Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Coşqun KərimovCoşqun Kərimov 21 MART 2020 970 views 2 dəq. oxu

Korona dünyanı dolaşarkən biz evdə oturmuşuq

970 views 2 dəq. oxu
uploads/blog/rsz_covid-19.jpg

Fevral ayının sonları idi, dünya mətbuatı Çinin Uhan əyaləti haqqında sonsuz siqnallar göndərməyə başlayırdı. Media durmadan ölüm sayı barədə məlumatlar ötürürdü. Lakin heç birimiz bunun böyük bir təhlükə olacağını gözləmirdik.

Həmişəki kimi həyatımızdan zövq almağa davam edirdik. Milyonlarla turistlər çantalarını yığıb növbəti səfərlərə hazırlaşırdı. Əslində, onlar artıq Paris, Roma və Barselona kimi yerlərdə gəzib zövq alırdılar. Yaponiya Sakura festivalına hazırlaşırdı. İnsanlar albalı ağacı çiçəklərinin gözəlliyindən həzz alacağı anı səbirsizliklə gözləyirdi. Eurovision mahnı müsabiqəsi başlamaq üzərə idi. Liverpul “30 illik Trofey Xəyalları”ndan iki oyun aralıqda idi. Onları heç kim durdura bilməzdi. Bəli, bir kiçik virus buna nail oldu.

Milyonlarla təyyarə uçuşları ilə planetimiz İsveçrə saatı kimi çalışırdı. COVID-19 adlı virusun sürətli qlobal tura çıxdığından xəbərsiz idik. Bu “Dünya ətrafında 80 gün” planı olmamalı idi. Hətta Fileas Foqq belə səyahət sürətini qısqanardı. 40 gündən çox müddət ərzində COVID-19 artıq öz siyahısında olan 100-dən çox ölkəyə səfər edib və 10.000-dən çox insanın həyatını almışdı.

Hökumətlər dəymiş ziyanı hesablamağa və lazımi tədbirlər görməyə çalışır. Bütün səhiyyə işçiləri minlərlə insanın həyatını xilas etmək üçün mübarizə aparır. Belə bir anda isə bəzi insanlar tualet kağızları uğrunda mübarizə aparırlar.

Vuhan, nəhayət ki, bu “səyahətçi”nin izlərindən xoşbəxtliklə özünə gəlir. Çin həkimləri bu dövrdə əldə etdikləri təcrübələri və tibbi ləvazimatları ilə digər millətlərə kömək etməyə çalışırlar.

Bu çaxnaşmanın ortasında səyahətçilər isə evlərində gözləyirlər. Onlar belə oturaq həyat tərzinə alışıq deyillər. Sanki hamısı bir sual verir:

"Bəs indi nə edək?"

Bu vəziyyətə bir az aydınlıq gətirəcək bir sitatı dəqiq xatırlayıram:

“Eyni gözlərlə 60 fərqli məkanı kəşf edirik, halbuki bir yeri altmış fərqli tərəfdən baxıb kəşf etməliyik”. 

Evdə oturmaq və sosial məsafə saxlamaq bir çox insanın sağ qalmasına kömək edəcəkdir. Bu tədbir təkcə həyati vacib deyil, həm də şirnikləndiricidir. DNT-də səyyah olan şəxslər hazırda xüsusi bir vəziyyətlə üz-üzədirlər. Saysız günlər soyuducuya qədər səfər etmək, televiziya kanallarını durmadan dəyişmək, yemək yemək, oxumaq, xəbərləri izləmək, yatmaq və digər bitməyəcək bir günü əvəz etməsi üçün növbəti günü gözləmək.

Qəribə səslənə bilər, lakin bu dövr tarixi ekspedisiyalardakı insanların hiss etdiklərini hiss etmək üçün bir fürsətdir. Təsəvvür edin, siz Cənubi Qütb Ekspedisiyasının komanda üzvüsünüz, yaxud siz yerin altında qalan çili mədənçilərindən birisiniz. Fərz edin, siz Tailandda xilas olmağı gözləyən oğlanlardan birisiniz. Gəlin daha da dəlisov düşünək. Təsəvvür edin, siz Heminquey, Hüqo və ya Jül Vernsiz. Siz hazırda masa arxasında oturub boş noutbuk ekranına baxırsınız. Memuar, səyahət təcrübəsi, vəhy, nostolgiya, duyğularınızı və kitab şəklinə yığılmağı gözləyən bir çox şeyi yazmaq üzərəsiniz. Bir kitabın düzəlişsiz tam yazılıb tamamlanması üçün 45-50 gün müddət tələb olunur. İlk cızmaqaranızı edin və insanlar oxusun deyə onlayn paylaşın. Bu kitabı digər səyahətçilər və ya həmvətənlərinizlə birlikdə yazın. Həmmüəlliflik də böyük bir işdir. Qarşılıqlı təcrübənizi bölüşün. Asan səslənsə də, yubatma deyilən bir söz var. 

Dəli kimi yazın. Ürəkdən yazın. Dünyanı necə səyahət edirsinizsə, elə yazın. İçinizdə böyük bir şey kəşf edərcəsinə yazın. Olduğunuz yerlər haqqında mütləq ki bir hekayəniz vardır. Bir hekayəniz var. Hər kəsin var.

Hekayənizi ortaya çıxartmaq vaxtıdır. Heminquey bizə deyərcəsinə: “klaviatura arxasında əyləşib qan axıtmaq vaxtıdır”. Sıxıntıdan deyil, ehtirasdan. Hirsdən deyil, minnətdarlıqdan. Sizin bu dünyanı hiss etmək şansınız olub. Fərqli millətləri və insanları görmək şansınız olub. Nə üçün bu hissləri yaşamaq şansı olmayan biri üçün dünyanızı göstərməyəsiniz? Nə üçün onlarla yenidən bu sərgüzəştlərə atılmayasınız? Onları Himalay dağlarına götürün, Kopakabana çimərliyinə aparın, qədim Misirin Piramidalarına aparın. Onları başqa bir dünyaya aparın. Dünya səyahətçilərinin səsi olmaq üçün gücünüzdən və bacarığınızdan istifadə edin. Yazın, paylaşın və səsinizi qeyd edin. Səsinizin çata biləcəyi hər bir evə yetişin. Covid-19-dan daha sürətli səyahət etməyə çalışın. 

Bu müddət bitdikdən sonra siz çantanızı yenə yığacaq, möhürlənmiş pasportu götürüb evinizi tərk edəcəksiniz. Əvvəllər etdiyiniz kimi. Boş otaqlar avara gəzişinizdən və qarın qaşımağınızdan ötrü darıxacaq. Soyuducu iştahınız üçün darıxacaq. Netflix sizsiz darıxacaq. Bəlkə də siz onsuz darıxacaqsınız. Demək çətindir.

Eviniz sizi növbəti səfərinizdən qayıtmağınızı gözləyəcək.

Ancaq indi unutmayın.

Korona dünyanı dolaşarkən, biz evdə oturaq.

Bunu dəyər verdiklərimiz üçün edək.

Sevdiyimiz insanlar üçün…

 

 

 

Paylaş

Coşqun Kərimov Müəllif

Coşqun Kərimov müəllif və natiqlik bacarığı üzrə kouçdur.

Azərbaycanda şəxsi inkişaf üzrə ən çox satılan kitablardan biri olan KVAN kitabını yazmışdır. Dünyanın aparıcı şəxsi inkişaf kouçlarından və müəlliflərindən biri olan Brayan Treysi bu kitab üçün müsbət rəy yazmışdır.

Azərbaycan Natiqlik Müsabiqəsi və Sosial İnnovasiyalar Laboratoriyası üçün təlimlər keçir, mentorluq sessiyalarını aparır. Onun ünsiyyət və təqdimat bacarığı təlimlərindən yararlanan korporativ şirkətlər siyahısında Four Seasons Oteli, Fairmont Oteli, McDonalds şirkəti, Formula1 (BCC Akademiyası), Kapital Bank kimi adlar var.

“Yeni Fikir” və “Seedstars Baku” kimi startap yarışmalarında kitab oxuyucuları üçün nəzərdə tutulmuş  “Kvotter” adlı mobil tətbiqmənin təqdimatı üzrə qalib olmuşdur.

Sosial Mediada yaydığı müsbət mesajlara görə “Global Influencer Day” Mükafatına layiq görülmüşdür.

Bütün bloqlar