Daxil olQeydiyyat

OKSFORDDA UÇAN AKULA

İYUL 25, 2018 1 dəq. oxu
OKSFORDDA UÇAN AKULA

“Akula” 9 Avqust 1986-cı ildə Oksford şəhərinin “New High” küçəsindəki bir evin damına enəndən bəri bu ev Hedinqtonun (Headington), eləcə də dünyanın ən əsrarəngiz məkanına çevrilib.

Başsız akula ilə bu qeyri-adi ev dünyanın maraq dairəsinin mərkəzinə çevrilib. Belə ki, başsız heykəl 1945-ci ildə Naqasakiyə atılan atom bombasının 41-ci il dönümü münasibəti ilə, 1986-cı ildə Çernobıla atılan atom bombasından bir neçə həftə sonra, heykəltəraş Con Bukli (John Buckley) tərəfindən hazırlanıb. Buckli Başsız Akulanı şüşə lifdən hazırlayıb. Çəkisi 200 kq-a , uzunluğu isə 7.5 metrə çatır.

Jurnalistlər bu ev və Akula haqqında məqalə yazarkən, evin sahibi olan Bil Hayn (Bill Heine) jurnalistlərə bunları deyib:

“Akulanın evin damında yaratdığı dəlik Naqasaki və Çernobıldakı insanların çarəsizliyinin və gücsüzlüyünün təsviridir”.

Heykəl bir neçə dəfə bələdiyyə tərəfindən insanlar üçün təhlükəli olduğuna görə sökülmək istənsə də, mühəndislər tərəfindən yenidən bərpa edilmiş və təhlükəsizliyi təmin olunmuşdu. Ancaq Oksford Şəhər Şurası buraya müfəttiş göndərərək məsələni dərindən araşdırmaq qərarına gəlib və araşdırdıqdan sonra heykəlin təhlükəli olduğuna qərar verib. Məsələ getdikcə böyüsə də, həmin ərazidə yaşayan insanlar başqa yerlərə köçürülüb və sonda Akula qalib gəlib.

1992-ci ildə Bernard Levin “The Times” jurnalında “Hedinqton Akulası” haqqında “Möhtəşəm Mübahisə” başlığı altında məqalə yazıb. 2014-cü ildə isə “Hedinqton Akulası” ən yaradıcı heykəllər siyahısında 24-cü yerdə qərarlaşıb.

Akulanı yaxından görmək istəyirsinizsə, siz Böyük Britaniya vizasını əldə etməlisiniz. Bunun üçün Pickvisa.com heyəti sizə yardımçı ola bilər.

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.