Gülər Ağayeva

Səyahətçidir. 2020-ci il etibarı ilə 6 qitədə 42 ölkəni kəşf edib. Dünyanın “Yeni 7 möcüzə siyahısı”ndan Meksikada yerləşən “Çiçen İtsa” piramidalarını, Peruda yerləşən Maçu Pikçunu görüb; Cənubi Afrikada yerləşən dünyanın ən hündür “bungee” körpüsü “Bloukrans” körpüsündən (216 metr) tullanıb; Hər qitənin ən yüksək zirvələrini özündə birləşdirən “7 Summits” qrupundan Avstraliyada yerləşən Kostyuşka (2228 m) zirvəsinə qalxıb; Ən gözəl təbii möcüzələrdən biri sayılan İquazu şəlaləsində (Argentina tərəfdən) islanıb; Ən hündür göl sayılan Titikaka gölündə (Peru və Boliviya sahilləri, 3810 m) “Uros Üzən Ada”nın sakinləri ilə tanış olub; Ən böyük duz gölü sayılan, Boliviyada yerləşən “Uyuni” gölündə isə əsrarəngiz gün batımını izləyib; Hal-hazırda macəra dolu səyahətlər planlamağa davam edir.Yazdığım  bloqlar

Sizin səyahət haqqında məqalələrinizi/bloqlarınızı veb saytımızda görməyə şad olardıq! Sizə də bizimlə əməkdaşlıq maraqlıdırsa, bizimlə info@pickvisa.com elektron ünvanı ilə əlaqə saxlayın.