Nərmin Aydınqızı

Scorpion
Mən, Məmmədova Nərmin Aydın qızı, 1998-ci ilin payızında Almaniyanın paytaxtı – Berlində dünyaya göz açmışam. Əqrəb bürcünün bütün özəlliklərini artıqlaması ilə daşıyıram. Hazırda tələbəyəm. BDU-nun Jurnalistika fakültəsində, ingilis bölməsində təhsil alıram. İxtisasımı sevirəm və gələcəkdə də bu sahədə işləməyi planlayıram. İş demişkən, elə indi də bir çox televiziya kanallarında praktikalarda olur, saytlarla əməkdaşlıq edərək məqalə və xəbərlər dərc edirəm. Hətta redaktor kimi də fəaliyyət göstərmişəm. Musiqi dinləməyi, yeni məkanlar kəşf etməyi, foto çəkməyi, araşdırmalar edib yazı yazmağı və səyahət etməyi çox sevirəm. Materikdəki ölkələrin yarısını gəzib görmüşəm, gələcəkdəki məqsədlərimdən biri də görmədiyim ölkələrə səyahət etməkdir. Bu arada, mən pişikləri də hədsiz dərəcədə çox sevirəm. Hazırda 2 yaşında çox sevimli bir dişi pişik sahibiyəm.Yazdığım  bloqlar

Sizin səyahət haqqında məqalələrinizi/bloqlarınızı veb saytımızda görməyə şad olardıq! Sizə də bizimlə əməkdaşlıq maraqlıdırsa, bizimlə info@pickvisa.com elektron ünvanı ilə əlaqə saxlayın.