Daxil olQeydiyyat

“BİZ GƏLƏCƏKDƏNİK” – TURİZMİ GÖZLƏYƏN DƏYİŞİKLİKLƏR

NOYABR 26, 2019 2 dəq. oxu
“BİZ GƏLƏCƏKDƏNİK” – TURİZMİ GÖZLƏYƏN DƏYİŞİKLİKLƏR

Başımıza bu gün nə gələcəyindən xəbərimiz yoxdur. Amma bəzi araşdırmalar, fərziyyələr nəticəsində gələcəklə bağlı müxtəlif fikirlərimiz var. Gələcəyi fantastik bir film kimi fikrimizdə canlandırırıq, uçan maşınlar, qəribə binalar, kosmosa səyahət, teleportasiya və s. İndi isə sizinlə birgə gələcəyə səyahət edib, turizmin necə dəyişəyəcəyini izləyək.

Sizə gələcək turizmlə bağlı iki cür – pis və yaxşı xəbərlərimiz olacaq. Kefinizi bir qədər poza biləcək məqamlardan danışsaq da, sonda sizi sevindirməyi bacaracağıq.


“Pis xəbərimiz”
 Həyatda daimi heçnə yoxdur, hər şeyin sonu çatır, tarixi binalar da istisna deyil. Dünyada mövcud olan, turistlərin sevimli yerləri olan bir çox tarixi abidələr, maraqlı məkanlar gələcəkdə olmaya bilər.

Əgər Qlobal istiləşmə və dünya okeanlarının su səviyyəsinin qalxması barədə proqnozlar doğru olarsa, Maldiv adaları yer kürəsindən silinənlərdən olacaq. Proses artıq gedir və adalar suya batmaq üzrədir.  Alimlərin pessimistləri 30 il ərzində, optimistləri isə 100 ildən sonra Maldiv adalarının su altı şəhər olacağını iddia edir. Yerli əhali bütün bunları ciddi qəbul edir və hətta Maldiv adaları üçün yeni torpaq alınsın deyə fond açıblar. Sahibkarların çoxu isə indidən öz restoran, hotellərini sualtı edirlər. Məsələn, Conrad Maldives Rangali Island ilk dəfə 2005-ci ildə suyun altında Ithaa Undersea restoranını açdırıb.

İtaliyanın Venesiya şəhəri də yaxın zamanlarda turistləri sevindirə bilməyəcək. Su get-gedə bu şəhəri boğacaq. Hər il Venesiya təqribən 5 mm suyun altına batır. Daşqınlarsa daha da artmağa başlayır və nəticədə 2100-cu ilə qədər Venesiyanı xəritəmizdən su yuyub aparacaq.

Su səviyyəsinin artması bir çox turistik zonalara ziyan vurur. Amma baş verən pis hadisələrdən bu qədər danışmağımız bəsdir. Sevincli məsələlərdən danışıb kefimizi bir qədər açaq.


“Yaxşı xəbərimiz”
 – Yeniliklər bizi kosmosda da gözləyir, bəlkə də bizim uşaqlarımız bizim kimi Parisə, Londona deyil, Marsa, Yupiterə səyahət etmək arzusunda olacaqlar və bu arzulara çatmaq elə də çətin olmayacaq, çünki bu gün də kosmosa səyahət turlarının, kosmik turizmin inkişafı üçün bir sıra proseslər gedir. «Virgin Group»un yaradıcı Riçard Berson bildirir ki, yaxın zamanlarda hər istəyən iki həftəlik kosmos səyahətinə çıxa biləcək. 2000-ci illərdə kosmosa səyahətlər olsa da, qiymət kimsəyə uyğun olmayıb.

Kosmosa hələ tələsməyək. Dünyamızı sonadək kəşf etmədən, başqa dünyalara qaçmaq düz olmaz. Planetimizin su qatı hələ də tam öyrənilməyib. Dayvinqlə məşğul olan turistlər dəniz və okeanaların su altı dünyası ilə tanış olur, amma başqaları buna həsrətlə baxsın? Xeyir, gələcəyin imkanları nəticəsində sualtı dünyanın qapıları hamıya açıq olacaq. Açarımız isə gəmilərdir. Hal-hazırda Karib adalarında, Kipr və İspaniyada sualtı turlar mövcuddur. Sualtı qayıqların ən məşhur istehsalatçıları Atlantis Submarines və  Mobimar şirkətləridir.

U-Boat Worx şirkəti kiçik qayıqları — Cruise Sub ilə tanınır. Sualtı qayıq böyük pəncərlərə malikdir, bu da turistlərin bütünlüklə okeanın florasının gözəlliyini görməsinə kömək edir.
Sualtı turizm çiçəklənmə dövrünü yaşayır və yaxın gələcəkdə bu turlar daha geniş xarakterə malik olacaq.

Gələcəyin hotelləri də qeyri-adi olacaqlarına dair söz verirlər. Ekspertlərin fikrincə gələcəkdə sualtı, dağ üstündə, qəribə ərazilərdə hotellərin sayı artacaq və adiləşəcək. Hotellərdə xidməti heyət isə insanlardan deyil, robotlardan ibarət olacaq.


Araşdırmaların nəticəsində belə qənaətə gəlmək olar ki, gələcəkdə turizm inkişaf edəcək və turistlərin sayı artacaq. Hətta bəzi alimlərin fikrincə artıq “turizm asılılığı” yaranıb. İqtisadçılar bildirir ki, turizm gələcəkdə iqtisadiyyatın üç əsas faktorlarından biri olacaq və hər bir ölkə turizmini inkişaf etdirərək öz ekonomikasını gücləndirəcək. Əsas isə turizm istirahətin ən yaxşı variantı sayılacaq.


Axtarışa dəvam edin – bu bloqları da oxuya bilərsiniz:

MÜASİR DÜNYANIN 10 ARXİTEKTURA MÖCÜZƏSİ

DÜNYANIN MƏŞHUR PİRAMİDALARI


Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.