Daxil olQeydiyyat

QORXUSUZ LİVANLILAR

İYUN 10, 2019 1 dəq. oxu
QORXUSUZ LİVANLILAR

Yeddi dost dörd gün birlikdə Livanı gəzdik. Bəs bundan sonra bu ölkənin adını eşitdikdə ağlımda nə canlanacaq?

Livana gələnə kimi ölkə haqqında 3-4 fikir var idi. Ölkənin mətbəxi, klubları, Beyrutun kontrastlı bir şəhər olması və s.

Bir ölkəni, xalqı 10 illərlə çəkən müharibənin nə hala, xarakterə saldığını görmək üçün bura idealdır. 1-2 fakt deyim, fikrimi daha aydın çatdırmaq üçün:

- Düşünün Highwaydə 100 sürətlə gedirsiniz, çoxlu maşın var və  ana iki uşağı ilə asta-asta, gəzə-gəzə yolu keçir. Nə yerdə keçid zolağı var, nə anada maşın vurma qorxusu. Və bunun dəfələrlə, hərgün şahidi olursan.
- Motosiklet sürücülərinin 95%-ində kaska yoxdur. Hələ bir ailə gördük, kaskalar bir tərəfə, xanım bəyin arxasında oturub bir tərəfli, 1 əlində telefon, o biri ilə şərfini düzəldir. Şossedə! Azı 90-la gedən motosikletdə!

Nəticə birdir. Müharibənin içində, güllələrin altında illərcə yatan xalqın gözündə heçbir qorxu qalmayıb.

Livan Roma İmperiyası, Bizans, Ərəb Xilafəti, Sasanilər İmperiyası, Osmanlı, Fransa müstəmləkəçiliyi, Suriya işğalı görmüş bir ölkədir. Bu ölkədəki abidələr ilə ciddi bir tarix öyrənmək olar.

Kökləri Roma İmperiyasına, Bizansa söykənən kifayət qədər xristian ərəblər var. Ölkədə müsəlmanlar (süni, şiyə, druz, ismayili, ələvi) və xristianlar (əsasən yunan və erməni əsilli katolik və pravoslavlar) hazırda sülh içində yaşayır. Şəkildən də gördüyünüz kimi Beyrutun tam mərkəzində tarixi məscid və kilsə yan-yana və həyətləri bitişikdir.

Ölkədə ermənilər ciddi bir cəmiyyətdir. Wikipediada ölkənin din bölgüsündə onları ayrıca "Armenian Orthodoxes and Catholics" yazacaq qədər. Mərkəzi küçələrdə prospekt adı, ən adlı qızıl dükanlarını işlədəcək qədər. Beyrutda özlərinin ayrıca rayonu olacaq qədər.

Bəs azərbaycanlılar? Tanıyırlarmı? Təəssüf ki, çox az. Yalnız sözlərimizi, dilimizi türklərə oxşadıb, türk olduğumuzu düşünürlər.

 

 

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.