Daxil olQeydiyyat

DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

SENTYABR 2019, 12 233 Nərmin Aydınqızı
DÜNYANIN ƏN DADLI PİZZALARI VERİLƏN 5 RESTORAN

Pizza bu gün ən çox sevilən yeməklərdən biridir və hamıya məlumdur. Pizzaların bir çox variantı mövcuddur. Zaman keçdikcə istər pizzanın xəmirində, istərsə də onun üzərində olan inqridentlərdə bir çox dəyişikliklər edildi və yeni dadlar əlavə olundu. Necə deyərlər, indi üzərində 16 və hətta daha çox təam olan zəngin qarışıq pizzalar tapmaq mümkündür. Ancaq sual yaranır, ən yaxşı pizza harada tapılır? Həqiqətən bir pizza sevənisinizsə və qida sevginiz üçün uzun müddət səyahət etməyə hazırsınızsa, burada dünyanın ən yaxşı pizza yerlərini sizin üçün siyahıya almışıq! Gəlin, siyahı ilə tanış olun. Növbəti dəfə pizza yemək üçün uzun bir səfərə çıxmaq eşqinə düşsəniz, bu siyahı sizə bir xeyli kömək edəcək!

1.Pizzeria Gino Sorbillo – Neapol

Dünyadakı ən yaxşı Pizza restoranları haqqında danışırıqsa, onda başlamaq üçün ən yaxşı yol Pizzanın vətənidir, yəni İtaliya. Ən böyük pizza restoranları şəbəkəsi məhz İtaliyada yerləşir. İtaliyanın cənubunda yerləşən Neapol şəhəri isə, öz pizzası ilə bütün dünyada məşhurdur. Şəhər ən ləziz pastaların evi hesab olunur və şəhərdə ən yaxşı pizza restoranını seçmək ən çətin işlərdən biridir. Ancaq “Piazeria Gino Sorbillo”, Via dei Tribunali'nin köhnə tarixi küçəsində, ən görkəmli tikililərdən birində yerləşir. Heç bir cümlə Gino Sorbillo pizzasının nə qədər ləzzətli olduğunu əsaslandıra bilməz!Turistlik məkan kimi əvəzolunmaz olan Neapol şəhəri pizzalarının dadına görə bu göstəricilərini birə beş artırıb desək yerinə düşər.  Burada hər gün ən təzə inqridentlərdən istifadə olunaraq bir-birindən ləziz pizzalar hazırlanır. Sadəcə, bura erkən gəlməli və ya dünyanın ən yaxşı pizzalarına sahib olmaq üçün ən uzun ərzaq növbələrindən birinə dayanmağı gözə almalısınız. Çünki bu restoranın müştərisi kifayət qədər çoxdur. Restoran Google Reytinqində: 4.5/5 və TripAdvisor-da: 4.5/5 xalla qiymətləndirilib.

2.Pizzeria Mozza – Los Angeles

“Pizzeria Mozza”-nın pizza ustaları yemək bişirməyin bir sənət olduğunu deyirlər və buna görə də pizza hazırlayırlar. Özü də elə hazırlayırlar ki, dünyanın ən dadlı pizza restoranları siyahısında 2-ci pillədə yerləşməyə hünərləri çatır. Los-Ancelesdəki “Pizzeria Mozza”-da heç də italiyan pizzalarından geri qalmayan 70-dən çox çeşiddə pizza hazırlanır. Buranın incə xəmirli pizzalarına çatan yoxdur deyə bilərik. Burada tez otura bilmək üçün rezervasiya etmək mütləqdi. Çünki restoranda bir an olsun boş masa tapmaq imkansızdır. Siz burada qarnınızı doyurduqdan sonra bol-bol səmərəli vaxt keçirə, əylənə bilərsiniz. Belə ki, restoranın qonşuluğunda bunun üçün bir-birindən maraqlı, gəzməli və görməli yerlər var. Pizzeria Mozza Google Reytinqdə 4.5/5 xal, TripAdvisor-da isə 4/5 xalla qiymətləndirilib.

3.La Gatta Mangiona – Roma

Əgər Romadakı ən yaxşı tərəvəzli pizzaları axtarırsınızsa, Monteverde-yə taksi sifariş edin və “La Gatta Mangiona”-ya gedin, yeyin. La Gatta Mangiona'nın aşpazı Giancarlo Casa, pizzalara olduqca həvəslidir və xəmiri ədviyyatlarla sınaqdan keçirməyi sevir. Onların pizzalaına əvəzolunmaz dadı verən də məhz budur! Lakin siz bu təcrübələrin tərəfdarı deyilsinizsə, narahat olmayın, çünki La Gatta Mangiona'nın ənənəvi ləzzətləri və bir neçə qeyri-adi dadları da var. Burada hətta bahar zamanı ziyarət edərkən yeməli çiçəklərin toplanmasına rast gəlmək olar. Beləliklə, iyun ayında Romaya səfər edəcəksinizsə, La Gatta Mangiona'dan maraqlı bir pizza seçin. Həm də burada məhsullar bol-bol istifadə olunur və ağızda əriyən mozarella pendirinin dadı damaqlarda qalır. Menyuda bir çox yerdə rastlamadığınız şeyklər və içkilər də mövcuddur. Uzun sözün qısası, La Gatta Mangiona fərqli təamlar dadmağı sevənlərin əvəzolunmaz məkanıdır! Məkanımız Google Reytinqdə 4.1/5 xal, TripAvisor-da 4/5 xalla digər restoranlardan heç də geridə qalmır.

4.Paulie Gee’s – Nyu York

New Yorkda yaxşı bir dilim pizza axtarırsınızsa, onda “Paulie Gee”-nin Bruklindəki yerinə getməlisiniz. Adını və zövqünü illər boyu qoruyub saxlaması, müştərilərinə nostalji zolağında gəzmək kimi gəlir desək yeridir. Bu restoranın o qədər geniş bir tarixçəsi var ki, hətta gələn müştərilər bura uşaq ikən gəldiklərini, indi isə öz uşaqlarını gətirdiklərini söyləyirlər. Paulie Gee-də yaradıcılıq, yenilik ilə birlikdə keyfiyyət də var. Vegan pizzalar axtaranlar üçün burada Brooklyn pizzası da hazırlanmaqdadır. Beləliklə, hələ nə düşünürsünüz? Özünüzə sənətkarlıq pivəsi sifariş verin və Nyu-Yorkdakı ən yaxşı pizza restoranlarından birində bir dilim pizza yeyin! Bu Amerikada yediyiniz ən dadlı dilim olmuş olacaq! Paulie Gee restoranı Google Reytinqdə 4.6/5 xalla, TripAdvisor platformasında isə 4.5/5 xalla qiymətləndirilmişdir.

5.Luigi’s Italian Pizzeria & Pasta Bar – Grand Baie

Luiji'nin “Grand Baie”-dəki İtaliyan Pizzaları və Pastaları sizlərin damaq dadına birə-bir uyğun olacaq. Burada istənilən ölçüdə, istənilən məhsullarla hazırlanmış pizza tapmaq mümkündür. Hətta veqanlar üçün hazırlanmış növbənöv pizzaları gördükdə təəccübünüzü gizlədə bilməyəcəksiniz. Bu restoran İtalyanlar tərəfindən idarə olunur və Mavritaniyanın şimalındakı ən məşhur restoranlardan biridir. Bu ailəyə məxsus italyan restoranı odun sobası pizzaları və makaronlarının orijinallığı ilə seçilir və daimi müştərilərilə yanaşı, turistlərə də keyfiyyətli xidmət göstərir. Burada bişirilən və ustalıqla hazırlanan odun sobası pizzaları öz dadı ilə istənilən restoranı geridə qoyur. Mavritaniyada bir bal ayı planlaşdırırsınızsa və həyat yoldaşınız pizza pərəstişkarıdırsa, onu burada romantik bir pizza tarixi ilə təəccübləndirin. Restoran Google Reytinqdə 4.4/5, TripAdvisor-da isə 4/5 xalla qiymət alıb.

 

Müəllif: Nərmin Aydınqızı

Bu bloqları da oxuya bilərsiniz:

PİZZANIN YARANMA TARİXÇƏSİ

SUŞİNİN TARİXİ