LoginSign up

4 Podcasts for Travellovers

MAY 22, 2020 1 min. read
4 Podcasts for Travellovers

Səyahət planlarının qurulması nəinki şəxsi təcrübəmizdən, başqalarının da təcrübələrindən öyrəndikcə mükəmməlləşən bir obyektdir. Öz səyahət təcrübələrimizi bölüşmək və başqalarının da təcrübələrindən öyrənmək üçün bir çox platformalar var. Ən sevdiyim platformanı sizinlə bölüşüm. PODCASTS.

Səyahətlə bağlı qulaq asdığım podcast-lardan yazıram:

Woman Who Travel – səyahətçi xanımların, məşhur jurnalistlərin, fotoqrafların (the.atlas.of.beauty ilə də müsahibə var) müxtəlif restoran, yemək, səyahət detalları ətrafında fikirlərini dinləmək mümkündür.

The Thought Card - ən sevdiyim! Səyahətin ən yaralı yeri büdcə yığmaqdan danışır. Fərqli ölkələrə uyğun büdcə planlaması, fərqli vasitələrlə istənilən büdcə məqsədinə çatılması üçün vacib məqamları vurğulayır. Hətta büdcəni yığmaqla bağlı onun “5 days challenge” proqramına belə qoşula bilərsiniz. Hətta hətta, bahalı ölkələrdən biri İslandiyaya səyahət planlayan biri kimi “Practical Tips for Saving Money in Iceland” podcast-ı tam yerinə düşdü.

Zero to Travel – bu kanalda olan "How to Overcome Travel Anxiety and Fear of Flying" podcastı sayəsində öyrəndim ki “EasyJet” loukoster hava yolunun uçmaq qorxusunu aradan qaldırılması üçün vebinarları var imiş. Vebinarlar ödənişsizdir və hava yolunun rəsmi veb saytından Marağa bu vebinara da qoşuldum :D Yoo, doğurdan marağa qoşuldum, qorxum yoxdu :D ▫️The Trip that Changed Me – Maraqlı insanlar, maraqlı müsahibələr, maraqlı təcrübələrə acsınızsa, bu kanala mütləq abunə olun.

The Travel Diaries – inanılmaz “biznes səyahətlərə” gedən səyahət jurnalistləri, səyahətlə bağlı layihələrin rəhbərləri, ən çox satılan kitab müəllifləri ilə söhbətlərdən əminəm ki zövq alacaqsınız. Məsələn, səyahətlə bağlı ən sevdiyim “Lonely Planet” layihəsinin yaradıcısı Toni Uilerin (eng: Tony Wheeler) podcastına mütləq qulaq asmalısınız. Lonely Planet ideyası bir “hippie trail” səyahəti zamanı yaranıb.

Səyahətlə bağlı Podcast açmağa nə deyirsiniz? Yazın mənə, ad təklifləri verin, birgə edək bu işi.

Instagram: gular_trawells

Have you noticed a mistake in the text? Select the text and tell us by pressing  Enter on the keyboard.