Daxil olQeydiyyat

GÜNƏŞDƏN QORXAN DİV

OKTYABR 11, 2018 1 dəq. oxu
GÜNƏŞDƏN QORXAN DİV

Div Dili (Trolltunqa), Norveçin Ordeland bölgəsində, Oddaya bağlı olan bir dağın qeyri-adi, görünüşə görə dili xatırladan qayasının adıdır. Bəs niyə Div Dili? Bunun cavabı Norveç əfsanələrinə əsaslanır. Belə ki, Norveçdə yaşayan Troll adlı əfsanəvi divlər burada yaşayıb. Norveçin simvollarından sayılan bu əfsanəvi varlığın adı ilə bağlı olaraq, bu qayanı “Trolltunqa”, yəni “Div Dili” adlandırıblar. Digər bir əfsanəyə görə isə bu yer “Günəşdən qorxan div dili” adlandırılır. Belə adlandırılmasının kökü də qədim rəvayətlərə dayanır. Belə ki, mağaralarda yaşayan divlər günəşin onlara ölüm gətirdiyinə inanırdı. Hətta nəhəng divlərdən biri o qədər axmaq olur ki, bu şayiəni yoxlamaq qərarına gəlir. O, səhər açılanda dilini mağaradan çölə çıxarır və İlahi nur bu cəsarətini qiymətləndirmir və onun dili həmin yerdə donub qalır.

Necə getmək olar?

Tranzit yolla getmək üçün ən asan yol Norveçin Berqen bölgəsindən Teysedala (Tyssedal), oradan da dar döngələrlə Trolltunga-ya gəlmək mümkündür. Yerimə məsafəsinin başladığı yerdə insanların maşınlarını saxlaması üçün günlük 30-35 AZN qarşılığında dayanacaq var.
Bundan başqa Berqen qatarı ilə Voss-a, oradan da Odd avtobuslarına minərək Teysedala gəlmək mümkündür, lakin bu 7 saata başa gəlir. Yəni, maşınla 3 saat olan məsafəni 7 saata çıxarmaq sizin öz əlinizdədir. Oradan da gəzintinin başladığı nöqtəyə isə ayrı ödənişli avtobuslarla gedilir. Ümumi xərc 2016-cı ilin qiymətlərinə əsasən 200 AZN təşkil edir.
Buradan Trolltunqaya olan məsafə də 11 km-dir. Bələdçi olmadan rahat şəkildə iləriləmək mümkündür. 11 km-lik məsafədə qayaların üstündə qırmızı rəngdə “T” işərələri var ki, bunları izləyərək Trolltunqaya çatmaq olur.
Hər an dağılma təhlükəsi ilə üz-üzə olan “Div Dili”-də dayanmaq xeyli riskli olsa da, bu Dil Divini “Div Dili” edən əsas nüanslardandır. Yəni xülasə etsək, Div yoxdur, amma əməlləri hələ də yaşayır.

 

 

 

Mətndə bir səhv gördünüzmü? Mətni seçin və klaviaturada Enter düyməsini basaraq bizə deyin.