Daxil olQeydiyyat

AVATAR DİYARINA SƏYAHƏT

İYUL 27, 2018 1 dəq. oxu
AVATAR DİYARINA SƏYAHƏT

Hər birimiz baxdığımız filmlərdən hər necəsə təsirlənirik. Hətta bəzilərimiz filmlərdəki yerləri öz “must see” siyahımıza əlavə edirik. Avatar filminə baxandan sonra bir çoxları kimi mən də Pandoranı görməyi arzulayıram. Belə bir yerin həqiqətən mövcudluğundan bəlkə də çoxlarımızın xəbəri yoxdur. Hər tərəfdən qeyri-adi formalı dağlarla əhatə olunmuş bu yer Çinin Hunan əyalətində Zhangjiajie Milli parkında yerləşir. Əvvəllər “Southern Sky Column” (Cənubi Səma Sütunları”) adlandırılan bu dağların indi “Hallelujah” dağları adlandırılması məhz “Avatar” filmi ilə bağlıdır. Burada filmdəki kimi sizi zirvəyə qaldıracaq əfsanəvi quşlar olmasa da, asma şüşə körpülər və liftlər sizə əsl macəra yaşadacaq. 

Səyahət tək bununla bitmir. “Hallelujah” dağlarının mənzərəsindən zövq aldıqdan sonra siz 90-120 yuan (təxminən 14-18 USD) ödəniş etməklə Milli parkin ətrafında olan 15 km uzunluğunda və 150 m hündürlükdəki “Yellow Dragon” mağarasına, Baofeng Lake və Tianamen dağlarına olan turlara da qoşula bilərsiniz. Sentyabr və Oktyabr ayları səyahət üçün ən ideal aylardır. Zhangjiajie şəhərindən təxminən 40 dəqiqəlik məsafədə yerləşən Zhangjiajie Milli parkı hər gün 07:00 – 18:00-a kimi fəaliyyət göstərir. Parka daxil olmaq üçün siz 248 yuan (37 USD) ödəyərək bilet almalısınız və bu biletlə 3 gün ərzində parkı gəzə bilərsiniz. Parkın daxilində 3 kanat, Bailong Elevator, “Ten-Li Gallery” balaca qatar kimi attraksionlar biletə daxil deyil. Bu zaman siz kanatla gəzintiyə 65-118 yuan (10-18 USD), Bailong Elevator dağların zirvəsinə qalxmağa 72-112 yuan (11-17 USD), Ten-Li Gallery” balaca qatar 38-52 yuan (6-8 USD) əlavə ödəniş etməli olacaqsınız. Bu səyahət ərzində siz dağın ətəyində olan balaca restoranlarda yemək yeyə bilər, yaxud özünüzlə yemək götürüb meşədə piknik edə bilərsiniz.

Əgər siz də filmin çəkildiyi yerləri canlı olaraq görmək istəyirsinizsə, bu səyahət əsl sizin üçündür. Çin vizası ilə bağlı yardım üçün isə Pickvisa.com-a müraciət edə bilərsiniz.

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.