Pickvisa'nın necə işlədiyini bilirsinizmi? İndi öyrənin
Rasim AğazadəRasim Ağazadə 01 İYUL 2019 587 views 1 dəq. oxu

Həyat dalğası axtarışında

587 views 1 dəq. oxu
uploads/wafe-of-life.jpg

İnsanlar həyatları boyu öz dalğasın axtarır. Bəzən hər şey həyatda yaxşı gedsa bela, mükəmməl olması üçün nəsə çatışmır. Kinolarda və real həyatda olan qəhrəmanlara baxıb onların yaşadığı həyatı yaşamaq və onların olduğu dalğada olmaq istəyir. Amma böyük əksəriyyət bu dalğaya heç vaxt düşə bilmir və heyatını sadəcə günlərə bölüb yaşamaqnan keçirir. Bəzən səbəb olaraq "niyə axı istədiyin həyatı yaşamırsan soruşanda" sənə maddi durumnan, heç dəxli olmayan mentalitetdən, qiraqdan filankəslərin neca baxacağınnan, başqa ölkələrdə olan insanların daha fərqli yaşadıqlarından və minlərlə müxtəlif bahənələr gətirərək yenada sadəcə bir dəfə verilən həyatı öz axarına buraxır. Dağlara getməyə başlayanda mənə çox adam ağlımın olmadığını deyirdi və getmə səbəblərimi soruşurdu. Çox vaxt buna cavab vermək olmur. Çünki sən qarşındakının anlamadığı bir şeya aydınlıq gətirmək istəyirsən. Bəli dağlarda qalmaq, soyuğa dözmək, bəzən iştahsızlıqdan yemək yeməmək, susuzluq, günlərlə çimməmək bəzi insanlar üçün bu çox uzaq görünür, amma məhz o aclıq, susuzluq sənin iradənin nəyə qadir olduğunu, hansı sərhədləri aşa biləcəyini göstərir. Bədəndən gələn iy anlamayan üçün tər iyi, bunun nə olduğunu başa düşən üçün əzmin iyidi. İndi Peruda gecadi və mən çox əziyyətli və eyni zamanda çox böyük həyat dərsi keçan Aconcaguada olan günlərin şəkillərinə baxıram. Bu haqda yalnız zirvə paylaşımı eləməyə vaxtımız çatmışdı. Paylaşdığım şəkillərə baxanda yəqinki, "niyə" sualını veranlar azacıq da olsa niyə bu qədər risk, niyə bu qədər əziyyətə qatlaşmaq səbəblərindən bəzilərini görüb, öz suallarına müəyyən mənada cavab tapacaqlar. Baxın, minlərlə səbəbdən biri məhz şəffaf horizontun arxasında batan və doğan günəşdi. Məndə günəşin batışına, doğuşuna illərnən pəncərədən baxdım, amma indi öz dalğamda oturub baxıram.

 

 

 

 

 

Paylaş

“Səyahətə başlamağın yaşı yoxdur” deyə düşünən Rasim, səyahətə gec yaşlarında (ilk səyahətini 2015 ci ildə, 29 yaşında reallaşdırıb) başlamağına baxmayaraq, 2020-ci il etibarı ilə 33 ölkədə 5 qitədə olmuşdur.

Eyni zamanda, həvəskar alpinistdir. Kilimancaro, Elbrus, Dəmavənd, Kostyuşka, Akonkaqua, La Malinçe, Orisaba, Şahdağ zirvələrində olmuşdur. Olduğu 33 ölkə siyahısından ən çox sevdiyi ölkə Yeni Zelandiya, ən çox sevdiyi şəhər kimi isə Peruda Kusko şəhərini göstərmək olar. Səyahətləri arasında ən yaddaqalanı, səyahət etmək o qədər də asan olmayan Karib dənizində yerləşən Kiçik Antil adalarına dəniz səyahətidir.

Onun üçün səyahət düzgün planlamadan başlayır. Səyahətlərinə ən az 1 il öncədən hazırlaşır. Bu platformada bölüşəcəyi məqalələrlə hər kəsə planlamada, görüləcək yerlərin düzgün seçilməsində, bir çox regionlar haqqında yaranan yanlış stereotiplərin (Latın və Cənubi Amerika, Afrika) aradan qalxması üçün yardımçı olmağı hədəfləyir.

Bütün bloqlar