Daxil olQeydiyyat

Təcrübələri birləşdirən Dəyər

APREL 10, 2020 1 dəq. oxu
Təcrübələri birləşdirən Dəyər

Hazırda qlobal vəziyyət hamıya bu və ya digər şəkildə təsir etmişdir. Turizm sahəsinə vurulan zərərdən günlərlə danışmaq olar. Hazırda isə hər kəsi bir sualın cavabı düşündürür: Böhrandan necə qalib çıxım?!

Sizə gəzdiklərimdəm, gördüklərimdən bir məsləhət.

Airbnb.com layihəsindən hamının xəbəri var. Yəni siz getdiyiniz ölkədə həmin platforma vasitəsilə qalmağa ev rezerv edə bilirsiniz. Ancaq platforma gördü ki, o, səyahəti zamanı evdə qalmaq istəməyən seqmenti itirir və ağıllı bir ideya ilə turizm bazarına bomba kimi gəldi. Airbnb Experiences adlı bölmə yaratdı və səyahətçilərlə yerli insanları birləşdirdi. Bu bölmə ölkələrdə yerli mədəniyyəti, insanları kəşf etmək istəyən mənim kimi səyahətçilərin lap ürəyindən oldu. Platforma hər kəsə istədiyi turu, təlimi, tədbiri, xidməti yerləşdirməyə imkan yaradır, səyahətçilər də öz istəklərinə, büdcələrinə uyğun aktivitini seçirlər. Yəni təsəvvür edin platformada “yerli ailə ilə şam yeməyi” təcrübəsi belə var. Əla deyil?! Həmin ölkənin mətbəxini, təamlarını, mədəniyyətini məhz yerlilərlə şam yeməyində öyrənmək şansını biz itirdik, aman aman siz itirməyin. Sinqapurda fotoqrafı da Airbnb Experience bölməsindən tapdıq. Fotosessiya təklif edən xidmətlərdən bizim büdcəmizə, vaxtımıza uyğun olanını rezerv etdik. Fotoqrafla həmin platforma vasitəsilə danışdıq, yer və saat təyin etdik. Fotosessiyadan sonra isə fotoqraf şəkilləri hansı platformadan yükləyə biləcəyimizi bildirdi (əsasən Airbnb platformanızdakı hesaba yüklənir, bəzi hallarda isə xidməti təklif edən başqa şirkətlər olur deyə onlar sizə digər platforma verir). Bizim seçdiyimiz xidmətə isə 81 şəkil təqdim olundu, onlardan 15-ni ödənişsiz yükləyə bildik. Əlavə 25 şəkil üçün 25 USD, bütün şəkillər üçün 50 USD ödəmək kimi variantlar da təklif olunur.

Bu karantin dövründə indidən gedəcəyiniz ölkəni və “təcrübəni” gözaltı edin. Sərhədlər açılan kimi hamının səyahətə qaçacağı bir dövrdə “təcrübəni” itirməyin.

Təəssüf ki platformanın “Experience” bölməsi hələ ki bir çox ölkələr üçün açıq deyil. Ancaq indidən hamı, hətta fotoqraflar belə, indiki boşluqdan yararlanıb platformada qeydiyyatdan keçib yaşadığı ölkənin hər guşəsində turistlərə milli, mədəniyyətə uyğun fotosessiya, tur, tədbir xidmətlərini yükləməklə bağlı istəklərini göndərə bilərlər. Platforma istəklərin çoxluğunu nəzərə alıb bəlkə həmin ölkəni də aktiv ölkələr siyahısına əlavə edər.

Daha gözəl, təhlükəsiz, əyləncəli dünyada görüşmək ümidilə.

 

AXTARIŞA DAVAM EDİN  – BU BLOQLARI OXUYA BİLƏRSİNİZ:

KAMPİNG? LÜKS YATAQ? BƏLKƏ QLAMPİNG?
ŞİMAL İŞIQLARINA BAXIN. LAPLANDİYAYA SƏYAHƏT
Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.