Daxil olQeydiyyat

YAPONİYANIN GƏZMƏLİ YERLƏRİ

İYUL 15, 2019 1 dəq. oxu
YAPONİYANIN GƏZMƏLİ YERLƏRİ

Yaponiya – qədim ənənələrin, müqəddəs yerlərin və ən müasir texnologiyaların inanılmaz qarışığıdır. 
Keçmişinə hədsiz dərəcədə hörmət edən və bununla yanaşı sürətlə gələcəyə doğru irəliləyən ölkənin görməli yerlərinin Top 5-ni təqdim edirik:

1. Fudzi-Hakone-İdzu milli parkı. Hər il 20 milyonadək turist qəbul edən Yaponiyanın ən maraqlı təbii məkanlarından biri. Parkın ərazisində Fudzi dağı, 5 böyük dağ gölü, şəlalələr, adalar, çimərlik, həmçinin, qədim buddist və sintoist məbədlər yerləşir.

2. Matsumoto qəsri. Eyniadlı şəhərdə yerləşən və ölkədə ən gözəl hesab olunan qəsrlərdən biri. XVI əsrdə tikilməsinə baxmayaraq, “Qara qarğanın qəsri” hələ də ilk vaxtlardakı görünüşündə qala bilib.

3. Sindzüku-Geen milli parkı. Yerlilərin və Tokio qonaqlarının sevimli məkanı. Parkın ərazisində 3 böyük bağ yerləşir: klassik yapon, “müntəzəm” fransız və peyzajlı ingilis bağı.

4. Miraykan innovasiyalar muzeyi. Tokioda əksər turistlərin gələcəyə düşdüyü təəssüratı yaranır. Bu muzeyə baş çəkərək isə özünü başqa planetdəki film personajı kimi hiss edirsən.

5. Saqano bambuk meşəsi. Kiotonun mərkəzində əsl oazis! Burada hündürlüyü 40 metrə çatan bambuk ağacları yerləşir. Böyük xiyabanların ətrafında gəzərkən səma demək olar ki, görünmür.

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.