Daxil olQeydiyyat

TƏKRAROLUNMAZ VENESİYA

İYUL 15, 2019 0 dəq. oxu
TƏKRAROLUNMAZ VENESİYA

Dünyanın ən qeyri-adi və gözəl şəhərlərindən biri. 
Təkrarolunmaz Venesiyanın görməli 6 yerini təqdim edirik:

  1. Müqəddəs Mark meydanı. Venesiyanın ürəyi. Dənizə açılan möhtəşəm meydan Pyatsetta və Pyatsa hissələrinə bölünür. 
    2. Müqəddəs Mark kafedralı. Tarixin bir çox izlərini öz xəzinəsində saxlayan kafedral, Bizans, Roma və təbii ki, Venesiya memarlıq elementlərini özündə birləşdirir.
    3. Kampanila. Venesiyanın ən yüksək tikilisi. Burada müşahidə meydançası ilə şəhərə başgicəlləndirici mənzərə açılır.
    4. Dojlar sarayı. Qüdrətli Venesiya Respublikasının tarixinin yarandığı yer. Bu şedevrdə qotik, renessans və mavritan üslubu qarışıb. 
    5. Santa Mariya della Salüte kilsəsi. Venesiyanın çox tanınan simvollarından biri. Qrand-kanal ilə Müqəddəs Mark meydanına yaxınlaşarkən ilk olaraq bu kilsə bütün diqqətləri cəlb edir. 
    6. Rialto körpüsü. Uzun müddət Qrand-kanalın üzərində yerləşən yeganə körpü. Venesiyada bir dəfə olmayanlara belə bu keçidin profili ilk baxışdan tanış gəlir.

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.