Mətanət Qasımzadə

Səyahət blogeri
Salam, mən Mətanət.Fizikadan fotoqraflığa, oradan da blog yazarlığına keçərək hobbilərini işə çevirən vəarzularının arxasınca gedən biriyəm.1988-ci ilin dekabr ayında Bakıda dünyaya gəlmişəm. Azərbaycan Dövlət PedoqojiUniversitetinin Fizika fakültəsini bitirsəm də 1 illik müəlliməlik təcrübəmdən sonra bu işinmənə uyğun olmadığını anladım.2011-ci ildən Qasımzadə familiyasına keçməklə həyatımda yeni bir dövr başladı. Bu həm dəmənim üçün İstanbul dövrü idi. İstanbulda yaşadığım müddətdə proqramlaşdırmaşirkətlərindən birində Assistant Manager olaraq işlədim və eyni zamanda Nihat KaradağFotograf Atölyesində fotoqraf kursunu bitirdim. 2014-cü ildə Bakıya qayıtdıq və orada 3 ilfotoqraf olaraq işlədim.2017-ci ildə İspaniyaya köçdükdən sonra həyatımın aktiv səyahətçi olmaq dövrü başladı.Tapdığım hər fürsətdə yeni ölkələr, yeni şəhərlər görməyə can atırdım. Gəzdiyim yerlərinşəkillərini çəkdikcə, hər şəkilin hekayəsini yazmaq istəyirdim. Sadəcə baxıb görmək deyil,eyni zamanda o çəkdiyim anı hiss etdirmək istəyirdim. Bunun da ən gözəl yolu yazmaq idi.Hekayələrimi, səyahət təcrübələrimi paylaşmaq üçün Gasimzades blogumu yaratdım.Gəzmək, yeni bir şeylər öyrənmək və bunları insanlarla paylaşmaq artıq mənim üçün zövqlübir işə çevrilmişdi. Bu zövqlü işi akademik səviyyədə öyrənib tətbiq etmək istədim vəNorthwestern Universitetinin Social Media Marketing sahəsi üzrə online dərslərini aldım.Artıq bu yazılarımı pickvisa blogu ilə sizlərlə paylaşacağam.Hazırda ailəmlə birlikdə Madriddə yaşayıram. Xəyallarımın arxasınca hələ haralaragedəcəyəm bilmirəm, amma gəzməyin, öyrənməyin, özünü inkişaf etdirməyin mənim üçünyaşı yoxdur. Odur ki, xəyallarınıza qanad verin dünyanı birlikdə kəşf edək.Yazdığım  bloqlar

Sizin səyahət haqqında məqalələrinizi/bloqlarınızı veb saytımızda görməyə şad olardıq! Sizə də bizimlə əməkdaşlıq maraqlıdırsa, bizimlə info@pickvisa.com elektron ünvanı ilə əlaqə saxlayın.