Daxil olQeydiyyat

Eləmə ay bala!

MART 2019, 28 20

 

Cənub-Şərqi Asiya

Hər hansı bir yerə səyahət edərkən sizə orada nələr etməli, haralara getməli olduğunuz barədə yüzlərlə məsləhət verilə bilər. Bəs nələri etməməliyik? Qəribə səslənsə də müxtəlif ölkələrdə hər il yüzlərlə turist məhz yerli adətləri, qayda-qanunları bilmədikləri üçün müxtəlif problemlər yaşayırlar. Belə problemlərlə qarşılaşmamaq üçün, “Eləmə ay bala!” rubrikamızın bu yazısında sizə Cənubi Şərqi Asiya ölkələrinə səyahət edərkən bilməli olduğunuz qadağaları təqdim edirik:

1.Kral ailəsi və monarxiya haqqında danışmayın. Monarxiya hakimiyyətinin mövcud olduğu Cənub-Şərqi Asiya ölkələrində kral ailəsi haqqında dediyiniz hər hansı bir fikir, həm oradakı insanlar tərəfindən aqressiya ilə qarşılana bilər həm də yüksək məbləğdə cərimələnə bilərsiniz.

2 “Tanrılara”a hörmətsizlik etməyin.  Cənub-Şərqi Asiyanın  hansı ölkəsində olursuzsa olun, insanların inanclarına qətiyyən hörmətsizlik və ya istehza etməyin.

  1. İnsanların başlarına toxunmamağa çalışın. Cənub-ŞərqiAsiyanın bir çox ölkəsində insanlar Buddizm dininə sitayiş edir və Buddistlər üçün insanın başı müqəddəs hesab olunur.      
  1. Kimisə barmaqla göstərməyin. Bu bir çox Asiyaölkələrindəbu hərəkət ədəbsizlik hesab olunur.
  1.  Müqəddəs məkanlara ayaqqabı ilə girməyin.Bu qayda ölkəmizdə olduğu kimi Cənub-Şərqi Asiya ölkələrində də ciddi hörmətsizlik hesab olunur.
  1. Çirkli geyimə gəzməyin.Xüsusilə məbədlərə və digər müqəddəs məkanlarda gedəcəksinizsə geyiminizin uyğun olmağına səy göstərin.
  1. Cənub-Şərqi Asiya kiminsə yemək çubuqları ilə göstərmək çox böyük ədəbsizlik hesab olunur.Bunlardan əlavə yeməyinizi bitirdikdən sonra çubuqları qabın üzərinə şaquli yox üfüqi istiqamətdə yerləşdirməyi də unutmayın.