Daxil olQeydiyyat

BAHALI YENİ ZELANDİYA

OKTYABR 2018, 3 35

Cənub Şərq yarım kürəsinin ən cənub ölkəsindən - Yeni Zelandiyadan yəqinki hələ məqalə yazan olmayıb. Siftə. Bu ölkə mənə görə dünyanın təbiət baxımından ən gözəl ölkəsidir. İqlim, landşaft, relyef hər addım başı dəyişir.  Amma gəl ki qiymətlər... Gəlin lap əvvəldən başlayım...Bu ilin fevral ayında olan səyahətin marşrutu Bakı - Doha - Kuala Lumpur - Qızıl Sahil - Auklənd idi. Səyahət edəndə elə düşünmürdüm,  indi yazanda isə gözümə yaman uzun göründü.  Plan üzrə Auklənddən kampervan kirayələdik və üzü cənuba doğru hərəkətə başladıq. Bu arada deyim ki, Auklənd Yeni Zelandiyada gördüyüm tək darıxdırıcı şəhər idi. Qısası, "zapravkaya" girib yanılmıramsa 40 litr benzinə 100 USD məbləğinə yaxın pul verəndə fikirləşmirdimki təyyarə ilə uçmaq çox sərfəli olardı. Marketə girib əl atıb nəsə almaq istəyəndə birinci adamın əli yanır, sonra da "kaşeloku". Bizə görə qiymətlər bahadır, amma bütün bunlar orda həyatın səviyyəsinin çox yüksək olması ilə əlaqədardır. Gəzdiyim ölkələr arasında tək ölkədir ki, dəfələrlə getməyə razı olaram. Kamperlər üçün demək olar ki, hər yerdə düşərgələr var və bu düşərgələr əksərən çox gözəl yerlərdə olurlar. Biz əsasən ödənişsiz düşərgələrdən istifadə edirdik (kim istəsə WikiCamps New Zealand tətbiqetməsindən istifadə edə bilər). Bütün kamplarda pulsuz tualet və duş kabinaları (duş kabinaları bəzi yerlərdə pulludur) olur. Kampervanda olan tək problem sükanın sağda olması idi. Ümumiyyətlə ictimai nəqliyyatdan səyahət boyu demək olar ki istifadə etmədik (hava limanı - şəhər - hava limanı marşrutu istisna olmaqla).  Getməmişdən qabaq araşdırdığım qədəri ilə ictimai nəqliyyatdan 1 həftə istifadə etməyib pulu yığsan gedib özünə Almaniyadan təzə çeşka gətirərsən. Hər iki adada qiymətləri baha olsa da çox möhtəşəm qatar yolları var. Bizim səyahət cənub adasında "Böyük Sahil Yolu" (okean sahili möhtəşəm yol) keçməklə Kraysçörçdə (Christchurch) sonlandı. Adanın yarısını növbəti səfərə saxladıq.

Müəllif: Rasim Ağazadə