Daxil olQeydiyyat

PƏRDƏLƏRi AÇ, FUTBOLA BAXIRAM!

İYUL 2018, 27 36

Düşünün ki, öz mehmanxana otağınızdasınız. Futbola baxmaq istəyirsiniz və televizoru qoşmaq əvəzinə pərdələri açırsınız. Bəli, West Ham United hoteli məhz belə çılğın futbol azarkeşləri üçün əla məkandır.

 3 ulduzlu West Ham United hoteli sizə oyandığınızda birbaşa öz otağınızdan Upton Parkı (West Ham United komandasının oyunlarını keçirdiyi stadion) görmək şansı təklif edir. Dünyada pəncərəsindən belə gözəl və yaddaqalan atmosferi görə biləcəyiniz tək hotel buradır. Mehmanxananın yerləşməsi də nəqliyyatın sıx olmadığı, turistlərin gəzib görmək üçün üz tutduqları “London Docklands”ə, “Canary Wharf”a və “Excel Exhibition Center”ə rahat gedə biləcəyiniz bir yerdədir. 3 ulduzlu West Ham United hoteli sizə oyandığınızda birbaşa öz otağınızdan Upton Parkı (West Ham United komandasının oyunlarını keçirdiyi stadion) görmək şansı təklif edir. Dünyada pəncərəsindən belə gözəl və yaddaqalan atmosferi görə biləcəyiniz tək hotel buradır. Mehmanxananın yerləşməsi də nəqliyyatın sıx olmadığı, turistlərin gəzib görmək üçün üz tutduqları “London Docklands”ə, “Canary Wharf”a və “Excel Exhibition Center”ə rahat gedə biləcəyiniz bir yerdədir. 

Futbol həvəskarısınızsa bu hoteldə gecəsi 100-180$ intervalında, meydanı yaxından və möhtəşəm bucaqdan rahat şəkildə izləyə bilərsiniz.

Hotel evlənmək istəyən cütlüklərin “love story”lərini daha da rəngarəng etmək məqsədilə ev sahibi olan komandanın soyunub-geyinmə otağında hər bir şəraiti yaradıb. Cütlər stadionun hər yerində şəkil çəkdirə bilir və evlilik mərasimləri üçün ayrılan zallarda məclislərini keçirə bilirlər. Daha çox West Ham United azerkeşi olan cütlüklərin üz tutduğu məkanın qiymətləri rəhbərliklə danışıqlardan sonra qərarlaşdırılır.

Əgər Londona üz tutacaqsınızsa və hələ də qalmaq üçün yer rezervasiya etməmisinizsə, West Ham United hoteli sizin istirahətiniz üçün fərqli məkan ola bilər. Bu məkana səyahət etmək üçün sizdən Böyük Britaniya vizası əldə etmək tələb olunur. Sənədləşmə prosesi üçün Pickvisa.com hər zaman yanınızdadır.

 Müəllif: Alekber Kerbalayev