Suallarınız var? Buranı yoxlayın!

Pickvisa Nədir?

Pickvisa.com istənilən ölkə vətəndaşı üçün dünyanın istənilən ölkəsinə səyahət, təhsil və biznes səfər vizalarının alınmasına xidmət göstərən onlayn platformadır.

Pickvisa Mənim Əvəzimə Nə Edir?

Pickvisa viza almaq üçün müraciətçilərin əvəzinə bütün viza prosedurunu həyata keçirir. Biz sizdən tələb olunan məlumatları və başlıca sənədləri toplayırıq, sonra isə viza müraciəti prosedurunu sizin yerinizə həyata keçiririk. Bizim xidmətə individual viza konsultasiyası, ərizə formanızın doldurulması, uçuş biletlərinin rezervasiyası, otellərinizin bronu, bütün viza sənədlərinizin nəzərdən keçirilməsi və yoxlanılması, viza prosedurunuzun izlənilməsi və s. daxildir. Biz, həmçinin sizə viza müraciətinizdən asılı olaraq əlavə xidmətlər də təklif edirik.

Niyə Pickvisanı Seçməliyəm?

Viza müraciəti prosedurları qarışıq, vaxt aparandır və detallı izlənilmə və iştirak tələb edir. Bizim komandamız müştərilərimizə viza əldə etmək üçün hər şeyi edir və onların prosedurdakı iştirakını minimuma endirir. Saytımızın istifadəçi dostu interfeysi, viza məsələlərində tam ixtisaslaşması, geniş məlumat bazası, dünyanın istənilən ölkəsinə viza tələbləri haqqında bütün məlumarların mövcudluğu Pickvisa.com-u xidmət sahəsində unikal edir. Siz bizim yardım servisimizlə istənilən vaxt əlaqə saxlaya bilərsiniz. Bütün məlumatlarınız bizimlə güvəndədir!

Pickvisa ilə Viza Müraciəti Mərkəzləri Arasındakı Fərq Nədir?

Viza Müraciəti Mərkəzləri təmsil etdikləri ölkə ilə rəsmi kontrakta sahib olan özəl şirkətlərdir, Pickvisa isə istənilən ölkə vətəndaşı üçün dünyanın istənilən ölkəsinə səyahət, təhsil və biznes səfər vizalarının alınmasına xidmət göstərən özəl şirkətdir. Təməl olaraq, Pickvisa sizin səfirliyə və ya Viza Müraciəti Mərkəzinə viza müraciətiniz üçün bütün sənədlərinizi hazırlayır. Viza Müraciəti Mərkəzlərinin əsas işi müraciətçilərin sənədlərini təhlükəsiz şəkildə viza ofisləri, səfirliklər və konsulluqlar kimi rəsmi viza orqanlarına göndərməkdir.

Hansı Ölkələrə Viza Dəstəyi Xidməti Göstərirsiniz?

Pickvisa müəyyən viza proseduruna sahib olan dünyanın bütün ölkələrinə viza dəstəyi xidməti göstərir.

Hansı Ölkə Vətəndaşları üçün Viza Dəstəyi Xidməti Göstərirsiniz?

Pickvisa viza müraciətinə uyğun olan istənilən ölkə vətəndaşlarına viza dəstəyi xidməti göstərir.

Hansı Viza Növləri üçün Viza Dəstəyi Xidmətiniz Mövcuddur?

Pickvisa sizin səyahət edəcəyiniz ölkə və viza uyğunluğunuzdan asılı olaraq e-vizalar, ənənəvi vizalar, Elektronik Səyahət İcazələri, sərhəddə viza üçün təsdiq məktubları, turist kartları və s. kimi bütün viza növləri ilə bağlı xidmət göstərir.

Biz həmçinin, bütün ölkələr üçün turizm, işgüzar səfər, iş, təhsil vizaları üçün viza dəstəyi xidməti də təklif edirik.

Sərhəddə Viza üçün Pickvisa Hansı Xidməti Göstərir?

Pickvisa viza dəstəyi xidmətinə sərhəddə viza üçün qabaqcadan rəsmi təsdiq məktubunun alınması və ya qeydiyyatdan keçilməsi daxildir. Biz sizə hər zaman sərhəddə viza ala bilməyiniz üçün qabaqcadan təsdiq məktubu alaraq ölkəyə daxil ola bilməyiniz üçün tələb olunan kriteriyalara uyğunluğunuzu təsdiqləməyinizi məsləhət görürük.

Pickvisa Xidmət Haqqısı Nə Qədərdir?

Pickvisa xidmət haqqısı səyahət etmək istədiyiniz ölkədən, viza növündən və viza prosedurundan asılı olraq dəyişir. Viza müraciətinizə uyğun olaraq bizim xidmət haqqını öyrənmək üçün əsas səhifəyə klikləyib, vətəndaşlığınızı, rezident ölkənizi, səyahət məqsədnizi və səyahət edəcəyiniz ölkəni qeyd edə bilərsiniz.

Pickvisa Xidmət Haqqısını Necə Ödəyə Bilərəm?

Biz Viza/Master kartlarını və Paypal ödənişlərini qəbul edirik. Həmçinin, siz bizim xidmət haqqını ofislərimizdə də nağd olaraq ödəyə bilərsiniz.

Ödənişim üçün Qəbz Alacağammı?

Bəli. Siz viza müraciətiniz üçün onlayn ödəniş etdikdən sonra ödəniş qəbziniz avtomatik olaraq ərizədə qeyd etdiyiniz email ünvanınıza göndəriləcək.

Müraciətçilərinizə Viza Alınmasına Qarantiya Verirsinizmi?

Viza ilə bağlı son qərarın tamamilə viza verən qurumlardan asılı olması və bizim onların üzərində hər hansısa bir təsirimizin olmaması səbəbilə vizanın alınmasına zəmanət verə bilmərik. Lakin sizin məmnuniyyətiniz üçün hər şeyi edəcəyimizdən əmin ola bilərsiniz!

Pickvisa Ofisləri Harada Yerləşir?

Dubay ofisimiz Jumeirah Lakes Towers, Fortune Tower, 13-cü mərtəbə, 1303-cü otaqda yerləşir.

Bakı ofisimiz Səməd Vurğun küçəsi 43, World Business Centre, 20-ci mərtəbədə yerləşir.

Əlavə məlumat üçün saytımızın “Əlaqə” bölməsini yoxlaya bilərsiniz.

Viza Dəstəyi Xidmətiniz üçün Proses Müddətiniz Nə Qədərdir?

Pickvisa xidmət haqqısı səyahət etmək istədiyiniz ölkədən, viza növündən və viza prosedurundan asılı olraq dəyişir. Viza müraciətinizə uyğun olaraq bizim xidmət haqqını öyrənmək üçün buraya klikləyib, vətəndaşlığınızı, rezident ölkənizi, səyahət məqsədnizi və səyahət edəcəyiniz ölkəni qeyd edə bilərsiniz.

Sizə Bildirdiyim Şəxsi Məlumatlarımda Səhvə Yol Vermişəm, Bunu Düzəldə Bilərəmmi?

Bəzi viza qurumları dəyişikliklərə icazə verirlər, ancaq hər zaman yanlış məlumatı vizaya müraciət etmədən öncə düzəltməyiniz vacibdir. Xahiş edirik, səhvinizi aşkar edən kimi bunu bizimlə bölüşün.

Kredit Kartı Məlumatlarımın Təhlükəsizliyindən Necə Əmin Ola Bilərəm?

Kart məlumatlarınız bizimlə tam təhlükəsizlikdədir! Sistemimiz ödənişiniz təsdiq olunduqdan sonra avtomatik olaraq kart detallarınızı özündən silir.

Şəxsi Məlumatlarımızı Hansısa Hökumət Orqanı ilə Bölüşürsünüzmü?

Xeyr. Biz sizin məlumatlarınızı sizin icazəniz olmadan kiməsə göndərmir və ya kimləsə bölüşmürük. Sizin şəxsi məlumatlarınız yalnızca viza müraciətiniz üçün viza verən qurumlarla bölüşülür.

Viza Dəstəyi Göstərdiyiniz Ölkələrin Hökumətləri ilə Birbaşa Əlaqələriniz Varmı?

Xeyr. Pickvisa özəl bir şirkətdir və ölkələrin hökumətləri ilə birbaşa əlaqəmiz və ya onlar üzərində hər hansı bir təsirimiz yoxdur.

Öz Sifarişimi Necə Yerləşdirə Bilərəm?

Siz sifarişinizi bizim saytımızdan və ya viza mütəxəssislərimizlə əlaqəyə keçərək yerləşdirə bilərsiniz. Əgər sifarişinizi saytımızda yerləşdirmək istəyirsinizsə, xahiş edirik, ilk öncə viza istəyinizə uyğun olan viza tələblərini saytımızın ana səhifəsindən yoxlayın. Sonrakı səhifədə isə şəxsi məlumatlarınızı doldurduqdan sonra “vizaya müraciət edin” düyməsini sıxın. Son addımda isə əgər hələ də yoxunuzdursa, saytımızda özünüzə yeni bir hesab açın və ödəniş metodunuzu seçib, ödəniş detallarınızı doldurduqdan sonra sifarişinizi yerləşdirin.

Komandanızla Necə Əlaqəyə Keçə Bilərəm?

Siz bizim komandamızla email ([email protected]; [email protected]) və ya zəng (+971 50 505 8065; +971 4 876 9245; +994 50 299 9424) vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Saytınızda Necə Hesab Yarada Bilərəm?

Saytımızda hesab yaratmaq üçün buraya klikləyə bilərsiniz.

Saytınızdakı Xəbərlərə Necə Abunə Ola Bilərəm?

Saytımızdakı xəbərlər və bloqlardan davamlı məlumat əldə etmək üçün bu səhifənin aşağısında yerləşən “abunə olun” düyməsinə klikləyə bilərsiniz.

Abunə Olduqda Mənə Hansı Məlumatları Göndərəcəksiniz?

Əgər saytımıza abunə olsanız, biz sizə yeni məqalələr və vizalar, səyahətlə bağlı yeniliklər haqqında məlumatlar göndərəcəyik.