Daxil olQeydiyyat

DAN BRAUNLA BARSELONADA İKİ GÜN

APREL 7, 2020 3 dəq. oxu
DAN BRAUNLA BARSELONADA İKİ GÜN

Evdə oturmağa məhkum olunmuş bir zamanda səyahət etməyin ən yaxşı yolu oxumaqdır. Gedə biləcəyiniz istiqamətlər çox olduqda seçim etmək olduqca çətindir. Bu istiqamətlərdən biri kitab seçməyə və düz iki gün ona dalaraq oxumağa sövq etdi. Bu kitab bizim “Başlanğıc”ımızın hekayəsini danışırdı. Hekayə İspaniyada təzahür edir, ancaq Barselonada inkişaf etmir. Yekunda mən Kataloniyanın cənnətində hekayəni bitirdim.

Əvvəllər Dan Braun kitablarını heç oxumamışdım. Hər zaman insanların onun kitablarını təriflədiyini eşidirdim. Etiraf etməliyəm ki, Da Vinçi Kodu çox maraqlı bir film idi və professor Lanqdonun simvollar axtarışı mənim marağımı artırmışdı. Özüm də simvolizmi sevirəm.

Pandemiyadan əvvəl kitab alış-verişinə çıxmışdım və onun Başlanğıc adlı kitabı öz cəlbedici örtüyü ilə mənə baxırdı. Tezliklə bu kitab rəfimə qədər yol qət etdi və öz zamanını gözləməyə başladı.

Dan Braun nəsr ustası deyil. İlk fəsildə gəldiyim qənaət bu idi. Sonra mən 421-ci səhifəni oxuduğumu və sonra nələr olacağını bilmək üçün o biri vərəqləri səhifələməyə hazır olduğumu gördüm. Bəzən məni dəli edirdi. Digər tərəfdən, vizual təsvirlər çox yaxşıdır. Bu qabiliyyət bütün hekayə boyu özünü hiss etdirir. Bilirsiniz ki, o, bu yerlərdə olub. Oralara səyahət edib vizual məlumatları diqqətlə toplayıb.

Dan Lanqdonu bu dünyaya bəxş edib. Lanqdon tapmaca ustasıdır. Kitab onun milyonlarla insanı çaşdıran dünyəvi suallara yorulmadan cavab axtarışını əks etdirir.

Təsvir olunan binalarda onun varlığını dərhal hiss edə bilərsiniz. İlk öncə Lanqton sizi Bilbaoya müşayiət edəcəkdir. Quqqenheym Muzeyinin və ekstravaqant salonlarının möhtəşəmliyini hiss edəcəksiniz. O, sərəncamında “xüsusi” tələbələri olan çox maraqlı alimdir. Onlardan biri eramızdan əvvəl mənşəyimizi tapmağa təşəbbüs göstərən texnoloji milyarder Edmond Kirsçdir. Edmond çox inadkar və zəngindir. Onun dayanmaq kimi bir niyyəti yoxdur və özünü dini qurumların nüfuzuna xələl gətirməyə adamışdır. Səhifə səhifə vərəqlədikcə "Kilsə və Elm" dualizmi sizi özünə çəkəcəkdir.

Lanqdon Edmonda təxribatçı təqdimatında kömək etmək üçün İspaniyaya dəvət olunur. Professor hadisələr zəncirinin sürətlə dəyişəcəyindən, onu mat-məəttəl qoyacağından və kral toyuna hazırlaşan zərif bir xanım Ambra Vidal ilə qaçmağa məcbur edəcəyindən xəbərsiz idi. Quqqenheym Muzeyi Lanqdon və Ambranın qətl şahidlərindən şübhəlilərə çevriləcəyi yer olur. Hekayə Edmond və dini öz ənənəvi divarları arasında məhv etməyi vədd edən ifşaedici təqdimatı ilə gözləyən dünya üçün üzücü dramla başlayır. Bu, mömin olmayan bir insanın böyük həvəslə və möminin narazılıqla oxuduğu bir kitabdır. Buna baxmayaraq, sonda vəziyyət və perspektivlər hər iki tərəf üçün dəyişir.

Süjetin dərinliklərinə getmək istəmirəm. Bu bir çox şeyi bir neçə aspektdən korlaya bilər. Bunun əvəzinə isə mən Dan Brauna məni Barselonaya aparmağa və məni bəzi möhtəşəm yerləri göstərməyə icazə verəcəm.

Barselona günəş, yemək, futbol və Sagrada La Familia (Müqəddəs Ailə kilsəsi) məkanıdır. Hətta deyərdim ki, bütün şəhər Antonio Qaudi və onun diqqətəlayiq gözəllik hissi üçün böyük bir iş studiosudur. Qaudi binalarında Lanqdonun ipuçları axtarışı, asanlıqla şokolad fabrikində işləməklə müqayisə edilə bilər. İşləyirsiniz, eyni zamanda qarşısıalınmaz şokolad qoxusunu içinizə çəkirsiniz.

Müqəddəs Ailə kilsəsi, turistlərin təbiət və memarlıq həlli arasında sinergiyanın şahidi olduğu bir yerdir. Bura, adam ovsunlayan bir məkandır. Başlanğıc kitabını oxuyarkən siz bu şəhərə getmək və Lanqdonun ziyarət etdiyi məkanlara baş çəkmək istəyəcəksiniz. Siz mərkəzi parka getmək və Casa Milanı görmək istəyəcəksiniz. Siz kilsələrə və kral binalarına daxil olmaq istəyəcəksiniz. Siz hərəkətlərinizlə öyünmək istəyəcəksiniz. Şübhəsiz ki, Dan və onun professoruna gözəl bələdçi olduğuna görə təşəkkür etmək istəyəcəksiniz.

Bu kitabın mərkəzi sualı suallar toplusudur:

“Biz haradan gəlirik? Biz hara gedirik?”

Müəllif mərkəzi mövzunu kitab hərəkəti sayılan “e4” şahmat hərəkəti ilə əlaqələndirir. Hər iki perspektivi verir, lakin suallara birbaşa cavab vermir. Sadəcə özündən əvvəl cavab axtarışında olanlara istinad edir. Uilyam Bleyk və poeziyasından bəhs edir. Pol Qogen və onun məşhur rəsm əsərinə toxunur. Bizi ümid hissi ilə buraxır. Texnologiya ilə insanın suallara cavab tapmaq kimi qeyri-adi qabiliyyəti arasında yeni bir əməkdaşlıq təmin edir.

Kitabın sonlarında Barselona günəşlidir. Kilsənin içində günəş işığını görür və özünü isti və ümidli hiss edirsən. Divanınızdan tez qalxıb professoru “kod və simvollar” cavabına görə qucaqlamaq istəyirsiniz.

Başlanğıc Basklar diyarına səfər üçün oxuduğum ilk kitab və ilk möhkəm rəhbərdir. Müəllifin başqa əsərlərini də oxuya bilərəm. Əmin olduğum bir şey var ki, bu işlər bitəndə mən prioritet səyahət siyahıma yenidən nəzər salacam və bu şəhəri digər şəhərlərdən üstün tuturam. Qaudi və onun binaları görməyə və yaşamağa dəyər bir yerdir. Onun düz xəttsiz fəlsəfəsi ispan ənənəviliyinin ortasında sehr yaratmışdır. O, bu bəşəriyyətə bu kainata xas olmayan bir kilsə bəxş etmişdir. Bizim yeni və təravətli bir şeyə ehtirasımızı oyandırır.

Bu arada isə professor, zənnimcə, yeni bir tapşırığı çözməklə məşğuldur. Danın növbəti hekayəsini yazdığını duyuram. Real Madrid və Barselona arasındakı toqquşmaya şahid olan “El Klassiko” azarkeşlərinin bağırtısını eşidirəm. İnsanların İspaniya, İtaliya və Fransadan yenidən zövq aldıqlarını görürəm. Evdə oturmaq məni bir qədər həssas edir. Heç olmasa İspaniyaya səfərdən məmnunluq hiss edirəm. Bu, məni növbəti “səyahətimi”, çox güman ki Taiti səfərimi, acgözlüklə gözləməyə vadar edir. Pol Qogenin bir sənətçi kimi Taiti həyatı ilə əlaqədar qeyd etdiyi Noa Noa gündəliyini yenidən araşdırmaq istəyirəm.

Qogen  çox fərqli bir həyat yaşayır. O, sənət əsərləri ilə xoşbəxtdir, ancaq Avropada qoyub getdiyi həyatı üçün kədərlidir. Dostu Monfred üçün darıxır və ekzotik yaşamı müddətdə ona sistematik olaraq məktublar yazır.

Məncə çox uzağa getdim. Barselonadan da uzağa. Bu vəziyyət məni dayanmağa və sizin “oxumaq-səyahət etmək” marağınıza yer buraxmağa vadar edir.

Başlanğıcın əsas mövzusu "Biz haradan gəlib, hara gedirik”-dir.

Bu mövzu ilə sizləyi baş-başa buraxıram:

Hansı kitabı oxuyub bitirmisiniz və hansı kitaba başlayacaqsınız?

 

 

AXTARIŞA DAVAM EDİN – BU BLOQLARI DA OXUYA BİLƏRSİNİZ:

SƏYAHƏTÇİLƏRİN KORONAVİRUS DÖVRÜNDƏ OXUMALI OLDUĞU KİTABLAR

İLK PASPORTUN TARİXİ

SƏYAHƏT SEVGİSİNİ YARADAN KİTABLAR

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.