzusunda büdcəyə uyğun “Sony A7RII” fotoaparatı səyahətinizin hər anını xatirələşdirməkdə öz sözünü deyir.
  2. Lens - Çəkdiyiniz şəkil və videoların daha təbii, daha dolğun və aydın düşməsi üçün fotoapartınıza sadə deyil, daha professional lens lazımdır. Bu mövzuda da bir çox markalar öz birinciliyini saxlayır. Lakin büdcəyə uyğun və eyni zamanda həm foto, həm də video üçün effektli lens “Sony GM 16-35 f2.8”-dir. Bu lens vasitəsilə sevdiyiniz mənzərələri daha böyük kadrlara sığdıra biləcəksiniz.
  3. GoProBəzi məkanlarda fotoaparat ilə şəkil və ya video çəkmək qeyri-mümkün olur. Məsələn, su altında fotoaparat sıradan çıxa bilər, yüksəkliyə çıxdıqda fotoaparat ağırlıq edir, vlog çəkdikdə isə, fotoaparatı əldə saxlamaq çətindir. Bu zaman isə sizin köməyinizə GoPro gələcəkdir. Balaca formaya malik olmasına baxmayaraq yüksək keyfiyyətdə çəkilişlər etmə bacarığa malikdir. Büdcəyə uyğun model GoPro Hero 4-dür. 
  4. MikrofonƏgər səyahətlərinizi dostlarınızla, sevgilinizlə və ya digər tanışlarınızla edirsinizsə, mütləq olduğunuz yerlərdə xatirə videoları çəkəcəksiniz. Bu zaman isə səyahət etdiyiniz məkanlardan asılı olaraq söhbətlərinizin keyfiyyətli səslə qeydə alınması üçün mikrofon şərtdir. Əgər videolarınızda səsinizin daha təbii və dolğun çıxmağını istəyirsinizsə, büdcəyə uyğun “Rode Video Micro” mikrofonu məsləhətlidir. Bu mikrofonlarda “DeadCat” adlanan hissəcik vardır. Bu ləvazimat küləyin təsirini azaldır, ətraf səsləri arxa plana ataraq fotoaparatın fokuslandığı səsi qabarıq şəkildə qeydə alır. “Rode Video Micro” mikrofonları həm fotoaparatlarınıza, həm də GoPro-larınıza taxıla bilir.
  5. TripodSəyahət zamanı təksiniz və şəkil çəkdirmək istəyirsiniz? Ya da dostunuzla birlikdə şəkil çəkdirirsiniz, amma şəklinizi çəkməyə adam yoxdur? Elə isə sizə mütləq tripod lazımdır. Səyahət üçün tripod yığcam, yüngül və küləyə qarşı dayanıqlı olmalıdır. Bu modellərin içində büdcəyə uyğunu “Manfrotto Element Tripod”-dur. Bu tripodların 2 növü vardır: aliminium və karbon. İkinci növə daxil olanlar istidə əlinizin yanmağının, soyuqda isə donmağının qarşısını alır.
  6. PultKameranızı tripoda, tripodu isə lazımı yerə yerləşdirdiniz, bəs şəkli necə çəkəcəksiniz? Doğrudur, kameralarda maksimum 10 saniyəlik taymer var, amma bir mənzərədə birdən çox şəkil çəkdirmək istədikdə, hər dəfə olduğunuz yerdən kameraya yaxınlaşmaq və təzədən geri qayıtmaq çox sıxıcı işdir. Əgər uzaq məsafədirsə, vaxtında kadraja girmək də asan deyil. Bu zaman isə fotoaparat pultları istədiyiniz yerdən şəklinizi çəkməyə yardım edəcəkdir. Müxtəlik markada pultlar olsa da, daha uzaqdan şəkil çəkmək üçün “Pixel” markalı pultlar daha yararlıdır. 
  7. DroneDünyanın müxtəlif yerlərinə səyahət edərkən elə mənzərələrlə qarşılaşırıq ki, dayandığımız yerdən deyil, daha yüksəkdən şəkil və ya video çəkmək arzusu keçir içimizdən. Bunun üçünsə drone-lar ən yaxşı vasitədir. Drone-ları idarəetmə pultu vasitəsilə müəyyən hündürlüyə qədər qaldıra, müəyyən məsafəyə qədər uçurda bilərsiniz. Həm görüntü keyfiyyətinə görə, həm çəkidə yüngüllüyünə, həm küləyə qarşı dayanıqlılığına görə, həm də büdcəyə görə drone istəyirsinizsə, ən uyğunu “Dji Mavic Air” sizin istəyinizə uyğundur.

    Səyyah fotoqraf olub qeyri-adi şəkillər, videolar çəkmək və gəzməkdən zövq almaq istəyirsinizsə, bu avadanlıqlar sizin işinizi yarıya qədər asanlaşdıracaqdır. Geriyə qalan isə, sizin kreativliyinizdir. Sizə bol səyahət və gözəl şəkillər çəkməyi arzulayırıq!

 

Bu bloqları da oxuya bilərsiniz:

ƏN UCUZ VƏ MÖHTƏŞƏM ŞƏHƏRLƏR

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.