Qayda və Şərtlər

Hörmətli Müraciətçi,

Pickvisa.com-a müraciət etdiyiniz üçün təşəkkür edirik.

Pickvisa.com xidmətlərindən istifadəni seçməklə və ödəniş etməklə, siz doldurduğunuz məlumatların düzgünlüyünə zamin durur və bu informasiyaların viza sənədlərinin hazırlanmasında bizim tərəfimizdən istifadə olunmasına razılıq verirsiniz. Pickvisa.com sizin tərəfinizdən təqdim olunmuş informasiyaların doğruluğu ilə bağlı heç bir cavabdehlik daşımır.

Pickvisa.com heç bir viza müraciətçisinə vizanın alınması ilə bağlı 100% zəmanət vermir, bu, tam olaraq şirkətimizdən asılı olan bir proses deyil. Şirkət bu sahədə olan təcrübəsinə əsaslanaraq sizin sənədlərinizi müraciət olunan Səfirlik və ya Konsulluğun tələblərinə uyğun olaraq mükəmməl şəkildə hazırlanıb təqdim edilməsinə çalışır. Vizanın nəticələri daha çox sizin təmin etdiyiniz məlumatlardan və Səfirlik/Konsulluğun təhlilindən asılıdır.

Eyni zamanda Siz, bu şərtləri qəbul etməklə təsdiqləyirsiniz ki, gedəcəyiniz ölkənin qanun və tələblərinə tabe olacaq, yalnız vizanın icazə verdiyi müddət ərzində, viza növünün icazə verdiyi fəaliyyətlərlə məşğul olacaqsınız. Bu qaydaları pozacağınız təqdirdə bununla bağlı birbaşa cavabdehliyi Siz daşıyırsınız. Pickvisa.com şirkəti və sənədlərin hazırlanmasında bizimlə əməkdaşlıq edən digər tərəfdaş şirkətlər sizin qayda və qanunları pozmağınızla bağlı heç bir halda cavabdehlik daşımır.

Ödənişin geri qaytarılma şərtləri:

Saytımızda qeyd olunan qiymətlər məzənnə fərqi, müraciət mərkəzləri, səfirliklər və konsulluqların tələblərindən asılı olaraq öncədən xəbər verilmədən dəyişə bilər. Bütün hallarda müraciətçi ödəniş prosesində son məbləği görür və ödəyir.

Müraciətçi  ödəniş etmədən öncə bütün qayda və şərtləri oxuduğunu və qəbul etdiyini təsdiq edir.

Geri ödəniş aşağıdakı hallarda həyata keçiriləcək (bura yalnız Pickvisa.com-un xidmət rüsumu daxildir):

  1. Müraciətçi saytımız vasitəsi ilə etdiyi ödənişin yanlış olduğunun fərqinə 24 saat ərzində vararsa və əgər xidmətə başlanılmayıbsa, Pickvisa.com xidmət rüsumu (ƏDV və 15 AZN xidmət haqqı istisna olmaqla) geri ödəniləcəkdir. Müraciətçi bu halı sifarişin yerləşdirildiyi vaxtdan 24 saat ərzində elektron poçtumuza yazıb rəsmi şəkildə bildirməlidir.
  2. Pickvisa.com əməkdaşları tərəfindən sənədlər və ödəniş təhvil alındığı vaxtdan 24 saat keçibsə, ƏDV istisna olmaqla, xidmət haqqının 50%-i geri qaytarılır. Ödəniş geri qaytarılması imtina günündən növbəti 2 gün ərzində (sifarişin yerləşdirildiyi müddətdən 3 gün) mümkündür.
  3. Sənədlərin və ödənişin təhvil alındığı müddətdən 3 gün keçərsə, heç bir geri ödəniş tətbiq olunmur. Belə hallarda Pickvisa.com əməkdaşları ödənişi gələcəkdə ediləcək sifarişlərə görə öncədən ödəniş kimi qəbul edə bilər. Öncədən ödəniş kimi qəbul edilmə başqa agentliklər tərəfindən edilmiş sifarişlərə, yaxud səfirlik, viza müraciət mərkəzi və konsulluğun rüsumlarına şamil olunmur.
  4. Əgər müraciətçi sənədlərinin Pickvisa şirkəti tərəfindən təsdiq edilməsindən və lazımi viza rüsumlarının səlahiyyətli orqanlara ödənilməsindən öncə viza müraciətini ləğv edərsə, bu zaman müraciət mərkəzinin, səfirlik, konsulluq və ya hər hansı səlahiyyətli qurumun ödənişi tam şəkildə geri ödənilir.

Geri ödəniş yalnız elektron poçta ödəmə bildirişi əlavə olunmaqla rəsmi məktub yazıldıqdan sonra prosesə alınacaqdır. Proses yerli debit/kredit kartlar üçün 10 iş günü, beynəlxalq kartlar üçün isə 20-25 iş günü müddətində xidmətin göstərildiyi Pickvisa.com ofisi vasitəsi ilə həyata keçirilir.

Kuryer servisi, müvafiq vendor ödənişləri və tərcümə kimi müəyyən xərclər yalnız sadalanan proseslərə hələ başlanılmadığı təqdirdə geri ödənilə bilər. Pickvisa.com yuxarıda sadalanan və əməkdaş şirkətlərin göstərdiyi xidmətlərin geri ödənişini etməmək hüququnu əlində saxlayır.

Müraciətçi və Pickvisa.com arasındakı qaydaların hər hansı birinin pozulması ilə bağlı yaranan məsələlər fəaliyyət göstərilən ölkənin qanunvericiliyi vasitəsi ilə həll olunacaqdır.

Əməkdaşlığınız üçün təşəkkür edirik.